Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi
Sosial
Oxunub: 1 480
28 sen 2015 | 06:54
Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi













Dəmir alverçisi bar sahibinə necə çevrildi?

Son illər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bütün tədbirlərə rəğmən adı insan alverində hallanan bar və pritonların sayının getdikcə artması heç kimə sirr deyil. Görünən odur ki, qadın biznesinin ən çox pul gətirən sahələrdən biri sayılması bu biznesi nəinki gənclər, hətta ağsaqqal hesab ediləcək şəxslər üçün də vazkeçilməz edir.
Redaksiyamıza daxil olan məlumata görə, bu qəbildən olan “ağsaqqal”lardan biri də Novxanı sakini Həsənqulu Quliyevdir. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, əsl adı Həsənqulu olsa da camaat arasında daha çox “Rəsul” ləqəbi ilə tanınan bu şəxs bir neçə bar və gecə klubuna rəhbərlik edir ki, bu da “el ağsaqqalına” ciddi miqdarda vəsait qazandırır. Mənbənin sözlərinə görə, uzun müddət dəmir alveri ilə məşğul olan Rəsul daha sonra bir tanışının məsləhi ilə daha yüngül və əziyyətsiz qazanc vəd edən bar-kafe biznesinə başlayıb. Tədricən bu sahədə zəngin təcrübə əldə edən “el ağsaqqalı” qısa müddət ərzində təzə peşəsində ciddi “uğurlar” ortaya qoyur. Belə ki, Sumqayıt ərazizində bir neçə bar və pritona yiyələnən Rəsul qısa müddət ərzində öz biznesini ölkə paytaxtına qədər irəlilədə bilir.
Mənbənin sözlərinə görə, hazırda “el ağsaqqalı”nın malik olduğu bar və klublardan ən məşhuru Sumqayıtdakı “Metallurq bar” və “Fontan” hesab edilir. Əyyaşlıq yuvası hesab edilən hər iki məkanda yaxın keçmişdə bir sıra ciddi qanun pozuntuları baş verib ki, bu da hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub. Lakin bütün baş verənlərə rəğmən hələ də sahiblik etdiyi bar və pritonları öz bildiyi şəkildə idarə edən, şəxsi maraqları naminə gənc nəslin əxlaq və tərbiyəsinə zərbə vuran H.Quliyev bu gün də priton biznesini ciddi-cəhdlə genişləndirməkdədir. Görünən odur ki, “el ağsaqqalı” ömrünün qürub çağında ölkənin ən geniş bar və klub şəbəkəsinə sahib olmağa çalışır və bu yolda onu nə saçı, nə saqqalı, nə də el qınağı saxlayana oxşamır.

P.S.Gələn yazımızda oxucuları H.Quliyevin kimliyi ilə daha yaxından tanış etməklə yanaşı, onun sahibi olduğu digər bar və pritonların adını da ictimaiyyətə elan edəcək, orda baş verən qanunazidd əməlləri işıqlandırmağa çalışacayıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI