Əli Həsənov təzminat ödəməkdən niyə qaçır? - QALMAQAL davam edir
Sosial
Oxunub: 378
3 sen 2021 | 21:18
Əli Həsənov təzminat ödəməkdən niyə qaçır? - QALMAQAL davam edir


2017-ci ildə törətdiyi qəza ilə hələ də gündəmdən düşməyən Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə Türkiyə vətəndaşları Mütallib və Söngül Tekişin növbəti məhkəməsi keçirilib.

Bizim.Media-ya danışan M. Tekiş bildirib ki, məhkəmə avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində keçirilib.

Şikayətə hakim Xumar Mərdanovanın sədirliyi ilə baxılıb.

“Mən Nərimanov məhkəməsinin çıxardığı qərardan narazı qaldığım üçün Apelyasiya məhkəməsində müraciət etdim. Xatırlayırsızsa, Nərimanov Rayon məhkəməsində qaldırdığımız vəsait qismən təmin edildi, Əli Həsənovun bizə vəd etdiyi təzminat həyat yoldaşımın 1 il 5 aylıq müalicə puluna hesablanaraq, onu bütün öhdəliklərdən azad etdi. Hazırda proses davam edir və oktyabrın 26-da növbəti məhkəmə iclası keçiriləcək”.

Şikayətçi həmçinin qeyd edib ki, Həsənovlar ailəsi özlərinin haqlı, bizim isə yalançı olduğumuzu sübut etməyə davam ediblər.

“Onlar yoldaşımın müalicəsi üçün xəstəxanaya ödədikləri pulu bizə verdikləri kimi qələmə vermək istəyirlər. Hətta bu məbləğin bankdan saxta yollarla aldıqları qəbzlə həqiqətən də bizə verildiyini sübut etmək istəyirlər. Biz bu iddiaya qarşı dəlillərimizi məhkəməyə təqdim etdik. Hazırda yoldaşım çox ağır vəziyyətdədir, onun rahat hərəkət etməsi üçün əməliyyatla belinə 25 dəmir qoyulub. 4 ildir ki, o, ayağa qalxa bilmir. Songülün müalicəsi davam etməlidir ki, sağlamlığına qovuşsun. Dua edirəm ki, qoy mənim həyat yoldaşım öz sağlamlığına qovuşsun Əli Həsənovun bütün pullarını qara qəpiyinə qədər özünə qaytaracam”.

Sonuncu məhkəmə işi ilə bağlı Əli Həsənovun tutduğu vəkillə əlaqə saxlamağa çalışırıq. Hələlik qarşı tərəfdən əldə etdiyimiz telefonlara cavab verən şəxs tapılmır. Araşdırmamız bu istiqamətdə davam edir.

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb.
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı