Rafael Cəbrayılovun bu binaları söküləcək – Fotolar
Sosial
Oxunub: 562
19 okt 2019 | 19:11
Rafael Cəbrayılovun bu binaları söküləcək – Fotolar

Bir müddət öncə borc alıb qaytarmadığına görə qalmaqalla gündəmə gələn və mandatından istefa verən keçmiş deputat Rafael Cəbrayılovun tikdiyi binaların söküləcəyi bildirilir. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, C.Həsənli bildirib ki, Sumqayıt Məhkəməsinin qərarı ilə R.Cəbrayılova məxsus və qardaşı Elşən Cəbrayılovun idarə etdiyi “Dərhal” MMC-nin tikdiyi binalardan ikisi söküləcək. Buna səbəb isə həmin yaşayış yerlərinin SOCAR-ın ərazisində tikilməsidir. Bu binalarda isə məcburi köçkünlər məskunlaşıb.

Əməkdaşlarımız həmin binaların yerləşdiyi Binəqədi Gənclər Şəhərciyinə baş çəkib sakinlərlə söhbət ediblər. Binaların qarşısında, təxminən 20 metr məsafədə hələ də aktiv neft “kaçalka”ları fəaliyyətdədir. Neft şirkətinin işçiləri mütəmadi olaraq bu qurğulara baxış keçirib, texniki xidmət göstərirlər.

Neft ərazisində yerləşən və “kaçalka”lara ən yaxın olan 17-ci binada yaşayan Kamil deyir ki, 2014-cü ildə şəhərin mərkəzində kiçik evini sataraq buradan özünə mənzil alıb: “Bir neçə il əvvəl də bu binaların söküləcəyi deyilirdi, amma sökülmədi. Burada neftin ərazisində olan iki bina deyil, binaların çoxu “kaçalka”ların yerində tikilib. Bildiyimə görə, o “kaçalka”lar zəif işləyib, hesablayıblar ki, ordan gələn gəlir bina tikintisəndən gələn gəlirdən azdır. Ona görə də “kaçalka”ları bağlayıb bina tikiblər. Bunlar elə söz-söhbət, şayiə olaraq qalır, amma real olaraq söküntü söhbəti yoxdur”.

Bu bina ilə yanaşı olan 13-cü binanın 60 yaşlı sakini Cəmil kişi deyir ki, məcburi köçkün olduqları üçün 2013-cü ildə “QaçqınKom” onlara buradan mənzil verib: “Biz illərdi burada yaşayırıq, məndən başqa da çoxlu qaçqın var. Bu binaların sökülməsi məsələsi əvvəllər də deyilirdi, amma son günlər tez-tez eşidirik. Lakin bizə rəsmi olaraq bir məlumat verən yoxdur. Dəqiq heç nə bilmirik. Sökülsə də, dövlət bizi çöldə qoymaz, yəqin başqa bir yerdə ev verərlər”.

Binəqədi Gənclər Şəhərciyinin komendantı Rasim adlı şəxs ofisində olmadığı üçün onunla telefon əlaqəsi saxladıq. O isə bizə bu məsələlərə baş qoşmamağı məsləhət gördü: “Məhkəmə qərarı varsa, bu qərarı icra edən şöbə var. Bizə binaların söküləcəyi, sakinlərin köçürülməsi, binalardan çıxarılması və ya başqa məsələlərlə bağlı heç bir məlumat verilməyib. Mən də orada fəaliyyətimi dayandırmışam, indi həmin binalara “QaçqınKom” baxır. Bu binaların sökülməsinin jurnalistlərə nə dəxli var? Niyə maraqlanırsız, niyə araşdırırsız? Dövlət məsləhət bilsə, söküləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, bu məsələni araşdırandan sonra açıqlama veriləcək.Rafael Cəbrayılovun bu binaları söküləcək – FotolarRafael Cəbrayılovun bu binaları söküləcək – Fotolar
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ