Yeni nazirin TƏBİİ HAQQI — E.Nəsibovun “kriteriyaları” hansılardır?
Sosial
Oxunub: 335
14 iy 2021 | 17:17
Yeni nazirin TƏBİİ HAQQI — E.Nəsibovun “kriteriyaları” hansılardır?


Nazir təyinatından dərhal sonra Elnur Nəsibovu özünə müşavir təyin etməklə Emin Əmrullayev komandasını formalaşdırmağa başladı. Əslində buna yeni nazirin təbii haqqı kimi də baxmaq olar.

Xatırladaq ki, E. Nəsibov Təhsil naziri ilə uzun illər bir yerdə çalışıb və onun əsas kadrlarından biri hesab olunur. Medya və cəmiyyət üçün o qədər də açıq olmayan və çox da tanınmayan Nəsibov bu yaxınlarda az qala bir statusun qurbanına çevriləcəkdi. Öz karyerasına “əl çəkən” sabiq deputat H.Mirələmovu müdafiəyə qalxan müşavir “ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa” yazmaqla siyasi səhvə yol vermişdi. Lakin az sonra yəqin ki, təpkilərdən sonra statusunu silərək özünü Mirələmovun aqibətindən xilas etməyi bacardı. Buna baxmayaraq bir cümlə ilə hansı keyfiyyətlərə sahib olduğunu cəmiyyətə təqdim edən E.Nəsibov social şəbəkələrdə kifayət qədər təpkilərlə üzləşdi.
Rubrika.az saytına verilən məlumatlara görə E.Nəsibov nazirin müşaviri kimi daha çox təhsil sahəsində fəaliyyət göstərən QHT-lərin işini kurasiya edir. Xatırladaq ki, təhsil sektorunda QHT-lərin fəaliyyəti ilə bağlı zaman-zaman medyada kifayət qədər tənqidi materiallar yayımlanıb. Bu sahədə yetərincə qaranlıq məqamların və boşluqların olması göz önündədir.
Məlumatlara görə nazirliyin (bilavasitə E.Nəsibovun) məsləhət bilmədiyi QHT-lərin təhsil sektorunda fəaliyyəti hər vasitə ilə əngəllənir. Əksinə “məsləhətli” QHT-lər müxtəlif layihələrin reallaşdırılmasında əsas rol oynayır və böyük məbləğli qrant layihələr həyata keçirilir.
Verilən məlumatlara görə E.Nəsibova yaxın olan şəxslərin rəhbərlik etdiyi QHT-lərdən qeyri bir kimsə nazirliyin layihələrinə yaxın buraxılmır. Çox mühüm layihələrin həyata keçirilməsində tanınmış QHT-lərin üzvləri ekspertiza və monitorinqinə dəvət edilmirlər. Nəticədə heç bir şəffaflıq olmadan böyük layihələr bir neçə şəxsin iradəsi ilə reallaşdırılır.
Görünür Elnur Nəsibov Qeyri Hökumət Təşkilatları ilə iş deyəndə özünü hökumətdən qeyri hökumət kimi başa düşüb. Belə olmasaydı böyük layihələrin reallaşdırılması məhz onun “kriteriyalarına” cavab verən QHT-lər vasitəsilə həyata keçirilməzdi.
E.Nəsibovun “kriteriyaları” hansılardır ?
Mövzu barədə geniş araşdırma hazırlanır.
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı