Bilgəh “Qocalar Evi”ndə TƏHLÜKƏLİ MƏNZƏRƏ... - Ahıllar koronavirus TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...
Sosial
Oxunub: 574
31 avq 2021 | 20:47
Bilgəh “Qocalar Evi”ndə TƏHLÜKƏLİ MƏNZƏRƏ... - Ahıllar koronavirus TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...


El dili ilə “Qocalar Evi” kimi tanınan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Bilgəhdəki Müharibə və əmək əlilləri üçün pansionatda baş verən haqsızlıqlar barədə saytımızda gedən silsilə yazılar az qala maraqlı bir serial kimi oxucular tərəfindən izlənilir. Bu məqaləni oxuculara bir şad xəbər verməklə başlayırıq: Pansionatın sakini, uzun müddət ən adi hüquqları uğrunda mübarizə aparmış 70 yaşlı Hüseynağa Nuriyev pansion direktoru Samirə Mehtiyevanın ona dəli damğası vurmağa çalışaraq Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası üzərindən saxta nevrasteniya diaqnozu ilə göndərdiyi Gəncədəki eyni profilli müəssisədən geri dönməyə nail olmuşdur. Əlbəttə ki, ilk növbədə Hüseynağa kişinin öz prinsipiallığının və onun problemini ictimailəşdirən KİV-in dəstəyi ilə.

Amma S.Mehtiyevanın hegemonluq etdiyi pansionda ədalətsizliklər hələ bitməyib. Əvvəla, haqsızlığa məruz qalan digər sakinlərin heç də hamısında Hüseynağa kişidə olan təpər yoxdur. Zatən Hüseynağa kişinin özünə geri qayıtması münasibətilə telefonla zəng edib gözaydınlığı verdiyimizdə də hiss elədik ki, yəqin basqı altında olduğundan daha “artıq-əskik” danışmaq istəmir, təəccüblü də olsa, ona göstərilən hazırki münasibətdən razılıq edir. Təki o dediyi kimi olsun. Digərlərini isə passivliyə görə qınamaq olmaz, çünki o yaşları deyil, o enerjiləri də qalmayıb ki mübarizə aparsınlar. Yəqin elə bu tendensiyanı müşahidə edən S.Mehtiyeva pansiona 70-dən aşağı yaşda adamların yerləşdirilməsini istəmir. Belə ki, bu günlərdə “Yeni İctimai Nəzarət” təşkilatı yaşı 60 civarında olan kasıb, kimsəsiz bir şəxsi sözügedən pansiona yerləşdirmək üçün S.Mehtiyevadan köməklik göstərməsini xahiş edib. Lakin pansion direktoru təşkilat nümayəndələrinə deyib ki, onun rəhbərlik etdiyi müəssisəyə yaşı 70-dən az olan şəxslər qəbul edilmir. Bunu hansı qanuna, qaydaya, təlimata istinadən dediyini bildirməyib. Aşkar görünür ki, o, qol qoyduğu qanunsuzluqlarla mübarizə aparmaq gücündə olan adamlardan uzaq durmağa çalışır, taqətsiz qocalarla işləməyə üstünlük verir.

Son vaxtlar koronavirusun üçüncü dalğasının başladığı müşahidə olunur. S.Mehtiyeva və əlaltılarının “qayçıladıqları” yemək payından doymayan sakinlər fürsət düşdükcə pansionu tərk etməyə, ətraf mağazalardan alış-veriş etməyə meyllidirlər və bu səbəbdən üz tutduqları kənar ünvanlarda Covid-19 virusuna yoluxurlar. Pansionun 5-ci mərtbəsində yataq xəstələrinin izolyasiyası üçün yer ayrılıb. Özlərinin gəzmək, öz pullarını (pensiyalarını) özləri xərcləmək iqtidarında olmayan belə sakinlərin bankomat kartlarını müdiriyyət əllərindən alıb özündə saxlayıb. İlk baxışda bu, təəccüblü görünməyə bilər. Amma etibarlı mənbədən bildirilir ki, kartlarından çıxarılan məbləğlərlə xəstələrə alınan ərzaq və digər malların qiyməti arasında böyük fərq var. Direktor ehtiyatlanıb ki, əgər xəstələr bir yerdə qalsalar, onlara baş çəkən hər hansı iqtidarlı şəxs, məsələn, Nazirlikdən göndərilmiş təftişçi, komissiya üzvü onlara bir-iki sual verməklə bu faktın üstüna aça bilər, xəstələrin də biri digərinin sözünü təsdiqləyər. Buna görə də 5-ci mərtəbədəki həmin izolyatoru təmir adı altında bağlatdıraraq xəstələri ayrı-ayrı otaqlara, yəni, sağlam sakinlərlə eyni otaqlara yerləşdirib ki, bu da yoluxucu xəstəliyin yayılmasına qəsdən şərait yaratmaq deməkdir. Direktorun rəvac verdiyi bu cinayət ucbatından, habelə lazımi dərman preparatları ilə təmin olunmamamaq səbəbindən ahıl sakinlərdən koronavirus xəstəsi Süleyman kişi bu yaxınlarda dünyasını dəyişib, onunla təmasda olmuş tibb bacısı Ziba və sanitar Bibixanım da yoluxublar.

Bildirilir ki, S.Mehtiyeva keçən ay məzuniyyətə çıxanda onun tapşırığına əsasən pansionun baş mühasibi Akif və direktorun rəfiqəsi Nurlana xəstə sakinlərin əllərindən alınmış plastik kartları daha pansionatın bayır tərəfindəki bankomata deyil, başqa ünvanlardakı bankomatlara daxil etməklə pul çıxarıblar və nağd şəkildə direktora verib istirahətə yola salıblar. Bu ehtiyat tədbiri də onun üçündür ki, iş bərkə düşərsə, ilk növbədə ən yaxınlıqdakı bankomatın qeydə aldığı video-görüntülər araşdırılacaq və kartlardan məhz kimin istifadə etdiyi aşkarlanacaq.

P.S. Aldığımız son məlumatlara görə pansionatda dünyasını dəyişən bir ahılın öldükdən sonra ağzında olan 10 ədəd qızıl dişini çıxardıblar. Faktı dəqiqləşdirə bilmədiyimizdən geniş yazmaq istəmədik. Jurnalist araşdırması aparıb növbəti sayımızda geniş məlumat verəcəyik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...