NAZİRİN QOVDUĞU VERGİ İŞÇİSİ 15 MİLYONLUQ TENDER UDUB – Şirkəti "Azərişıq"-dan daha bir tender aldı
Sosial
Oxunub: 870
6 sen 2021 | 18:20
NAZİRİN QOVDUĞU VERGİ İŞÇİSİ 15 MİLYONLUQ TENDER UDUB – Şirkəti "Azərişıq"-dan daha bir tender aldı


Dövlət orqanlarında çalışan məmurların xüsusi “biznes bacarıqlarının” olduğu heç kimə sirr deyil. Görünür, məhz bu üzdən əksər məmurların obyektləri, şirkətləri və digər biznes strukturları var. Elə dövlət orqanlarının keçirdikləri, yumşaq desək, müəmmalı tenderlərin də böyük əksəriyyətini məhz məmurlara yaxın, yaxud onlara məxsus şirkətlər qazanır.

Vahid dövlət satınalmaları portalına istinadla xəbər veririk ki, "Azərişıq" ASC Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təmin olunması məqsədilə 110 kV-luq iki dövrəli hava xəttinin çəkilməsi, eləcə də Daşkəsən rayonunun ərazisində yerləşən mövcud “Daşkəsən” yarımstansiyasının yenidən qurulması işlərinin satın alınması ilə bağlı elan etdiyi iki tenderə yekun vurub. Tenderlərin qalibləri müvafiq olaraq “Enerji Construction” və "Msdis Holding" MMC olub. Beləliklə, "Azərişıq" “Enerji Construction”-a 14 milyon 417,3 min manat, "Msdis Holding" MMC-yə isə 15 milyon 558,3 min manat ödəyəcək.

Azərbaycanda tender və dövlət satınalmaları mövzusu hələ də iqtisadiyyat və dövlət büdcəsi üçün ağrılı mövzu olaraq qalır və əksər hallarda bu tenderlərin necə keçirildiyi hamıya məlumdur. Lakin bu qeyd olunan xəbərdə adı çəkilən “Enerji Construction” həm də maraqlı tarixçəsilə seçilir.

Belə ki, 2020-ci il yanvar ayının 13-də dövlət qeydiyyatına alınan və cəmi 100 manat nizamnamə kapitalına malik olan bu şirkətin qanuni təmsilçisi Şahin Mansur oğlu Mollayevdir. Şahin Mollayev əvvəllər Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vəzifə tutub. O, ötən ilin yanvar ayında İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib. Təbii ki, heç kimi hansısa yaxşı əməlinə görə azad etmirlər...

O da maraqlıdır ki, Ş.Mollayev "ENERJI CONSTRUCTION" MMC-ni təsis etdikdən 17 gün sonra, ötən ilin yanvar ayının 30-da işdən çıxarılıb. Həmin məmurun işdən çıxarılmasının şirkət yaratması ilə əlaqəli olub-olmadığı barədə isə hər hansı məlumat yoxdur...

Onu da qeyd edək ki, bu, sözügedən şirkətin "Azərişıq"-dan “qazandığı” ilk tender deyil. Belə ki, ötən il "Azərişıq" həmin şirkətə 6.8 milyon daha bir tender vermişdi...

“Azərişıq”dan tender alan ikinci şirkət - "Msdis Holding" isə 2020-ci il iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,572 milyon manat, qanuni təmsilçisi isə Mirfəyyaz Oktay oğlu Nağıyevdir./azpolitika.info/
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq