BNA müffətişləri “Memar Əcəmi”də “gecə ovu”na çıxır? - Sürücülərdən şikayət, qurumdan isə açıqlama gəldi
Sosial
Oxunub: 298
14 iy 2021 | 17:42
BNA müffətişləri “Memar Əcəmi”də “gecə ovu”na çıxır? - Sürücülərdən şikayət, qurumdan isə açıqlama gəldi


Son günlər Bakı Nəqliyyat Agentliyinin müfəttişlərinin dayanma-durma cərimələri yazması ilə bağlı şikayətlər artmaqdadır. Rubrika.Az-a gələn xəbərlərə görə, Bakıda parklanma normal təşkil edilmədiyi halda, müfəttişlər xəlvətcə və qaranlıq düşən kimi avtomobilləri dayanma- durma qaydalarının pozulması ilə bağlı çəkib cərimələyirlər. Bu barədə son günlər aldığımız xəbərə görə, bu hallar paytaxtın Memar Əcəmi ərazisində axşam saatlarında təkrarlanır.

Memar Əcəmi metrosundan üzü “Yeganə” şadlıq evinə gedən istiqamətdə BNA əməkdaşları gecələr maşınları bir-bir planşetlə çəkib cərimə yazırlar. Bu yolun hər iki istiqamətində ticarət obyektləri fəaliyyət göstərir.
Sürücülərdən gələn şikayətlətə görə, burada avtomobil saxlamaq üçün heç bir park təşkil olunmayıb və vətəndaşlar məcbur olaraq dükanların qarşısında avtomobillərini saxlayırlar. Burada sürücülərə dayanma-durmanın pozulmasına görə cərimə yazılsa da faydası yoxdur, problem həllini tapmır. BNA-nın əməkdaşları isə bu işi gecə saatlarında həyata keçirirlər.
Ümumiyyətlə, müfəttişlərin dayanma-durma cəriməsini oğrun-oğrun, xəlvətcə, nahaq yazması olsun, istərsə bu günə qədər dayanacaqlarda intervalı göstərən monitorların işləməməsi, ödəmə aparatlarının heç də bütün dayanacaqlarda olmaması, istərsə də ictimai nəqliyyatda bərbad xidmət, parklanma probemində biabırçı vəziyyət olsun...- hər kəs şikayət edir. Sosial şəbəkə və mətbuatda yazılanlardan görünür ki, bir çox hallarda bu cərimələr qanunsuz yazılır.
Şəhərdə indiyə qədər normal parklanma təşkil olunmayıb, illər ötür, zaman keçir, şəhərin parklanma problemi getdikcə dərinləşir, acınacaqlı vəziyyət yaranır.
Artıq Bakıda avtomobil saxlamağa yer tapmaq mümkün deyil. BNA tərəfindən “Tariflər müəyyən olunana qədər parklanma pulsuzdur” lövhəsi yazılmış istənilən ərazini göstərə bilərik ki, orada qanunsuz pul yığılır.
Lakin BNA tərəfindən həmin şəxslərlə bağlı heç bir mübarizə aparılmır. Əgər tədbir görülsəydi, bir gün içində hamın adamları uzaqlaşdırardılar. Həmin ünvanları BNA rəhbərliyi və əməkdaşları gözəl tanıyır. Xüsusən də “Memar əcəmi” ətrafında yaşananları araşdırmaq və dəqiqləşdirmək üçün ictimailəşdirməzdən əvvəl Bakı Nəqliyyat Agentliyinin bu məsələ barədə sorğu göndərmişdik.
Sorğumuzu cavablandırarkən bu suallara aydınlıq gətirilməsini xahiş etmişdik: BNA əməkdaşları parklanma təşkil edilməyən ərazidə hər gün maşınları cərimələməklə bunun qarşısını necə alacaq? Axşam saat 8-9 radələrində BNA müfəttişləri niyə bu ərazidə cərimə yazırlar?
Sorğumuzu cavablandıran Bakı Nəqliyyat Agentliyindən Rubrika.Az-a bildirilib ki, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinde yerləşən yol sahəsi iki istiqamətli olmaqla dörd zolaqdan ibarət intensiv yol sahələrindən hesab edilir. “Memar əcəmi” metrostansiyasının çıxışından üzü “Yeganə” şadlıq evinə gedən istiqamətdə parklanma tələbatının ödənilməsi məqsədi ilə yolun sağ çiynində dayanma və durmanı qadağan edən nişanların (3.27 ve 3.28) quraşdırılmadığından yolun hərəkət hissəsinin kənarında bir cərgədə nəqliyyat vasitələrinin dayanmasına və durmasına şərait yaradılmış və həmin istiqamətdə “Taksi” duracağı, “Piyada keçidləri" və avtobus duracaq məntəqələri də təşkil olunub”.
BNA-nın açıqlamasında deyilir ki, bundan başqa, Hüseynbala Əliyev küçəsində "Yeganə" şadlıq evindən üzü “Memar Əcəmi" metrosu istiqamətində yol boyu dörd ədəd təkrarlanan 3.27 "Dayanmaq qadağandır" yol nişanlarının mövcud olması və həmin nişanların qüvvədə olma irən əlavə məlumat nişanı ilə (lövhəcik) birlikdə quraşdırılmadığından sözügeden nişanın təsir zonasında dayanmış nəqliyyat vasitələrinin sürücülərinə (axşam vaxtlarında) tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarlar əsaslıdır:
“Həmçinin bildiririk ki, qeyd olunan ərazinin yaxınlığında "Memar Əcəmi” metro stansiyasının çıxışlarına yaxın üç ərazidə parklanma yerleri teşkil olunaraq 5.15 (Duracaq yeri) nişanları quraşdırılmışdır (fotoşəkillər əlavə olunur). Məlumat üçün bildiririk ki, yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi parklanma sahəsində ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkəti ilə əməkdaşlığa da başlamışdır. Məqsəd Bakı şəhəri üzrə hazırki şəraitdə parklanma tələbatının öyrənilməsi, parklanma siyasətinin formalaşdırılması, zonalar üzrə tariflərin müəyyən edilməsi və parklanmanın idarəedilməsi mexanizminin təkmilləşdirilmesidir. Görülən işler çərçivəsində Hüseynbala Əliyev küçəsində və ətraf ərazilərdə parklanma təlabatının öyrənilməsi və dayanma durma yerlərinin təhlili məsələsinə də baxılacaqdır. Hərəkətin təhlükəsizliyinin təmin olunması işinə biganə qalmadığınıza görə Sizə minnətdarlığımızı bildiririk”.
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?