“Kia Azərbaycan” 40 milyonluq dələduzluq edib?
Cinayət əməlləri aşkarlandı
“Parabank”da Vergilər Nazirliyi və Mərkəzi Bank böyük yoxlamalara başlayıb.
Azerinfo.az xəbər verir ki, AzNews.az saytının əldə etdiyi məlumata görə, yoxlamalar nəticəsində milyonlarla vəsaitin vergidən yayındırılması, daxil olmalarla bağlı sənədlərin saxtalaşdırılması və başqa cinayət əməlləri aşkarlanıb.
Bildirilir ki, nöqsanlar o həddədir ki, bankın fəaliyyəti hər an dayandırıla bilər.
Araşdırmalara “Kia Motors Az” MMC-nin dövlətdən gizlətdiyi 40 milyon manatı “Parabank”ın Nəsimi filialında qeyri-qanuni şəkildə saxlamasının aşkarlanmasından sonra start verilib.
Elə buna görə də “Parabank” rəhbərliyi ilə “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun dostluq münasibətləri düşmənçilik həddinə çatıb.
Qeyd edək ki, “Parabank”ın Nəsimi filialana “Kia Motors Az” MMC-nin faktiki rəhbəri Səxavət Səfərovun oğlu Əşrəf Səfərov rəhbərlik edir.
Daha öncə “Kia Motors Az”-ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar verilmişdi.
Məlumatlarda bildirilirdi ki, “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarında yer almayan vəsaitləri saxlanılır. Həmin pullardan pul köçürmələrində istifadə olunub, tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Yəni bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib. S.Səfərovun bankdakı etibarlı şəxsi Fərhad Abbasov isə həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərcləyib və 2012-ci ilin yayında müəmmalı şəkildə ölüb.
Məhz bu müəmmalı ölümdən sonra 40 milyonluq dələduzluq ifşa olunub, "Kia Motors Az” MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib.
Öz növbəsində məsələ ilə bağlı açıqlama verən “Parabank”ın İdarə Heyətinin sədrinin I müavini Azər Rəhimli bunları bildirib:
““AzNews.az” informasiya portalının saytında 2015-ci il iyulun 29-da yazıb yaydığı – “Parabank” da bağlana bilər - 40 milyonluq dələduzluğa görə” başlığı altında məlumatla əlaqədar olaraq bildiririk ki:
Hazırda Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən heç bir yoxlamalar keçirilmir. Əvvəlki yoxlamalar zamanı isə qanun pozuntuları aşkarlanmayıb. Bank öz fəaliyyətini davam etdirərək müştərilərinə xidmət göstərir və filiallar şəbəkəsinin genişləndirilməsi üçün çalışır”.
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən