Sumqayıt məktəbində rekord məbləğdə rüşvət?!
Sosial
Oxunub: 1 130
25 sen 2015 | 09:05
Sumqayıt məktəbində rekord məbləğdə rüşvət?!

















"Hamımıza məlumdur ki, istər təhsil naziri Mikayıl Cabbarov, istərsə də gəldiyi gündən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblərimizdə rüşvətxorluqla mübarizə tədbirlərini hər zaman diqqət mərkəzində saxlayıblar. Amma görünür "işinin peşəkarları" hələ də öz fəaliyyətlərinə davam etməkdədirlər. O cümlədən Sumqayıt şəhər 17-ci mikrorayonda yerləşənTexniki və Təbiət Elmlər Liseyindəki özbaşnalıqlar... Sözün açığı hansından başlayım deyə tərəddüd edirəm, çünkü problem N qədərdir

Ən yaxşısı elə məktəbə qəbuldan başlayaq. Birinci sinifə qəbul şərtlərinə görə, məktəbə tələbat çox olduğu üçün yer məhdudiyyəti var və buna görə də qəbul üçün valideyn 500-800 manat arası xərc çəkməlidir ki, onun övladını məktəbə yerləşdirmək mümkün olsun. Sözügedən liseyin direktoru Rüxsarə Məmmədova başda olmaqla ibtidai sinif müəlliməsi Gülnarə Əliyeva və həyat bilgisi müəlliməsi Ətrabə xanım direktorun pul yığmaq üzrə əsas köməkçiləridirlər.

Sadəcə olaraq məni bir fikir hər zaman narahat edib və bu sualla da aidiyyəti qurumlara müraciət edirəm: ibtidai təhsildə bir sinifdə 32-35 uşağın bir yerdə təhsil alması mümkündürmü və əgər qanunvericilikdə buna məhdudiyyət yoxdursa, hansı keyfiyyətli təhsildən danışmaq olar?!

Bu məktəbdə rüşvətin qəbulu o qədər peşakar hal alıb ki, tədris ilinin əvvəlində zavallı valıdeynlərə - "övladım aşağı qiymət aldığı halda məktəbdən çıxarılmasına və məktəbin rifahı naminə yığılan maddi vəsaitlərə heç bir narazılığım yoxdur” - devizi altında "müqavilə” imzaladılır. Oxuyun və imzalayın ki, səhər ağzınızı açan kimi imzaladığınız müqaviləni yadınıza salaq.

İbtidai sinifdə çəkilən zillət bitdikdən sonra yuxarı sinifdə tufanlı-boranlı günlər başlayır. Monitorinq zamanı əgər 3 qiymət almısansa, indiyə qədər çəkdiyin əziyyətlərə baxmayaraq 200 manatından keçməlisən ki, təhsilini bu liseydə davam etdirə biləsən. Əks halda sənədlərinizi götürün və özünüzə məktəb axtarın.

Məktəbdə müəllimlər pul yığmaqda o qədər "peşəkar"dırlar ki, bayramlarda siyahı tutulmamasını tələb edirlər. Hər bir valideyn fərdi qaydada da bir kimsənin görmədiyi şəkildə müəllimə yaxınlaşıb müvafiq "ödənişi” etməlidir. Hər ay hər bir şagirddən3 manat civarında fond pulu yığılır və bu azmış kimi ya ilin əvvəlində hamısını və yaxud 3 ayın pulunu öncədən ödəməlisən. Hətta burada müəyyən endirim və güzəştlər də var. Məsələn, gözdən pərdə asmaq üçün 2-3 övladı bu məktəbdə oxuyan valideyn 1 uşağın fond pulundan azaddır. Bütün bu çətinliklər müqabilində keyfiyyətli dərs keçilsəydi, dərd yarı olardı.
Çox heyiflər olsun bu liseyin yaradıcısı qocaman, əməkdar müəllimə Minarə xanımın əziyyətlərinə!"

Xeberle.comportalı olaraq övladı TTEL-dən çıxarılmış bir valideynin şikayətini işıqlandırdıq. Nəzərinizə çatdıraq ki, bu həmin liseylə bağlı ilk belə hal deyil. Yeri gəlmişkən, digər bir şikayətçi isə deyir ki, hətta yay tətili zamanı belə fond pulu yığılır. Təmir olunmuş sinif otaqlarına görə valideynlərdən təmirə xərclənmiş vəsait tələb olunur. Maraqlıdır, bəs yığılan fond pulu hara sərf olunur?! Bununla yanaşı, monitorinq pulu adı altında hər şagirddən 1 manat məbləğində pul da toplanılır.

Haqqında deyilən ittihamlara çavab almaq üçün Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyinin direktoru Rüxsarə Məmmədovaya müraciət etdik. Öncə liseyə 1-ci sinfə şagirdlərin hansı şəkildə qəbul edildiyini öyrənməyə çalışdıq. R.Məmmədova bizə məlumat verdi ki, bir sinifdə şagirdin sayı üçün minimum göstərici 20 nəfərdir: "Əlimdə nazirliyin təlimatı var. Buyurun, siz də taniş olun. Təlimata uyğun olaraq sinif otağının tutumu qədər şagird götürə bilərik. Hər il məktəbə qəbul üçün 605 uşaq müsabiqədə iştirak edir. Onlardan tələb olunan 50 ballıq test tapşırıqlarını yerinə yetirən130-150 uşaq olsa belə, biz onları necə məktəbə götürməyə bilərik?!"
1-ci sinifə uşaqların qəbul edilməsi üçün 500-800 manat pul istənilməsilə bağlı deyilənlərə lisey direktoru bu şəkildə aydınlıq gəritdi: "Əgər bizim liseydə hansısa valideyndən bu deyilən məbləğdə pul istənilibsə, nə üçün elə həmin vaxt lazım olan təşkilatlara, lap elə xəbər saytlarına müraciət etməyiblər?!" Direktor onu da bildirdi ki, liseydə şagirdlərdən fond pulu yığılmır. O, bayram günlərində böyük məbləğdə pul yığılması ittihamını da qəti şəkildə rədd etdi: "Əmr hazırlamışam. Əmri liseyin bir neçə yerində yerləşdirəcəyik. Valideyn və müəllim assosiasiyalarına qəti xəbərdalığım var. Əslində bu əmri lisey direktoru olaraq bütün bayramlarda verirəm. Bu dəfə isə daha ciddi nəzarət edəcəm. Bizim liseydə bayram günlərində nə hədiyyə, nə də pul yığılması haqqında heç bir söhbət gedə bilməz."
Rüxsarə Məmmədova şikayətdə qeyd edilən kafi qiymət alan şagirdlərin məktəbdən qovulması məsələsinə də cavab verdi: "Tədris planında bura məktəb-liseydir. Tam lisey deyil. Məktəb-lisey olduğuna görə 1-ci sinidfən, 6-cı sinif də daxil olmaqla, adi məktəb sinifləri sayılırlar. Amma 7-ci sinifdən sonra bizim lisey sinifləri də olur. Texniki fənlər və təbiət fənləri üzrə siniflər olur. Eyni zamanda adi siniflərimiz də var. Əgər şagird 3-4 fəndən kafi qiymət alarsa, onun digər şagirdərlə rəqabət aparmaq imkanı olur. Amma, şagirdin 16 fənnin 9-dan qiyməti kafidirsə, onu da məktəbdən çıxartmırıq. Sadəcə valideyninə xəbərdarlıq edirik. R.Məmmədova liseyin yüksək göstəricilərindən də danışdı. Buraxılış imtahanında bizim liseydə nəinki 2 alan, heç 3 alan da olmadı. Belə nəticə respublikanın heç bir məktəbində olmayıb. 11-ci sinifi 50 şagird bitirib. Onlardan 23 nəfəri yəni, 46 faizi 600-dən yuxarı balla ali məktəbə qəbul olub. 7 nəfər 650-dən çox bal toplayıb. İki nəfər prezident təqaüdünə layiq görülüb. Bundan yüksək nəticə nə ola bilər?"

Bu isə direktor Rüxsarə Məmmədovanın fikirləri... Ümid edək ki, aidiyyəti qurumlar problemlə bağlı müvafiq tədbir görəcək və hansısa şagirdlər hüquqları ola-ola TTEL-də təhsildən məhrum olmayacaqlar.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü