Dərsliklərimiz də qohumbazlıqla ərsəyə gəlirmiş...

Bir neçə gün əvvəl dərsliklərimizdəki eybəcər mənzərə bir problem kimi yetərincə icitmailəşdi.
Hətta bu problemə səbəb olan kitab müəllifləri ortaya çıxaraq izahat verməyə də çalışdılar. Amma yetərli olmadı. Əslində yetərli olmayacaqdı da. Sən demə, səbəb başqa imiş. Çünki bizdə dərsliklər şagirdlərin bilik-savad yiyəsi olmaları marağı ilə yox, kimlərinsə özəl maraqları əsasında ərsəyə gəlirmiş. Elə DİA.AZ-a daxil olan aşağıdakı müraciətin müəllifi olan müəllimlər də həmin narahatçılığı ifadə edirlər:
8-ci sinif dərsliyindəki "jarqon biabırçılığı" kimə söykənirmiş...
"Hörmətli Redaksiya!
Biz bir qrup Azərbaycan dili və ədəbiyyat müəllimləri sizə müraciət edirik! Məlum səbəblərdən öz adımızı hələlik bildirmək istəmirik. Səbəbini isə müraciətimizlə tanış olduqdan sonra başa düşmək olar. Müraciətimiz hazırda istifadə olunan 8-ci sinif Azərbaycan dili dərsliyi ilə bağlıdır.
Əldə etdiyimiz məlumatlara əsasən, 8-ci sinif dərsliklərinin qiymətləndirilməsi zamanı TQDK hazırda istifadədə olan dərsliyə çox aşağı bal vermiş və onun istifadəsini yararsız hesab etmişdir.
Belə bir kitabın qəbul edilməsinə səbəb isə müəlliflər Samirə Bektaşinın Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlının qudası, digər müəllif Tofiq Hacıyevin isə yenə Faiq Şahbazlının kirvəsi olmasıdır".
Artıq buradan pişiyin quyruğu tam çılpaqlığı ilə görünür. Daha sonra müraciət müəllifi olan müəllimlər dia.az-a yazırlar:
"Həyəcanla bildirmək istəyirik ki, yeni nəşr olunmuş 8-ci sinif Azərbaycan dili dərsliyi millətimizin mənəvi dəyərlərinə güclü zərbə vurur. “Yenilik” sözü arxasında gizlənən müəlliflər dilimizə xəyanət etmişlər.
Jarqon sözlər dərsliyə daxil edildikdən sonra şagirdlər artıq bir-birləri ilə yarı zarafat, yarı ciddi həmin tərzdə danışmağa başlamışlar. Əvvəla, “debil” xəstəliyinin daşıyıcıları olan inklüziv şagirdlər üçün bu – ölümə bərabərdir. İkincisi, müəlliflər özlərini təmizə çıxarmaq üçün bəhanə gətirirlər ki, bu mətni biz pis nümunə kimi vermişik, Onda eyni məntiqlə küçə söyüşlərini və kriminal jarqonları da vermək lazımdır.
Hörmətli redaksiya!
Xahiş edirik dilimizi qorumaq məqsədi ilə bu kitabın işıq üzü görməsinə məsuliyyət daşıyan şəxsləri ən azından, ictimai qınaq obyektinə çevirməklə, gələcəkdə belə xəyanətlərin təkrar olunmasının qarşısını alasınız".
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI