Qarabağ – Azərbaycanın Zəfər simvoludur
Sosial
Oxunub: 643
28 iy 2021 | 09:36
Qarabağ – Azərbaycanın Zəfər simvoludur


Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutudur. Azərbaycan bir daha bu Qələbəsiylə hər kəsə sübut etdi ki, Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır. Ermənistanın məyusluğu isə davam etməkdədir. Bəzi yersiz bəyanatlarla və atdıqları addımlarla Ermənistan onu göstərir ki, onlar bu məğlubiyyətdən nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsində aldıqları zərbəni unutmamalıdırlar.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Bu ifadə ilə Dövlət Başçımız İlham Əliyev cənabları haqlı olaraq razılaşmır və çıxışında da bildirdi ki, “Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Ermənistan Zəngəzur dəhlizini mütləq şəkildə açmalıdır, bu nə qədər tez olsa bir o qədər Erməinistanın iqtisadi cəhətdən uğur əldə etməsi üçün vəsilə olacaqdır.”

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın edib. Buna görə də İrəvan postmüharibə reallıqları ilə barışa bilmir. Psixoloji amil də burda öz rolunu oynayır. Onlara bu dönəmdə vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. Lakin Azərbaycanın Qüdrətli Ordusu onları 44 gün ərzində məhv etdi. Ordumuz bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı müzəffər xalqdır, düşmənin bütün təbliğatı mifologiyadır və Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışdırlar.

Hər kəs bilir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdır. O vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşmışdır, lakin bu, tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra, 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini qanuni şəkildə ləğv etdi.

Birnci Qarabağ müharibəsinin başlanması süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış bir təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi-Xankəndini oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox böyük bir təhqir idi. Tarix hər şeyi yerinə qoydu. Statusa gəldikdə isə bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı Azərbaycan Hökumətinin kifayət qədər məlumatı böyükdür. Orada yaşayanların real sayı 25 mindir. 25 min insan üçün status yaratmaq isə heç bir məntiqə sığmayan bir şeydir.

Mina xəritələrinin Azərbaycana qaytarılmaması bütün dünyaya erməni xalqının və hökumətinin mənəviyyatsızlığını, vəhşiliyini bir daha göstərmiş oldu. Müharibədən cəmi 8 ay keçməsinə baxmayaraq dövlətimiz Qarabağda nə qədər böyük işlər görür. Minaların xəritəsinin verilməsi daha çox işlər görməyimiz üçün mühüm bir vasitə olardı. Minaların təmizlənməsi həm çox vaxt, həm də böyük vəsait aparır. Çox təssüf ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

Mina xəritələrinin Azərbaycana verilməməsi və bunun hansısa şərtlərlə verilməsi bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki, mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.

Bütün bunlara baxmayaraq Azərbaycan Hökuməti Qarabağın tez bir zamanda real yaşayış, turizm və iqtisadi zonaya cevrilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm və sürətli işlər həyata keçirir.

Aytən Ağalarova,

Salyan şəhər sakini, müəllim
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq