Qarabağ qaziləri AAYDA-NİN fəaliyyətindən korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına ərizə ilə müraciət etdilər
Sosial
Oxunub: 913
1 iy 2021 | 01:33
Qarabağ qaziləri AAYDA-NİN fəaliyyətindən korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına ərizə ilə müraciət  etdilər




Bir neçə gün əvvəl əslən Şamaxı rayonundan olan bir qrup vətən qazisi ölkə başçısı və sair dövlət qurumlarına kömək üçün video müraciət etmişdilər.Bu günlərdə qeyd edilən qazilər baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına müraciət edərək vaxtıilə təmsil olunduqları qurum tərəfindən aldadıldıqlarını bildirərək qeyd edilən qurumdan şikayətçi olduqlarını bildiriblər.Qeyd olunan müraciəti təqdim edirik.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına.

Şamaxı şəhər H.Aslanov küçəsi ev-5 ünvanında yaşayan Ağayev Malik İsa oğlu və digərləri tərəfindən


Ərizə


Yazaraq sizə bildiririk ki,biz bir qrup AAYDA-nın tərkibində olan 3-saylı xüsusi təyinatlı MMC-də çalışan sürücülər olaraq yazıb sizə bildirmək istəyirik ki,ali baş komandanın 2020-ci il sentyabr ayının 28-i qismən səfərbərlik çağırışına bizdə qoşulduq.Hər bir vətənin mərd və igid oğlu kimi bu çağırışa böyük ruh yüksəkliyi ilə qatıldıq.Bununla fəxr edirik.44 günlük vətən müharibəsinin qələbə zəfəri çalınmasında yaş həddi 25-dən 63-ə qədər olmasına baxmayaraq bizlərin də əməyi az olmamışdır.Hərbi hissə komandirlərinin bizə verdikləri tapşırıq və göstərişlərini gecə-gündüz bilmədən yuxu yatmadan idarə etdiyimiz TATRA "815" markalı maşınlarla çalışmağımız və hərbi hissə komandirləri tərəfindən bizə göstərdikləri etimad yəni fəxri fərman və təşəkkürnamələr buna sübutdur.

Hörmətli Nazim müəllim! Şəxsən mən Ağayev Malik İsa oğlu, vətənimizin azadlığı uğrunda gedən hər iki müharibədə iştirak etmişəm.Birinci Qarabağ savaşında qolumdan ağır yaralanmışam.Bir qolum digərindən 3-4 sm kiçikdir.İkinci Qarabağ müharibəsində isə ayağımdan qəlpə yarası almağıma baxmayaraq geri dönmədim.Biz geri döndükdə işlədiyimiz müəssisədən bizə qarşı böyük etimad gözləyirdik.Ancaq bunun əksi oldu.Çünki bizim işlədiyimiz iş 5-gün səkkiz saat iş rejimi olduğu halda biz yeddi gün 24 saat çalışdıq.Dövlətin bizə ayırdığı vəsaitin bir hissəsini idarə rəhbərliyi tərəfindən bizim təkidlərimizə baxmayaraq bir neçə aydan sonra aldıq.Buna etiraz əlaməti olaraq idarə rəhbərliyinə etiraz məktubu yazanda ki,əmək haqqının 2-misli və qeyri iş günləri ödənilməmişdir,vaxtı ilə idarənin rəhbəri işləmiş Azadəli Azadəliyev, hal-hazırda idarədə məsul vəzifədə işləyən Məzahir Mahmudov,indiki idarə rəisi Elşən Cəfərovla əlbir olub korrupsiyaya yol verdilər.Dövlət tərəfindən müharibə iştirakçılarına ayrılan vəsaitin qismən hissəsini mənimsəmək üçün AAYDA-nın tərkibində olan region və şəhərlərdə yerləşən yol istismar müəssisələrinə birdəfəlik balansa köçürmə etmişdilər.
Hörmətli Nazim müəllim!Bunu yazıb sizə bildirməklə yuxarıda adları çəkilən məmurların dövlət malını mənimsədiklərini diqqətinizə çatdırmaqdır.2016-cı ildən həmin bu şəxs Azadəli Azadəliyev idarə rəhbəri təyin olunduqdan öz şəxsi mənafeyi üçün dövlət maşınlarını aylıq 1000 manat müqabilində icarəyə buraxır.Şəxsi mənafe güdən şəxslərin heç biri müharibəyə getmədi və indi də idarədə işləyirlər.Maşınlar müharibə bölgəsindən döndükdə, müharibə zamanı maşınlara dəyən ziyanı müharibədə iştirak etmiş sürücülərin özlərinə təmir etdirdilər.Xahiş edirik ki,bu özbaşınalığa son qoymaq üçün bizlərə köməklik göstərəsiniz.İdarədə dövlət maşınlarına sığorta və texniki baxış üçün sürücülərdən vəsait tələb olunur.İdarənin baş mexaniki Əlizadə Nəsiminin əmək haqqı kartı sms ilə telefonlara yönəldilmişdir.Məzahir Mahmudovun əmək haqqı kartına yüklənən icarə haqları barədə əlimizdə tutarlı dəlillər vardır.
Hörmətli Nazim müəllim! Deyəsən ali baş komandanın tapşırıq və tövsiyyələri AAYDA-da rəhbər vəzifə tutmuş məmurlara aid deyil? Çünki idarədə işdən getmək istəməyən müharibə iştirakçılarına cənab Saleh Məmmədovun əmri ilə ünvan və telefonlarına məktub göndərilir.Bu necə düzgündür ki,vətənin keşiyində duran insanlara hörmət budur?Biz hüquqlarımızı tələb etdikdə bizi qruplara böldülər ki, dövlətin bizə verdiyi qan pulunu mənimsəsinlər.
Şəxsən Məzahir Mahmudov deyir ki,sürücü yoldaşlar,Saleh Məmmədov və Azadəli Azadəliyevə heç nə edə bilməzsiniz.Onların lazımi qədər vəsaitləri var və böyük nüfuz sahibidirlər.Hər nə olsa ,sizə olacaq.Sizin onlara gücünüz çatmaz.Düz deyir, biz də bu fikirdəyik.Bizimki yetməsə də cənab ali baş komandanın bir kəlməsi bəs edər. Bunu isə, hörmətli Nazim müəllim, bizim dilimizlə siz deyə bilərsiniz.Əvvəlcədən sizə öz minnətdarlığımızı bildiririk.Bir qrup vətənin keşiyində duran oğullara kömək etmiş sürücülər.
İmza:. Ağayev Malik İsa oğlu 051-716-09-89
İmza: Qəhrəmanov Zaur Ağabala oğlu 050-540-93-26
İmza: Vəliyev Xanoğlan Aslan oğlu 050-552-48-55

Redaksiyadan:Yazıda adları çəkilən məmurların da fikirlərini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı.


Qarabağ qaziləri AAYDA-NİN fəaliyyətindən korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına ərizə ilə müraciət  etdilər
Qarabağ qaziləri AAYDA-NİN fəaliyyətindən korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına ərizə ilə müraciət  etdilər
Qarabağ qaziləri AAYDA-NİN fəaliyyətindən korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəisi Nazim Rəcəbov cənablarına ərizə ilə müraciət  etdilər
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı