YENƏ “ACCESSBANK”, YENƏ ZƏRƏR... - Bütün səylərə baxmayaraq, “qara zolaq”dan çıxa bilmir
Sosial
Oxunub: 851
6 sen 2021 | 18:50
YENƏ “ACCESSBANK”, YENƏ ZƏRƏR... - Bütün səylərə baxmayaraq, “qara zolaq”dan çıxa bilmir


Ötən illərdə kiçik və mikro sahibkarlıq subyektləri arasında kifayət qədər populyar olan “AccessBank” bütün səylərə baxmayaraq, yenə də ziyanla işləyən banklar sırasında öndədir.

“AzPolitika.info” bankın rəsmi hesabatlarına istinadla xəbər verir ki, “AccessBank” 2021-ci ilin birinci yarısının yekunlarına görə 2 milyon 24 min manat ziyan edib. Bu göstəricidə bank yalnız maliyyə durumu az qala kritik dərəcədə pisləşən “Bank Avrasiya”-dan geri qalır. Belə ki, həmin bank ilin birinci yarısını 3 milyon 929 min manat zərərlə başa vurub.

Lakin “Bank Avrasiya”dan fərqli olaraq, “AccessBank”-ın imkanları, kapitallaşma səviyyəsi, aktivləri daha yüksəkdir. Buna baxmayaraq, bank zərərlə işləməkdə davam edir.

Doğrudur, “AccessBank” 2020-ci ilin dördüncü rübünü 2.6 milyon mənfəətlə başa vurmuşdu. Lakin göründüyü kimi, cari ilin ilk 6 ayında yenə zərərlə işləyərək, demək olar ötən ilin sonundakı mənfəəti də “yemiş olub”.

İllərin təcrübəsi göstərir ki, zərərlə işləmək bir növ “AccessBank” üçün adət halını alıb. Belə ki, hələ pandemiyadan əvvəl, necə deyərlər dünyanın düz vaxtında “AccessBank” ölkə bankları arasında ən çox zərər edən banklardan biri olub. Ümumiyyətlə, 2020-ci ilə qədər bank ardıcıl 4 il ziyanla işləyib. Buna görə mütəxəssislər onu ölkənin ən riskli banklarından biri hesab ediblər.

2019-cu ilin ortalarına qədər hətta “AccessBank” məcmu kapital üçün nəzərdə tutulan minimum həddi belə təmin edə bilmirdi və yalnız yeni səhmdarların banka qoşulmasından sonra bu problem aradan qalxmış oldu. Buna baxmayaraq, 2019-cu ilin yekunlarına görə “AccessBank” Azərbaycanda ən böyük məbləğdə ziyan edən bank oldu. Belə ki, bank həmin ili 89 milyon 704 min manat, yəni az qala 90 milyon manat xalis zərərlə başa vurdu. Bununla yanaşı, “AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurmuşdu.

Xatırladaq ki, bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub. Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür “qara zolaq”dan çıxa bilmir.

Görünür, bankın problemli kreditlərin həcmi həddindən artıq böyükdür və bank bu problemin öhdəsindən gəlməkdə böyük çətinliklər çəkir. Belədə isə “AccessBank”ın kredit portfeli və depozitlərdə göstərdiyi artım öz mənasını itirmiş olur.

Ümumiyyətlə, mütəxəssislər bankın problemli kreditlərinin həcminin böyüklüyünü ötən illərdə kreditlər verilərkən bank tərəfindən ciddi qanunsuzluqlara yol verməsi və kredit müqavilələrinin, eləcə də məhkəmə iddialarının savadsız formada hazırlanması ilə əlaqələndirirlər.

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, “AccessBank” aktivlərinin miqyasına görə aparıcı banklardan biri sayıla bilər. Ötən ilin sonunda bankın aktivləri 900 milyon manata yaxın olub ki, bu göstəriciyə görə də bank 26 bank arasında 7-ci olub. Ancaq ya idarəçilikdəki çatışmazlıq, ya da hansısa digər səbəblərdən aktivlərinə görə 7-ci olan bank zərərə görə bank sektorunun demək olar ki, lideridir...

“AzPolitika.info”
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq