Müştəri "Baku Electronics"i boykota çağırdı... - NARAZILIQ!
Sosial
Oxunub: 321
28 in 2021 | 18:50
Müştəri "Baku Electronics"i boykota çağırdı... - NARAZILIQ!


""Baku Electronics" kimi məsuliyyətsiz şəbəkədən nəsə əldə etmək istəsəniz, bu dediklərimi nəzərə alın, çünki sizə bunları mağazada deməyəcəklər və nəticədə özünüzü aldadılmış hiss etməyiniz bir yana, 2-3 gün bu şəbəkənin qeyri-peşəkar əməkdaşlarının əlində qalacaqsınız".

Moderator.az xəbər verir ki, bunu feysbukda "Müştərinin səsi" qrupunda Könül Kamilli adlı sosial şəbəkə istifadəçisi bildirib.

O, mağazalar şəbəkəsini boykot etməsinin səbəblərini də açıqlayıb:

"Mağazada sizə deyəcəklər ki, çatdırılma və quraşdırılma daxildi, 2 iş günü içində gətirib quraşdıracaqlar. Bu, onların dilində nə deməkdir, sizə açıqlayım. Mağazada deyirlər, 1-ci gün olacaq çatdırılma, amma bazar günü zəng edib deyirlər ki, bu gün olacaq, bəs, malınız ambardan götürülüb, maşındadı. Adam qalır pis vəziyyətdə ki, sabaha saxlasam, aldığım məhsul bir gün maşında Bakını gəzəcək bu istidə. Nə isə, deyirsən, yaxşı, gətir, saat neçə üçün olacaq çatdırılma? Deyirlər, bilmirik sürücü zəng edəcək sizə. A bala, camaatın bir dənə bazarı var və 1000 dənə dərdi. Mən indi oturub gözləyim ki, sürücünün könlü nə istəyir? Zəng edirsən məlumat mərkəzinə ki, heç olmasa, əlaqələndirin bu sehirli sürücü ilə, görək başımıza nə gəlir, deyirlər, bu mümkün deyil, gözləyin özü çatmağa yarım saat qalmış xəbər edəcək. Salamatçılıqdır? Yəni biz bütün günü evdən addım atmayaq oturub gözləyək. Hələ bu harasıdır. Üstündən bir müddət keçir, sürücü zəng edib ünvanı soruşur, və deyir, bilmirəm, haçan gələcəm, zəng edəcəm çatanda. Deyəndə ki, bu nə işdir, bir vaxt deyin, deyir, istəmirsən, heç gətirməyim, bu cür mədəniyyətsiz şəkildə adama minnət edirlər".

Müştərinin bildirdiyinə görə, əgər quraşdırılmaya ehtiyacı olan avadanlıq alırsınızsa, ustanın gəlməsi üçün möcüzə baş verməlidir və ya özünüz ayrı bir qaynar xəttə zəng etməlisiniz, sifariş verməlisiniz:

"Niyə? Əgər bu avadanlığın quraşdırılmasını ödəmişəmsə, niyə usta dalıyca qaçmalıyam? Və ən əsası, bu proses haqqında satıcı məhsul alarkən heç bir məlumat vermir adama. Özün düşünüb, öncəki situasiyanın absurdluğunu analiz edib, şübhələnib zəng edirsən ki, bəs usta neçə olacaq, axı demisiniz 1 və ya 2 gün gələcək.

Adamı bu məntiqsiz və məsuliyyətsiz iş prosesi ilə həlak edəndən sonra bir də zəng edib soruşurlar ki, çatdırılma xidmətindən razı qaldınızmı? Mədəni şəkildə narazılıq bildirməyə başlayan kimi adamı yola verib sağollaşırlar.
Sadəcə sözüm yoxdur, bu cür yanaşmanı heç "Sədərək" bazarında görməzsən, ordakı satıcılar gəlib bu boyda şəbəkənin işçilərinə mədəniyyət və müştəri yönümlülük dərsi verər. Tövsiyə edirəm ki, əsəblərinizi və pulunuzu bu cür qeyri-peşəkar brendə sərf etməyin, uğurlar!"
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Müştəri "Baku Electronics"i boykota çağırdı... - NARAZILIQ!
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...