Oğlu maliyyə xəyanətində, özü deputatlıq eşqində - FAKTLAR
Sosial
Oxunub: 1 639
13 okt 2015 | 06:09
Oğlu maliyyə xəyanətində, özü deputatlıq eşqində - FAKTLAR


















Deputat kürsüsünə növbəti dəfə hazırlaşan Rüstəm Xəlilov barəsində səhih məlumatlar daxil olub

TİA.AZ-a verilən özəl xəbərdə qeyd olunur ki, millət vəkili mandat uğrunda çarpışarkən oğlunun başı dərddə olub.

Sabirabadın 64 saylı II Seçki Dairəsindən seçkilərə qatılan R.Xəlilov parlament arzusunda olarkən, övladının adı maliyyə xəyanəti işində hallanıb. Hətta Azərbaycan Beynəlxalq Bankındakı kredit qalmaqalına görə istintaqa cəlb olunan oliqarxlar sırasında deputatın oğluna da rast gəlinib.

Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə (BMCMİ) çağırılan deputat oğlu kredit fırıldağında iştirak edənlər arasında adı çəkilib. R.Xəlilov isə bütün bu rüsvayçılıqlara, dövlətin iqtisadi siyasətinə oğlunun etdiyi xəyanətə rəğmən millət vəkili olmaq arzusundadır.

Seçicilər isə belə bir namizədə deputat mandatı verilməsinə qarşıdırlar. Onların sözlərinə görə, R.Xəlilov millət vəkili yox, millətin pullarına varlanan iş adamıdır. Qanunla deputatın biznes fəaliyyətinin qadağan olunması isə Xəlilov üçün adi haldır.

Geridə qalan dövrdə Sabirabadda biznes imkanlarını genişləndirən R.Xəlilov ailə-klan iqtidarı yaradıb. Rayonda tayfa hökmranlığını möhkəmləndirən məhz bu maliyyə resurslarının sayəsində deputat seçiləcəyinə arxayınlaşıb. Buna dair faktlar da mətbuatda yer alıb:

Ondan başlayaq ki, R.Xəlilovun atası Gülabba Xəlilov uzun illər "Jdanov" kolxozunda sədr işləyib. SSRİ dağılandan sonra isə Rüstəm Xəlilov və tayfası "Jdanov" kolxozunun bütün əmlakını mənimsəyiblər.

Hazırda Xəlilovlar camaatın pay torpaqlarını və bütün bələdiyyə torpaqlarını öz şəxsi torpaqları kimi işlədirlər.

Sabirabadda Xəlilovlar ailəsinin əllərində yüz hektarlarla torpaq sahləri var. Bundan başqa Sabirabadın kasıb əhalisinin torpaqlarını uzun müddətli icarə və alıq satqı ilə min hektarlar ərazidə əldə ediblər.

Xəlilov qardaşları və onların yaxınları Sabirabadda və ətraf rayonlarda vəzifələri ələ keçiriblər. Deputatın qardaşı Ağaəli Xəlilov 10 il Saatlıda polis rəisi işləyib. Deputatın digər qardaşı Vaqif Xəlilov isə Sabirabadın Nizami kəndində məktəb direktoru işləyir.

Rüstəm Xəlilovun qardaşı oğlu Ağaşirin Xəlilov uzun illər Şirvan şəhər işıq idarəsində müdir işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Hazırda isə Şirvanda "Elit" restoranın sahibidir və oranı işlədir.

Millət vəkilinin başqa bir qardaşı Telman Xəlilov Sabirabadda yerləşən DYP postunun rəisidir. Digər qardaşı da Sabirabad rayonunun Qaragünə kəndində sahə müvəkkildir. Başqa bir qardaşı da vaxt ilə Şirvan Elektrik şəbəkəsində müdir işləyib. Hazırda isə Hacıqabul rayonunda satış müdiri işləyir. Həmin idarənin müdiri də Rüstəm Xəlilovun qardaşı oğlu Mehman Xəlilovdur. O, Mehman Xəlilov ki, əmisinə güvəndiyindən, Hacıqabulda heç kəslə hesablaşmır.

Sabirabadda hər kəs bilir ki, Xəlilovların əlldə etdikləri bütün kapitala deputat Rüstəm Xəlilov şəxsn özü rəhbərlik edir.

Bundan əlavə, deputatın Bakıda, Şirvanda və bir neçə yerdə göz oxşayan villaları var.

Sabirabaddan daxil olan məlumatda bildirilir ki, hazırda Rüstəm Xəlilovun bütün qohum əqrabası dayanmadan seçki təbliğatı ilə məşğuldurlar. Rüstəm Xəlilovun bu günə qədər heç bir seçicisinin problemi ilə maraqlanmadığı bildirilir. Heç ölkə problemləri ilə də maraqlanmayan deputatın əsas işi öz «tayfasına» xidmət göstərməkdir. Elə buna görə də bir qrup Sabirabad seçicisinin ölkə prezidentinə və parlament rəhbərliyinə müraciət edərək Rüstəm Xəlilovun əməlləri barədə məlumat vermələri gözlənilir. Seçiciləri hesab edirlər ki, Rüstəm Xəlilov hakimiyyətin və YAP-ın nüfuzuna xələl gətirir.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü