"Sabah başımıza nəsə gələrsə, bizə verilmiş mənzillər ailəmizə qalacaq?" - MÜƏMMA
Sosial
Oxunub: 284
14 iy 2021 | 22:50
"Sabah başımıza nəsə gələrsə, bizə verilmiş mənzillər ailəmizə qalacaq?" - MÜƏMMA


Sumqayıt şəhərində yerləşən əlillər, qazilər və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli 96 mənzilli binanın sakinləri "Hürriyyət"in redaksiyasına müraciət ediblər. Sakinlər bildirir ki, 2012-ci ilin dekabrından aldıqları mənzilləri özlləşdirə bilmirlər. Halbuki, incəsənət mənzillərinə verilmiş mənzillər özəlləşdirilir. Bina sakinləri ölkə başçısından onlara verilmiş mənzillərin özəlləşdirilməsiylə bağlı göstəriş verilməsini xahiş edir:

"Binamız 2012-ci ilin 24 dekabrında və cənab Prezidentin doğum günündə şəxsən özünün və Mehriban xanımın iştirakı ilə açılışı olub. Cənab Prezident çıxışında qeyd etdi ki, dövlətimiz əlillər, qazilər və şəhid ailələri üçün yaraşıqlı mənzillər tikib. Bildirdi ki, bundan sonrakı həyatınızda ailənizlə gözəl mənzillərdə xoşbəxt və firavan yaşayasınız. Keçən müddət ərzində dəfələrlə dövlət orqanlarına müraciət etmişik ki, binamıza qanuni sənəd verilsin. Əmin olmaq istəyirik ki, sabah başımıza nəsə gələrsə bizə verilmiş mənzillər ailəmizə qalacaq. Hansısa qanuni sənəddə mənzillərin ailənin digər üzvlərinə qalacağı ilə bağlı heç nə göstərilməyib. Biz cənab Prezidentdən xahiş edirik ki, mənzillərimizə qanuni sənəd verilsin. Milli Məclis 2009-cu ildə mənzil məcəlləsinə dəyişiklik edib. Belə ki, həmin məcəlləyə edilmiş əlavəyə əsasən dövlət tərəfindən təmənnasız verilmiş mənzillər özəlləşdirilə bilməz. Sözsüz ki, qanun qəbul edilirsə, bütün vətəndaşlar qanuna tabe olmalıdır. Lakin, qanun hamı üçün bərabər qaydada işləmir. Həmin qəbul edilmiş qanun incəsənət xadimlərinə aid deyil.

Onlara dövlət tərəfindən verilmiş mənzillərin özəlləşdirilməsinə icazə verilir. Təəsüf ki, əlillər, qazi və şəhid ailələrinə verilmiş məzillərin özəlləşdirilməsinə icazə verilmir. Belə bir qanunsuzluqla üzləşmişik. Binamızda əlillər, çernobl əlilləri, qazilər və şəhid ailələri yaşayır. Sözügedən problem məhz bu binaya aid deyil. Respublikanın digər yerlərində əlillərə, qazilərə və şəhid ailələrinə verilmiş bütün mənzillərə aid problemdir. Bunun səbəbini anlamırıq. Əllərində milli məclisdə qəbul edilmiş qanunu əsas götürürlər. Belə bir qanunun qəbul edilməsi əsassızdır. Bildirilir ki, guya ki biz bu mənzilləri satıb, yenidən mənzil növbəsinə yazılacağıq. Əgər, mənim adım siyahıda varsa və mənzili almışamsa, demək ki, ikinci dəfə mənzil növbəsinə yazıla bilmərəm. Belə bir nəticəyə gəlmək olar ki, burda rüşvət və korrupsiya faktları var. Hər halda nazirliyin bunu araşdırmaq səlahiyyəti var".


QEYD: Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq