Azərbaycan məktəblərində "seksual polislər" - FOTO
Sosial
Oxunub: 1 605
24 sen 2015 | 08:49
Azərbaycan məktəblərində "seksual polislər" - FOTO















Sosial şəbəklərdə paylaşılan müəllim adına yaraşmayan bir şəkil geniş müzakirələrə səbəb olub. Qaynar.info xəbər verir ki, Azərbaycanda orta məktəblərin birində müəllimin geyindiyi köynəyin üzərində "SEX GOP" sözləri yazılıb.Şəkildən göründüyü kimi müəllim heç bir narahatlıq hiss etmədən ilə şagirdlərin qarşısına çıxıb

Görünür, müəllimə geyindiyi köynəyin üzərində nə yazıldığının fərqində deyil. Lakin, müəllimdən fərqli olaraq, şagirdlər əslində nə baş verdiyinin fərqindədirlər. Çünki müəllimin şəklini çəkib sosial şəbəkələrdə yayanlar da, məhz, onlardırlar.

Geyimin üzərində diqqət çəkən iki söz var: “Sex” və “GOP”. “Sex” sözünü ingiliscədən tərcümə edəndə hamının bildiyi "seks" sözü mənasını verir. "GOP" (bəzi mənbələrdə bunun "COP" olduğu deyilir ki, onun da mənası polis deməkdir) isə çox güman ki, “The Grand Old Party” mənasındadır ki, bu da Respublikaçılar Partiyası deməkdir.

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO

























Köynəyinin üzərində "SEX GOP" yazılan müəllimə

Fotoda diqqət çəkən ən maraqlı məqam isə şəklin fonunda yazılan sözlərdir."TƏHSİL MİLLƏTİMİZİN GƏLƏCƏYİDİR!"

Fotonun dəqiq hansı məktəbdə çəkildiyi məlum deyil deyil. Amma əsas onun hansı məktəbdə baş verməsi, hansı müəllimə tərəfindən geyinilməsi deyil. Məsələ orasındadır ki, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrinin birində ən azı 4 il təhsil alan , illərlə müəllim vəzifəsində çalışan və qarşısına savadlı gənclərin yetişdirlməsi məqsədi qoyulan şəxs əyninə geyindiyi köynəyin üzərində nə yazıldığının fərqində belə deyil. Bəlkə də heç bu sözün mənasını belə anlamır. Amma nəzərə alsaq ki, indiki şagirdlərin bir çoxu kifayət qədər məlumatlıdırlar, dünyagörüşləri genişdir, odur ki, müəllimlərin də geyimlərinə xüsusi diqqət yetirirlər və hətta nöqsan tapırlar.

Bu məsələ ilə bağlı bir neçə dəfə müzakirələr olub, hətta, müəllimlərin vahid formaya keçməsi də gündəmə gəlib. Amma əsas o deyil ki, müəllimlər vahid forma geyinməlidirlər. Əsas odur ki, onlar səliqəli geyinsinlər. Xüsusən də qadın müəllimələrin geyim baxımından etik qaydalara riayət etmələri çox vacibdir.

Azərbaycan Dillər Universitetinin (ADU) filoloqu Məhbubə Ələkbərova müəllimlərin bu günkü geyim tərzlərindən razı olmadığını dedi:

"Bu gün müəllimlərin çoxu ya qısa ətək geyinir, ya sinəsi açıq, ya da şəffaf koftalar. Bu düz deyil, axı. Onda, istər şagirdin, istərsə də, tələbənin bütün fikri qalır müəllimənin geyimində. Həm də, bu cür geyimli müəllimələr, çox vaxt özlərini hörmətdən də salırlar, şagirdlər dərs zamanı onlara söz atır, sözlərinə qulaq asmırlar. Bundan başqa, müəllimələr bir nümunə olmalıdırlar. Mən demirəm ki, bahalı geyinsinlər, amma səliqəli geyinsinlər."

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO


























Məhbubə Ələkbərova - Azərbaycan Dillər Universitetinin filoloqu

Milli Məclisin üzvü Gövhər Baxşəliyeva müəllimlərə vahid geyimin tətbiq olunmasının əleyhinə olduğunu dedi: "Vacib deyil ki, müəllimələr vahid geyim geyinsinlər, əsas odur ki, onların geyimləri sadə və təvazökar olsun", - deyə millət vəkili vurğuladı.

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO
















Gövhər Baxşəliyeva - millət vəkili

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov müəllimlərə vahid geyimin tətbiq olunmayacağını söylədi. Lakin, onun sözlərinə görə, hər bir təhsil ocağının rəhbəri onun müəssisəsində çalışan müəllimələrin geyiminə nəzarət etməlidir.

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO


















Nabat Cəfərova: Cəsarət Valehov - Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Müəllimlərin geyim məsələsi dünyanın bir sıra ölkələrində də müzakirə mövzusudur.

Dünya praktikasına nəzər salsaq, görərik ki, qonşu Rusiyada məktəblərdə müəllimlərin uniforma geyinməsi dəb halını alıb. Düzdür, bu bütün məktəblərdə olmasa da, amma ümumilikdə, müəllimələr kostyum geyinməyə daha çox üstünlük verirlər.

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO



















Rusiyada dərs keçən müəllimə

Türkiyədə müəllimlərin zahiri görkəminə ciddi yanaşılır. İstanbul liseylərinin bəzilərində əmək müqaviləsinin bəndlərindən biri təyin olunmuş dress-kodun nəzarətdə qalmasıdır. Belə ki, məktəbə cinsdə, qısa yubkada və açıq-saçıq paltarda gəlmək olmaz. Paltarların rəngində məhdudiyyət yoxdur. Ancaq müəllimlər qızıl və qiymətli bəzək əşyaları taxmırlar. Hələlik isə ölkədə vahid forma geyimi ilə bağlı qərar qəbul edilməyib.

Azərbaycan məktəblərində "seksual polislər" - FOTO


















Türkiyə müəllimləri

Almaniyada da müəllimlərin geyimi üçün xüsusi qaydalar mövcud deyil. Ancaq müəllim heyətinə böyük sərbəstlik də verilməyib. Ona görə də yayda qısa yubkalar, şəffaf koftalar, dekoltelər həmkarlar arasında qəbulolunmaz sayılır. Bu üslubda geyinənlərə qarşı şagird və valideynlərin münasibəti də müsbət deyil.

Nəzərə alsaq ki, tərbiyə ailədən başlayır, amma məktəbdə davam edir. Ona görə də müəllimələr tədris etdikləri fənni daha dərindən bilməklə yanaşı, həm geyimlərinə, həm davranışlarına diqqətlə yanaşmalıdırlar. Bu zaman şagirdlərimiz həm savadlı olarlar, həm də şəxsi keyfiyyətlərinə görə seçilərlər.//anspress
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü