Xoşqədəm yüzdən çox ananı öz balasına qovuşdurub
"Həqiqət müzakirələrdə üzə çıxır. Amma televiziyalara sərt nəzarət tətbiq edən adamların bu həqiqəti dinləməyə hazır olub-olmadığını bilmirəm".

Milli Teleradio Şurasının (MTRŞ) ANS telekanalında yayımlanan bəzi verilişlər haqqında qərarı ilə bağlı yeni fikirlər səsləndirilib.
ANS PRESS-in "musavat.com" saytına istinadla verdiyi məlumata görə, Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti, tanınmış jurnalist Seymur Verdizadə Milli Teleradio Şurasının (MTRŞ) verilişin bağlanması ilə bağlı qərarının yanlış olduğunu bildirib. Həmin yazını oxuculara olduğu kimi təqdim edirik:
“Deyirlər ki, Xoşqədəm Hidayətqızı Rusiyada, Ukraynada səfil həyatı yaşayan soydaşlarımızı tapıb üzə çıxarmaqla Azərbaycanın imicini zədələyir...”
Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin eksperti, tanınmış jurnalist Seymur Verdizadə Milli Teleradio Şurasının (MTRŞ) verilişin bağlanması ilə bağlı qərarının yanlış olduğunu bildirib. “Yeni Müsavat”a açıqlamasında Seymur Verdizadə deyib ki, minlərlə insanın ümid yerinə çevrilmiş bir verilişi bağlamaq həmin insanlara zərbədir.
Bundan itirən Xoşqədəm Hidayətqızı yox, minlərlə çarəsiz sadə vətəndaşlar olacaq: “Bu veriliş ötən beş ildə Azərbaycan teleməkanının ən reytinqli proqramı olub. Zəngin həyat təcrübəsinə malik olan tanınmış ziyalılar, millət vəkilləri, sənət adamları Xoşqədəm Hidayətqızının yaratdığı bu tribunadan həmişə səmərəli istifadə ediblər. Milli-mənəvi dəyərləri təbliğ etmək, mütərəqqi ideyaları yaymaq bizim başlıca amalımız olub. Əgər MTRŞ-nin verilişin müvəqqəti dayandırılması ilə bağlı məlum qərarı olmasaydı, biz bu müqəddəs missiyanı ANS-də yenə davam etdirəcəkdik.
Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişinin dəyərli ekspertlərini bayağı şounun simvolu olan adamlarla yanaşı oturtmağı nə özünə, nə də bizə rəva bilib. Xoşqədəm xanımın müəllifi olduğu verilişlərin qonağı Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, millət vəkilləri, sevilən sənət adamları olub. Mən Rəşid müəllimi Azərbaycan xalqı üçün qənimət hesab edirəm. O, 52 ildir ki, Azərbaycan Dövlət Tibb Universiteti kimi qocaman təhsil ocağında müəllim işləyir. Gəlin, gecə demirəm, gündüz əlimizdə çıraq Azərbaycanı qarış-qarış dolaşaq. Əgər Tibb Universitetinin ölkəmizin dörd bir tərəfinə səpələnmiş məzunlarından biri onun haqqında pis söz danışsa, qələmimi qırıb, Xəzərin neft qoxan sularına atacam. Baba Vəziroğlu haqda isə bircə onu demək istəyirəm ki, Azərbaycan dövləti bu şəxsin əməyini yüksək qiymətləndirərək, bir neçə il əvvəl onu “Əməkdar incəsənət xadimi” adı ilə təltif edib".
S.Verdizadə bildirdi ki, Xoşqədəm Hidayətqızının bu verilişi 5 ildə yüzdən çox ananı öz balasına qovuşdurub. Bu cür böyük missiyanın qarşısına sədd çəkilməsi heç cür anlaşılan deyil: “Deyirlər ki, Xoşqədəm Hidayətqızı Rusiyada, Ukraynada səfil həyatı yaşayan soydaşlarımızı tapıb üzə çıxarmaqla Azərbaycanın imicini zədələyir. Bu, həmin Xoşqədəm xanımdır ki, ötən beş ildə yüzdən çox ananı doğma balasına qovuşdurub. Rusiyada səfil həyatı keçirən azərbaycanlıları vətənə gətirmək onların ömrünü uzatmağa xidmət edir. Bu adamların ömrünü Rusiyada başa vurub, xristian adət-ənənəsi ilə kimsəsizlər qəbiristanlığında dəfn olunması kimə başucalığı gətirəcək?
Mən də Azərbaycan telekanallarında intellektual verilişlərin sayının artmasının, maraqlı müzakirələrin aparılmasının tərəfdarıyam. Çünki əsl həqiqət məhz bu cür müzakirələr nəticəsində üzə çıxır. Amma televiziyalar üzərində sərt nəzarət mexanizmi tətbiq edən adamların bu həqiqəti dinləməyə hazır olub-olmadığını bilmirəm".
Seymur Verdizadə “Səni axtarıram” verilişinin şəxsən onu bütün ölkə ictimaiyyətinə tanıtdığı barədə deyilənlərə də münasibət bildirdi: “Mən ”Səni axtarıram" verilişinə ekspert kimi dəvət olunduğum zamana qədər artıq 15 ilik jurnalist təcrübəm var idi. Bir sıra məşhur qəzetlərdə redaktor işlədiyim üçün cəmiyyətin aktiv kəsimi məni tanıyırdı. “Səni axtarıram” verilişində ekspert kimi iştirakım-efir isə məni sadə insanlara tanıtdı. İctimai nəqliyyatdan istifadə edən insanam. Sadə insanların məni tanıdıqlarını hər gün müşahidə edirəm. Bəzən yaxınlaşıb təşəkkür edənlər, problemlərini dilə gətirənlər olur. Amma inanın ki, bu veriliş haqqında bir kimsənin etirazına rast gəlməmişəm.
Onu da deyim ki, mənim üçün efir ikinci planda olub. Həftədə 15 saat canlı efirdə olsam da jurnalist kimi qələmi əldən yerə qoymamışam, media orqanlarında intensiv yazılarla çıxış etmişəm. Bundan sonra da əsas fəaliyyətim jurnalistika ilə bağlı olacaq. Heç vaxt xüsusi olaraq televiziyada görünmək və məşhurlaşmaq iddiam olmayıb".

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI