İş adamından Vergilər Nazirliyinə şok ittiham
Hacı İbrahim Nehrəmli: “Vergilər Nazirliyi bizdən 36 hektar əvəzinə 500 hektar torpağın vergisini istəyir”
Beynəlxalq Bank işinə cəlb olunanlar sırasında məşhur iş adamı, “Avesta Conserni” MMC-nin rəhbəri Hacı İbrahim Nehrəmli də var. Bir müddət əvvəl onun rəhbərlik etdiyi şirkət Vergilər Nazirliyi və Bakı Şəhər Vergilər Departamentini məhkəməyə verib.
“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Hacı ibrahimlə əlaqə saxlayıb, Vergilər Nazirliyinə qarşı iddianın qaldırılmasına səbəb olan hallarla maraqlanıb. İş adamı deyib ki, nazirlik “Avesta Conserni” MMC-dən nəzərdə tutulan vergidən artıq vəsait istəyir. Mübahisənin yaranmasına da səbəb budur: ““Xəzər adaları” 36 hektar sahədədir. Biz bu qədər su sahəsini torpaqla doldurmuşuq. Hazırda da orada iş aparırıq. Dövlətdən rəsmi şəkildə müvafiq sənədləri alıb Vergilər Nazirliyi əməkdaşlarına vermişik. Həmin sənəddə də göstərilir ki, biz ancaq 36 hektar torpağın vergisini ödəməliyik. Ancaq Vergilər Nazirliyi bizdən 36 hektar əvəzinə 500 hektarın vergisini istəyir.
Bizdən su olan ərazilərin də vergisini istəyirlər. Ona görə də problemin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişik. Hətta iş üzrə biz apelyasiya mərhələsində də prosesi udmuşuq. Daha sonra onlar bizi Ali Məhkəməyə verib. İndi Ali Məhkəmə də işi yenidən apelyasiyaya geri qaytarıb ki, əgər burada qanunla vergi nəzərdə tutulmursa, o zaman sahibkar vergi verməməlidir. Hesab edirəm ki, Vergilər Nazirliyi bizdən qanunsuz olaraq əlavə pul tutub. Biz də ona görə Vergilər Nazirliyini məhkəməyə vermişik. Yəni Vergilər Nazirliyi bizdən qeyri-qanuni bir qəpik pul ala bilməz. Qanunda nə vergidirsə, onu almalıdır. Vergilər Nazirliyi 500 hektar ərazinin hamısından torpaq pulu tutur. Ancaq biz də onlara başa salmaq istəyirik ki, o ərazinin hamısı torpaq deyil, sudur. Torpaq yalnız 36 hektardır və biz də qanuna müvafiq həmin ərazinin vergisini ödəməliyik".
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmamaqda suçlu bilinərək saxlanıb və sərbəst buraxılıb. Azad ediləndən sonra iş adamı mətbuata açıqlama verərək deyib ki, indiyə qədər “Xəzər adaları” proyektinə 1 milyard 161 milyon xərc çəkilib. Beynəlxalq Bankdan götürülərək proyektin gerçəkləşməsinə xərclənən vəsaitin böyük hissəsi qaytarılıb, hazırda banka 41 milyon borcu qalıb.
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən