Maşinist ixtisara düşməsini haqsız sayır
“Pünhan Mütəllimovun işinə qaytarması məsələsinə baxa bilər”.
Şabran sakini Pünhan Mütəllimov “Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində olan idarə tərəfindən işdən azad olunub.
ANS TV-nin məlumatına görə, Pünhan Mütəllimov hazırda Şabranın Ağalıq kəndindəki ata evində iki uşağı və həyat yoldaşı ilə birlikdə yaşayır.
O, 2009-cu ildən maşinist işlədiyi “Azərbaycan Dəmir Yolları” QSC-nin Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindəki Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamenti tərəfindən işdən azad edildiyini deyir.
İşdən azad olunması barədə qurumun rəhbəri Çingiz Məmmədovdan may və iyil aylarında iki dəfə bildiriş də gəlib və avqustun 23-dən ona işə çıxmağa icazə verilməyib.
Pünhan Mütəllimov bildirdi ki, departamentdən ona işə qayıdaçağı vəd olunmuşdu:
“Departamentdən ixtisara düşməyim barədə xəbərdarlıq məktubu gəlib. Amma departament mənim işə qayıdaçağım barədə vəd vermişdi”.
Şikayətçinin sözlərinə görə, işlədiyi zaman H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşayıb. İxtisara düşəndən sonra ata evinə dönüb. Amma ailə böyük olduğundan burda yaşamaq çox çətindir.
Üçüncü övladını gözləyən və işsizlikdən ata evinə güclə sığınan Pünhan Mütəllimovun şikayyətini “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun diqqətinə çatdırdıq.
Nadir Əzməmmədov isə öz növbəsində Pünhan Mütəllimovun şikayətini sözügedən departamamenti rəhbəri Çingiz Məmmədova çatdırıb. Onun deməsinə görə işin həcmi azaldığına görə, Pünhan Mütəllimov və daha bir neçə nəfər işdən ixtisarla azad ediliblər. Hələlik qurumda həmin işçilərə ehtiyac yoxdu.
Nadir Əzməmmədov Çingiz Məmmədova istinadən onu da bildirdi ki, gələcəkdə Pünhan Mütəllimovun işinə qaytarması məsələsinə baxıla bilər.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü