Bakı məktəbində örtük qalmaqalı - “Get, hicabı aç, gəl”
Sosial
Oxunub: 1 383
20 sen 2015 | 10:30
Bakı məktəbində örtük qalmaqalı - “Get, hicabı aç, gəl”



















“Direktor məni övladlarımla birlikdə məktəbin qapıları arxasında qoyub. Uşaqlarım ilk məktəb günlərində psixoloji travma alıblar”

Bunu iki övladı Bayıl qəsəbəsindəki 49 saylı məktəb-liseydə təhsil alan Vüsalə Yusifova deyir.

“4 GÜNDÜR QAPI ARXASINDA QALMIŞIQ”

Onun sözlərinə görə, 3 gün əvvəl 2-ci və 4-cü sinifdə təhsil alan qızlarını məktəbə apararkən elə qapıdaca qalmaqalla üzləşib:

“Məktəb başlamamışdan bir həftə əvvəl xəbərdarlıq etmişdim ki, qızım Aydan məktəbə hicabla gələcək. Direktor onda da etiraz etmişdi, demişdi “məktəbə buraxmayacağam”. Sentyabrın 15-də məktəbə getmədik, düşündüm ki, məsələni həll edək, sonra uşaq məktəbə rahat gedib-gələ bilsin. Ayın 16-da uşaqları götürüb məktəbə getdim. Uşaqlar keçdi, hicablı qızıma əvvəl kitab veriblər, sonra direktorun göstərişi ilə kitabları geri alıblar. Direktor deyib, “get, hicabı aç, gəl”. Dedim, “məktəbə buraxmırsan, buraxma, ancaq uşaq məktəbə hicabla gəldiyinə görə məktəbə buraxmamağını yazılı bildir”. 4 gündür məktəb başlayıb, biz hələ də qapı arxasında qalmışıq. Daş atıb başını tutub ki, “sənin hicablı uşağın mənim məktəbimdə oxumayacaq””.

Valideyn düşünür ki, məktəb geyimi normativlərində baş örtüyü qadağası yoxdur. Üstəlik, direktor onun övladını məktəbə buraxmamaqla təhsildən yayındırır.

GEYİMDƏ BAŞ ÖRTÜYÜ YOXDUR

Məktəbin direktoru Təhminə Əsədova isə deyir, məktəb geyimi normativinə hicab daxil deyil:

“Məktəbli geyiminin içərisində baş örtüyü nəzərdə tutulmayıb”.

Təhsil Nazirliyindən məsələnin araşdırılacağı bildirilib.

4 il əvvəl Sumqayıt sakini Azər Əzizov Sumqayıt İnzibati İqtisad Məhkəməsində övladının hicaba görə məktəbə buraxılmaması ilə bağlı 23 saylı orta məktəbə qarşı iddia qaldırmışdı. Məhkəmə iddianı təmin etmişdi.(Azadlıq Radiosu)
Bu gün, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Bu gün, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Bu gün, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb