Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır
Sosial
Oxunub: 363
26 iy 2021 | 20:23
Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır


- "Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin “ daxili inmaının” Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN -in tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinə qarşı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və təbii ki, icra sənədi olmadan yarıqat edilən pensiyasının bərpası və dəyən maddi -mənəvi ziyanın ödənilməsi tələbinə “İcra haqqında” qanunun 68.1 maddəsini tətbiq etməyə yol verməməsindən medianın yazmasından 3 ay keçib. Həmin 68.1 maddəsində yazılıb ki, TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ! Yəni, hansısa Qarabağ qazisi lap qanuni icra sənədi ilə borclu edilsə belə, borc tələbinin onun pensiyasına, müavinətinə yönəldilməsi qadağandır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi, iddiaçı Xaliq Abbaszadənin barəsində isə heç icra sənədi belə yoxdur. Cavabdeh ƏƏSMN -in tabeliyində DSMF-in sözügedən mərkəzi 3 ildən çoxdur dələduz Suraxanı rayonu icra və probasiya şöbəsinin (icra məmuru Vüsal Əliyev) məktubu llə (?) Qarabağ qazisinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə ödəyir. Bəyəm məktubla qazinin pensiyası yarıqat edilə bilər? Hakim Nəriman Abıyevin bir dəfə qərardadı ləğv edilməsinə baxmayaraq, yenidən iş üzrə necə hakim təyin edilib? MPM-in , İPM-in 18 və 19-cu maddələrinə əsasən, belədə hakim özü -özünə etiraz etməlidir. “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı maddəsinə görə, əvvəllər işin baxılmasında iştirak etmiş hakimin yenidən həmin işə hakim təyin edilməsi yolverilməzdir.

Nə isə, məhkəmə hakiminin özbaşınalığı, Konstitusiyaya hörmətsizliyi bununla bitmir. İPM-in 28-ci maddəsinin tələbinə görə, marağına toxunan şəxslərin vəsatəti ilə 3-cü şəxs qismində işə cəlb etmə, qəbul edilmiş qərar qanuni qüvvəyə minmədikdə həyata keçirilir. Bu işlə bağlı maraqlarına toxunan Qarabağ qaziləri Müşfiq İsmayılov, Eldar Hüseynov, Mirbaba Əhmədov, bu sətirlərin yazarı vəsatət versələr də, baxılmayıb. Halbuki, işə cəlb etmə və ya etməmə barədə qərardad qəbul olunmalıdır. İşə cəlb edilmə barədə qərardaddan şikayət verilə bilməz, amma cəlb etməkdən imtinadan şikayət verilə bilər. Görünür, məhkəmənin bu maddədən də xəbəri yoxdur. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Bektaşinin icraatındadır və 03.08.2021 -ci ildə baxışa təyin olunub.

MPM-in 28-ci maddəsi iş apellyasiya baxışında olduqda da, 3-cü şəxs qismində işə cəlb etməyə əsas verir. Amma. .. deyəsən, Qarabağ qazilərinin məhkəmə təminatı hüququna da qadağa qoyulub. İndiyədək heç bir vəsatətləri ərizələrinə baxılmayıb.

P.S. Suraxanı rayonundan qazilərin millət vəkili təyin olunmuş Etibar Əliyevə də (!) dəfələrlə müraciət edilsə də, heç bir reaksiya verməyib. Amma jurnalistlərin haqqını qazi və şəhid ailələrinə “yedirtməyi” təklif edir! (?)"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO