Ziya Məmmədovun viran qoyduğu “intellektual dayanacaqlar”
Sosial
Oxunub: 516
18 okt 2019 | 21:42
Ziya Məmmədovun viran qoyduğu “intellektual dayanacaqlar”

Dəyəri 10 min manat olan monitorlar işləmir; bütün avtobuslarda ilin sonunadək kart sistemi tətbiq olunacaq

Bakıda 10 ildən çoxdur ki, nəqliyyatın intellektual idarəetməsinə keçilib. Lakin buna baxmayaraq, bu gün də dayanacaqlarda əlində elektron saat tutub, vərəqdə qeydlər aparan dispetçerlərə rast gəlirik. Ekspert bunun səbəbini onda görürlər ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanından həyata keçirilən nəqliyyatın intellektual idarəetməsi baş tutmayıb.

Məmmədovun zamanında yeni dayanacaqlar gətirilib, hər birinə dəyəri o dövr üçün 10 min manat olduğu bildirilən monitorlar quraşdırıldı. Məqsəd o idi ki, sərnişin monitorlar vasitəsilə avtobusun harada olduğundan xəbər tutub, operativ məlumat alacaq. Bundan əlavə, avtobuslara GPS sistemi, kameralar da quraşdırıldı ki, mərkəzdən nəzarət, monitorlara ötürülən informasiya real şəkildə təmin edilsin. Ancaq bütün bunların heç biri baş vermədi. Bəzi dayanacaqlarda monitorlar işlədi, ancaq avtobusun gəlmə vaxtı monitorlarda göstərilən rəqəmlərlə üst-üstə düşmədi. Nəticədə yenə də köhnə qaydaya-əlində elektron saat, avtobusları qovan dispetçerlər dövrünə qayıdıldı.

Bəs monitorlara çəkilən xərclər necə oldu? Hələ ki bu sualın cavabını vermək istəyən rəsmi şəxs yoxdur. Monitorların bugünkü halı məlum olsa da, gələcək aqibəti bəlli deyil.

“Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yaxın gələcəkdə avtobuslarla bağlı yeniliklər tətbiq ediləcək. Qurum sözçüsünün sözlərinə görə, bu yeniliklər nəticəsində sərnişinlər avtobusları izləyə, rahat qaydada istifadə edə biləcəklər. Onu da bildirək ki, hazırda Bakıda dispetçerlərin tənzimlədikləri avtobuslarda ciddi gecikmə halları da müşahidə olunur. Xüsusilə də Bakı kəndlərinə işləyən avtobuslar bəzən 40-45 dəqiqə gecikir. Dispetçerlə sürücü arasında qəpik davası düşdüyü zaman bu gecikmə bir qədər də artır. Ona görə də əksər sərnişinlər tezliklə müasir sistemin quraşdırılmasını arzu edirlər.

Mais Ağayev bildirdi ki, avtobusların kart sisteminə keçirilməsi fonunda bu problem də öz həllini tapacaq:

“Hazırda Bakı Nəqliyyat Agentliyi avtobusların kart sisteminə keçidini təmin etmək üçün işlər aparır. Plana görə ilin axırına qədər kart sisteminə keçid təmin olunacaq. Yəni məqsəd odur ki, qarşıdakı 2-3 ay ərzində bu proses reallaşsın. Kart sisteminə keçid təmin edildikdən sonra biz avtobuslara nəzarət edə biləcəyik. Bu gün, məsələn, ”Bakubus"ın avtobuslarında belə bir nümunə var. Artıq avtobusları real vaxt rejimində izləyə bilərik. Onların olduqları məkan, hərəkət sürətləri, gəlmə dəqiqələri və digər bu kimi məlumatlar əldə edilə biləcək. Belə olduğu halda isə həmin məlumatların xüsusi proqramlar vasitəsilə əhaliyə çatdırılması da təşkil olunacaq. Burada söhbət həm də mobil telefonlar vasitəsilə informasiya almaqdan gedir. İnsanlar mobil tətbiqlər vasitəsilə bunu edə biləcəklər. Eyni zamanda sərnişinlər dayanacaqda olduqları zaman da məlumat ala biləcəklər ki, oradan hansı xətlər keçir, ən yaxın avtobus hansı ərazidədir, neçə dəqiqəyə yaxınlaşacaq. Bütün bunların hamısının həyata keçirilməsi kart sisteminin təşkilindən bilavasitə asılı olan proseslərdir. Kart sistemə keçidlə avtomatik olaraq problemlər öz həllini tapacaq".

Monitorlara gəlincə isə M. Ağayev aşağıdakıları söylədi:

“Hələ ki monitorların aqibəti ilə bağlı fikir söyləmək tez olar. Əsas məsələ sərnişinləri maarifləndirməkdir. Biz çalışırıq ki, sərnişindaşımadakı bu kimi problemlər öz həllini tapsın və insanlar rahat şəkildə mənzil başına çata bilsinlər. Ona görə də yeni sistemləri tətbiq edir, yeniliklər edirik. Kart sisteminin tətbiqi də onlardan biridir. Bakı kəndlərinə işləyən avtobuslardan edilən şikayətlərə gəlincə isə bu məsələ də öz həllini tapacaq. Bütün xətlərdə dəyişiklik edilir. İndi gətirilən 300 avtobusla nəyi dəyişə biliriksə, onu da dəyişəcəyik. Lakin bununla da bitmir. Növbəti il də ölkəyə avtobuslar gətiriləcək. Bu zaman da xətlərdə olan köhnə avtobusları yeniləri ilə əvəzləyəcəyik. Kart sisteminə keçdikdən sonra isə vaxt və digər bu kimi məsələlər də qaydasına düşəcək. O zaman şəhərin mərkəzi və ya kənarları fərqi olmayacaq. Bütün yerlərdə sərnişindaşımanın yüksək səviyyədə təşkili üçün işlər aparılır və yaxın zamanlarda da aparılan işlərin əyani şahidi olacaqsınız”.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq