Azərbaycanda saxta dərmanlar təhlükəsi
Sosial
Oxunub: 1 244
26 sen 2015 | 14:08
Azərbaycanda saxta dərmanlar təhlükəsiQiymətlərin ucuzlaşması dərman preparatlarının keyfiyyətini aşağı salacaq.

"Yaxın vaxtlarda daha 1000-ə yaxın dərman vasitəsinin qiyməti endiriləcək."

Bunu ANS PRESS-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Şahin Nağıyev deyib.

Onun sözlərinə görə, birinci mərhələdə Tarif Şurası tərəfindən 1057 dərman preparatının və 25 təsiredici maddənin qiyməti endirilib və bu, 15 sentyabr tarixindən qüvvəyə minib (kombinə olunmuş dərman vasitələri istisnadır) .

İlin sonuna qədər isə dövlət qeydiyyatına alınmış və təlabat çox olan 4500 dərman vasitəsinin qiyməti hissə-hissə endiriləcək.

Nazirlik rəsmisi qiyməti endirilən dərmanlar barədə apteklərdə mənfi hallarla üzləşən şəxslərə müraciət edəcəyi ünvanları da göstərib.

Qiyməti endirilən dərmanların siyahısı artıq bir sıra müvafiq qurumların saytlarında, o cümlədən tariff.gov.az saytında yerləşdirilib. Dərmanların qiymətlərində ucuzlaşmanın olmadığını görən, yaxud hansısa suallar qarşısında qalan şəxslər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 yaxud 012-498-15-01 və 012-498-15-04 nömrələri ilə əlaqə saxlayaraq hüquqpozulması halları barədə məlumat verə bilərlər",- deyə Şahin Nağıyev bildirdi.
Ucuzlaşan dərmanların siyahısını "Dərman vasitələrinin qiymətlərinin müqayisəsi" adlı resursdan əldə etmək mümkündür.

Aptek sahibləri də 1057 adda dərman vasitələrinin qiymətlərini endirdiklərini desələr də, alıcılarından bəziləri bu endirimlərin olduğu ilə razılaşır, bəziləri isə heç bir ucuzlaşma olmadığını iddia edirlər.

İqtisadçı ekspert Nicat Hacızadə deyir ki, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq.
"Bazar iqtisadiyyatından istifadə edib sahibkarlar dərman məhsullarının qiymətini süni formada qaldırırdılar. Bu proses ölkə başçısının tənqidinə qədər davam etdi. Dövlət tərəfindən dərman bazarına nəzarət artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətisiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər",- deyə iqtisadçı N. Hacızadə bildirdi.

İqtisadçı deyir ki, Azərbaycan dərman bazarında rəqabət qabiliyyətini azaldan digər bir amil isə istehsalın yox səviyyəsində olmasıdır. Azərbaycan cəmi 2% preparat istehsal edir. Qalan 98%-i isə xaricdən alır. Ölkəmiz dərman istehsalını artırmalıdır ki, qiymətlər aşağı düşsün. Bunun üçün isə ixtisaslaşmış instutlar yaradılmalı və kadrlar yetişdirilməlidir,- deyə iqtisadçı əlavə edib.
Dünya təcrübəsinə baxsaq görərik ki, əvvəllər qonşu ölkə Türkiyədə də dərman qiymətləri çox yüksək idi. Lakin 2000-ci ildə qardaş ölkədə icbari sığortanın tətbiqi, gömrük rüsümlarının və vergilərin azaldılması ilə ölkədə dərmanların qiymətləri aşağı düşdü. Ölkənin preparat istehsalına başlaması isə qiymətləri bir az daha endirdi. Həm də burada digər bir məqam odur ki, belə olan halda Türkiyədəki dərman bazarında rəqabət yarandı və nəticədə də keyfiyyət yuxarı qalxdı.

30 iyul 2015ci il tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin "2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları"na həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu.
Azərbaycan Tarif Şurasının 30 iyulda keçirilmiş iclasında isə ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti ucuzlaşdırılmışdı. Qərara əsasən, həmin dərman vasitələrinə tətbiq edilən ucuzlaşma 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə mindi.
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var