Valideynlər öz uşaqlarını zorlayır – Dəhşətli faktlar
Sosial
Oxunub: 1 366
5 noy 2015 | 09:06
Valideynlər öz uşaqlarını zorlayır – Dəhşətli faktlar









Azərbaycanda son vaxtlar zorlanma faktlarının artdığı bildirilir. Zorlamaya qadınlarla yanaşı, azyaşlı qız və oğlanlar da məruz qalırlar. Hətta Azərbaycanının bəzi rayonlarında uşaqlar valideynləri tərəfindən təcavüzə məruz qalır. Mətbuatda da tez-tez yer alan belə hadisələr təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində qeydə alınır

İlk öncə diqqət edək ki, Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ancaq bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha də sərtləşdirilməsini təklif edirlər. Cəmiyyətdə bu cür insanlara qarşı birmənalı olaraq, nifrət hisslərini daha da sərtləşdirmək və insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.
Zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir.
Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır.
İsraildə isə bu cür insanlara qarşı “dekapeptil“ adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır.
Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür.
Almaniyada zorlama hadisələri daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ölkədə 2006-cı ildə – 35, 2009-cu ildə – 35, 2012-ci ildə isə 19 hadisə, 2014-cü ildə isə 32 zorlama və zorlamaya cəhd hadisəsi qeydə alınıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən bu növ cinayət törədənlərin sayında son on ildə azalma müşahidə olunur. Belə ki, on il əvvəl zorlama və zorlamaya cəhd edənlərin sayı 37 nəfərə idisə, 2014-ci ildə belə cinayətlər törədənlərin sayı 32 nəfər olub.
Psixoloq Elmir Əkbər ilginc və dəhşət doğuran faktlar açıqlayıb. AzVision.az-a açıqlamasında psixoloq bildirib ki, ölkəmizdə öz övladına təcavüz edən valideynlərin sayı dəqiq açıqlanmır. Onun sözlərinə görə, bu rəqəmlər açıqlansa, insanlar dəhşətə gələr.
“Uşaqlarına təcavüz edən kişilərin həyat yoldaşları dəfələrlə bizə bu barədə müraciət ediblər. Onlar şikayət edirlər ki, belə bir vəziyyət var, amma bilmirik kimə, necə gedəyək, utanırıq. Kriminal psixilogiya şöbəsində işləyəndə müəyyən statistika aparırdıq. Hazırda da bu kimi halların statistikası tutulur. Qeyd edim ki, bu məlumatlar məxfi saxlanılır, cəmiyyətə açıqlanmır. Çünki bu məlumatlar cəmiyyətə açıqlansa, insanlar zorlanma hadisəsinin nə qədər yüksək olmasından dəhşətə gələrlər”.
E.Əkbər hesab edir ki, əsasən kənd və rayon yerlərində bu kimi hadisələr daha çox baş verir: “Çoxları düşünür ki, öz uşaqlarına təcavüz edənlər şəhər yerlərində çoxdur. Amma tam əksinədir. İnana bilməzsiniz ki, bu kimi hallar kənd yerlərində nə qədərdir. Kəndlərdə, rayonlarda bu həddindən çox yayılıb. Şəhərdən fərqli olaraq kəndlərdə bu şok effekti verir”.
Pixologiyada hələ ki, bu kimi cinsi pozuntuların müalicəsinin tapılmadığını deyən E.Əkbərin sözlərinə görə, sterilizasiya (axtalamaq) kimi variantlar da psixoloqlar tərəfindən rədd edilib: “Uzun illərdir dünya pedofilləri müalicə üsullarını atxarır. Əvvəl onları sterilizasiya (axtalamaq) təklif olunsa da etirazlara səbəb oldu. Psixoloqlar bildirdi ki, cinsi arientasiyası pozulmuş insanlara bu kimi cəza tətbiq olunsa onlar daha da aqressivləşər və insanları öldürə bilərlər. Odur ki, bu metodu da saxladılar”-deyə Elmir Əkbər bildirib.

Gültəkin Ələsgər, azvision.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI