Ölkədən valyuta çıxarılma “ƏMƏLİYYAT”I - Mehdiyevə yaxın adamın FANTASTİK VERGİ BORCU
Sosial
Oxunub: 735
30 avq 2021 | 18:20
Ölkədən valyuta çıxarılma “ƏMƏLİYYAT”I - Mehdiyevə yaxın adamın FANTASTİK VERGİ BORCU


Azərbaycanın ən böyük transformatorlar zavodu və ölkənin transformator monopolisti kimi tanınan “ATEF Şirkətlər Qrupu” MMC-nin dövlətə külli miqdarda vergi borcu yaranıb.

Azadinfo.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlara istinadla xəbər verir ki, sözügedən şirkətin 5 milyon 574 min 603 manat vergi borcu var.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” MMC-nin nizamnamə kapitalı 33 milyon 892 min 585 manatdır.

Azərbaycanın iqtisadi reallıqları nəzərə alındıqda, bu məbləğdə vergi borcunun yaranması təsadüfi, yaxud təsərrüfat fəaliyyəti çərçivəsindəki maliyyə-uçot münasibətlərinin adi nəticəsi ola bilməz.

“AzPolitika.info”nun əldə etdiyi məlumat da bunu təsdiqləyir.

Belə ki, 5.5 milyon manatlıq vergi borcunun əsasən vergi orqanının apardığı kameral vergi yoxlaması nəticəsində hesablandığı bildirilir.

Bu da şirkətin fəaliyyətindəki maliyyə pozuntularından və böyük məbləğdə vergidən yayınma cəhdindən xəbər verir.

Onu da qeyd edək ki, bundan əvvəl də ölkənin ən böyük transformator istehsalçısının dövlət qurumları ilə ciddi maliyyə problemləri olub. Belə ki, son illərdə Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dəfələrlə cərimələyib.

Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.

Bu isə o deməkdir ki, avans yolu ilə ölkədən çıxarılmış valyutanın əvəzində ölkəyə heç nə idxal olunmayıb və bu hallara “ATEF” tərəfindən tez-tez yol verilib. Bu “əməliyyat” adətən ölkədən valyuta çıxarılması üsullarından biri kimi qəbul olunur.

Onu da qeyd edək ki, sözügedən şirkət tez-tez dövlət qurumlarının keçirdikləri satınalmaların, tenderlərin qalibi olur və hətta onun Qarbağın işğal olunmuş ərazilərinin bərpası işlərinə də cəlb olunduğu bildirilir.

Məlumat üçün bildirək ki, “ATEF” 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz Transformatorlar Zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı Yağ Transformatorları Zavodu var.

2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində Metal Konstruksiya Zavodu açılıb.

“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri Əlixanbəyov Talıb Həsən oğludur. Bəzi mətbu orqanlar tərəfindən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın şəxs kimi qələmə verilən bu iş adamı eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınının İdarə Heyətinin üzvüdür.

Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov isə sonuncu parlament seçkisində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq