Borca görə atılan 40 günlük körpənin FACİƏSİ: “Acığa düşüb...”
Sosial
Oxunub: 1 455
19 sen 2015 | 10:45
Borca görə atılan 40 günlük körpənin FACİƏSİ: “Acığa düşüb...”

















“Sığınacağımıza yeni bir sakin gəlir... Amma tək yox, “40-ı çıxmamış” körpəsi ilə, özü də birbaşa xəstəxanadan... Övladlarınızdan imtina etməyin!!! Gəlin, bu körpənin xatirinə anaya dəstək olaq! Uşaq oğlandır. Atanın günahını balaya yazmayaq”

Bu fikirləri Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə paylaşıb. Onun səsinə mətbuat olaraq səs vermək üçün qadının problemini işıqlandırmaq qərarına gəldik.

Aytən (ad şərtidir) xanımla söhbətimizdən bəlli oldu ki, bu, onun ikinci evliliyidir. Əslində o, uşağının atası, ikinci ərindən narazı deyil. İstəyi başqadır. Söhbətimiz də qısa oldu. Suallara qırıq-qırıq cavab verdi. Sanki nələrisə deməkdən çəkinirdi. Atasının imtina etdiyi uşaqla bundan sonra həyatını necə qurmaq istədiyini soruşanda ilk dediklərini inkar edərək ərinin imtina etmədiyini söylədi.

- Məni düz başa düşməyiblər. İstəyirəm ki, uşağımı bir uşaq evinə qoyum. 5 yaşına qədər orda qalsın, mən də işləyim. İmkanım olanda gedib götürüm.

- Nə üçün uşaq evinə qoymaq istəyirsiniz?
- Yoldaşımın 20 min manat borcu var. Onu qaytarmaq üçün kömək etməliyəm. İstəyirəm ki, borcumuzu qaytaraq. Sonra uşağı götürərəm.

- Yoldaşınız işləmir?
- Daimi işi yoxdur, rayondan mal gətirib satır.

- Rəsmi nikahınız var?
- Namaz qıldığıma görə dini nikahımız var. Amma rəsmi yoxdur, olacaq.

- Niyə rəsmi nikaha girməmisiniz?
- Onun başqa ailəsi var. Birinci arvadı ilə qanuni evlidir. Ondan ayrılandan sonra mənimlə rəsmi evlənəcək.

- Əvvəldən başqa ailəsinin olduğunu bilirdiniz?
- Hə, demişdi ki, ailəsi, uşaqları olsa da, onları istəmir. Arvadı çox pis qadındır, ərinin qohumlarıgilə gələndə dava salır. Ona görə də tez-tez rayona anasıgilin yanına gedir. Yoldaşım da onu istəmir. 1 il 6 aydır mənimlə yaşayır.

- Heç tələb etməmisiniz ki, boşansın, sizinlə rəsmi ailə qursun?
- Yox, deməmişəm. Onsuz da uşağıma ata kimi adını, soyadını verəcək. Heç dəqiq də bilmirəm, niyə boşanmır. O qadın qohumlarıdır deyə, yəqin ayrıla bilmir. Yoldaşım deyir ki, o boşanmır, arvadı getsin ərizə versin.

- İndi yoldaşınız haradadır?
- İş üçün rayona gedib.

- Siz bu vaxta qədər harada qalırdınız?
- Kirayədə qalırdıq, amma iki aydır evpulunu verə bilmirik. Ev sahibi bizi çıxartmaq istəyir. Yoldaşımın da kirayəpulu verməyə imkanı yoxdur. Rayona gedib ki, mal gətirib satsın. Mən də evdə tək idim. Balaca uşağımla qalıram.

- Sizi bura xəstəxanadan gətiriblər. Nə olmuşdu?
- Övladım əməliyyatla dünyaya gəlib. Doğuşdan sonra normal yata bilmədiyimdən baş ağrılarım olur. Səhər acqarına 4 analgin atdım. Vəziyyətim pisləşdiyindən xəstəxanaya apardılar. Ordan da bura gətirdilər.

- Yoldaşınızın xəstəxanaya düşməyinizdən xəbəri var?
- Hə, zəng etmişdi, danladı məni o qədər dərman içdiyimə görə. Dedi ki, heç analgin yuxu gətirər, onu niyə atmısan?

- Vəziyyətinizi bilir. Nə vaxt qayıdacaq rayondan?
- İş üçün gedib də, nə vaxt işləri qurtarsa gələcək. Tək deyil, dostu ilə gedib. İşləri pisləşəndən maşınını da satdı deyə, tək işləyə bilmir. Ona görə istəyirəm uşağı bir sığınacağa qoyum ki, işləyib yoldaşıma kömək edim. Özü o qədər borcu tək qaytara bilməz.

- Uşağı qoymaq üçün harasa müraciət etmisiniz?
- 1 saylı uşaq evinə apardım. Dedim ki, uşağa yemək ala bilmirəm, orada qalsın, amma heç kimə verilməsin. İşlərim düzələndə gəlib götürüm. Qəbul etmədilər. Dedilər ki, əlin-ayağın var, get işlə, uşağına bax. Amma işləsəm, uşağıma kim baxacaq? Bir də dedilər ki, uşağın rəsmi sənədi yoxdur.

- Uşağın sənədi yoxdur?
- Doğulanda həkim sənəd verib. Amma “metrika”sı yoxdur. Düzəldəcəm, amma hələ ki imkan etməmişəm.

- Uşaq neçə gündür doğulub?
- “40-ı təzə çıxıb”.

- Bəlkə bir müddət yoldaşınız tək işləyib, borcu qaytarsın. Çünki uşağınızı qoymağa yeriniz yoxdur.
- Onu qınaya bilmərəm axı. Tək adam necə həm borc qaytarsın, həm bizə baxsın. Olmur axı.

- Bu, ikinci ailənizdir. Birincidən nə üçün ayrılmısınız?
- Çünki keçmiş ərim uşaqları mənim tərbiyə etməyimə icazə vermirdi. Hər işə qarışırdı. Mən də bezib ayrıldım. Qoy özü həm atalıq, həm də analıq etsin. İki uşağım vardı, onları da qoyub çıxdım evdən. İndi rayonda qalırlar. Birinin 8, o birinin 4 yaşı var. Arada Bakıya gəlirlər, onları görürəm.

- Uşaqlarınız azyaşlıdır, onlara ailənizin yanında özünüz baxa bilməzdiniz?
- Birinci ərimi sevməmişdim, uşaqları da istəmədim.

- Kimsə məcbur etmişdi ailə qurmağınız üçün?
- Yox, acığa düşmüşdüm. Sonra da peşman olub ayrıldım. O günləri xatırlamaq istəmirəm. Tək istəyim bu uşağımı saxlamaqdır.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü