Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi
Sosial
Oxunub: 1 586
7 noy 2015 | 07:52
Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi










“Valideynlər uşaqlarına “Tutma”, “Bəy”, “Yaraşıq” kimi adlar qoymaq istəyib”

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib.

Azerinfo.az xəbər verir ki, bu barədə Report-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxıb və təsdiqləyib:

“Siyahı Ədliyyə Nazirliyinə təhvil verilib. Gülüş doğuran, anlaşılmaz adlar siyahıdan çıxarılıb. Hazırda siyahıda gözəl adlar var, ona əsaslanaraq valideynlər övladlarına ad seçimi edə bilərlər. Siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, yeni ad gətirirsə, bunun qarşısı alınmamalıdır”.

Sayalı Sadıqovanın sözlərinə görə, yeni adların qoyulması ilə bağlı Terminologiya Komissiyasına müraciətlər daim daxil olur:

“Bu yaxınlarda “Alpər” adını övladına qoymaq istəyən valideyn bizə müraciət etmişdi. Bu, türk mənşəli addır, təbii ki, qoyulması münasibdir. “Albas” adının qoyulması ilə bağlı da komissiyaya müraciət daxil olmuşdu.

Komissiya araşdırdı və məlum oldu ki, bu ad “mübariz” mənasını verir və tarixi qəhrəman adıdır. Yəni valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. “Beyrək” adı da bu qism adlardandır”.

O, həmçinin qeyd edib ki, körpələrə qoyulan hər bir yeni ad üçün Terminologiya Komissiyasına müraciət olunmur:

“Qeydiyyat şöbələrinə müraciət olunan adların qoyulmasında mübahisələr varsa, bununla bağlı vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə prosesində komissiyaya müraciət olunur və biz məsələyə münasibətimizi bildiririk”.

Sədr müavininin sözlərinə görə, Terminologiya Komissiyasına “Tutma”, “Bəy”, “Yaraşıq” kimi adların qoyulması ilə bağlı da müraciətlər edilib:

“Bu nə dərəcədə düzgündür?! Bu qism adlar gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər”.

O, həmçinin bildirib ki, valideynlər övladlarına ad qoyarkən çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar:

“Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI