Xaləddin İsgəndərovun komandası haqda təfərrüatlar
Sosial
Oxunub: 1 360
22 iy 2015 | 07:21
Xaləddin İsgəndərovun komandası haqda təfərrüatlar















Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti ilə bağlı istiqlal.az-a yeni məlumatlar daxil olub. Binəqədidəki mənbələr qalmaqallı başçının “kadr siyasəti” barədə yeni faktlar açıqlayıb

Mənbənin bildirdiyinə görə, “kadr islahatlar”ı cənab İsgəndərovun (İcra Hakimiyyətində onun ləqəbi belədir) tabeçiliyində olan insanları istismar etməklə yanaşı, onları hər zaman təzyiq altında saxlamağa hesablanıb. İllərdir rayonun sosial-iqtisadi inkişafında əməyi olan insanlar Xaləddin müəllimin bir sözü ilə işləri ilə vidalaşmalı olublar. X.İsgəndərov təyinatından dərhal sonra köhnə müavinləri ilə vidalaşıb – Eldar Ağayev və Fəxrəddin postlarını itiriblər. Daha bir müavini Qəzənfər Novruzovu isə (Bir qardaşı Vaqif Novruzov Bakı Yaşıllaşdırma Departamentinin müdiri, daha bir qardaşı Səbuhi Novruzov isə Naxçıvan MR daxili işlər nazirinin müavinidir) həbsxanaya yollaya bilib – yanan bina ilə bağlı bütün məsuliyyəti ona “yükləyib” yaxınlarda zindana göndərdi. İlqar Süleymanov və Aygün Əliyeva təyinat alıb. Bunların hər ikisi Cənab İsgəndərova yaxınlığı ilə tanınırlar. Digər müavin Vüsal İsmayılov isə illərdir “ip üstündə” gəzir.
Mənbə bildirir ki, cənab İskəndərov icra hakimiyyətinin şöbə müdirlərini də əlüstü dəyişib – Natiq, Mehdi, Emin, Nəsimi, İlqar, Nəbi və Səmayə adlı köhnə şöbə müdirləri vəzifələrini itiriblər. Başçının köməkçiləri Eldar və Rəşad digərləri kimi vəzifələri ilə sağollaşdılar. Bundan sonra Cənab İsgəndərov İcra Hakimiyyətinin müxtəlif şöbələrində “təmizliyə” başlayıb. Belə ki, Ümumi şöbədən 3 nəfər, Qəyyumluq Komissiyasından 2 nəfər vaxtından əvvəl “təqaüdə” göndərilib, İctimai-siyasi şöbənin əməkdaşları tamamilə dəyişdirilib (bu şöbəyə Cənab İsgəndərovun gəlişindən sonra 4-cü müdir – Natiq, Tamilla, Aqil və Nuridə Allahyarova təyin olunub), Sosial-iqtisadi şöbədən 1 nəfər vəzifələrindən azad olunublar.
Qaynaq deyir ki, cənab İsgəndərov “kadr soyqırımı”nı yerli icra nümayəndəliklərində və guya özünüidarə orqanı olan bələdiyyələrdə də davam etdirib. Biləcəri qəsəbə nümayəndəsi Sahib Quliyevi İbad İbrahimov əvəz edib, müavinlərini isə 3 dəfə, Xocasən qəsəbə nümayəndəsini 4 dəfə, 28 may qəsəbə nümayəndəsi 3 dəfə, müavinləri 3 dəfə, Binəqədi qəsəbə nümayəndəsi 3 dəfə dəyişdirilib. Qəsəbənin əvvəlki icra nümayəndəsi Salam Əsgərli spiker Oqtay Əsədovun qohumudur. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi də Xaləddin İsgəndərovun yarıtmaz kadr siyasəti nəticəsində daima yenilənməyə meyllidir – rəis 3 dəfə dəyişdirilib. Binəqədidə 3 Mənzil-İstismar Sahəsinin rəisi və elə bu sayda da məktəb direktoru da Xaləddin İsgəndərovun “novatorluğu”nun qurbanı olublar.
Mənbənin məlumatına görə, X.İsgəndərov İcra Hakimiyyəti ilə yanaşı, YAP Binəqədi rayon təşkilatını da inhisarına alıb. Rayon təşkilatının sədri Nəbi Xəlilovu məqamından uzaqlaşdıraraq onun yerinə Ramiz Göyüşovu “məsləhət görüb”. N.Xəlilovun könlünü almaq və çoxillik YAP-çı təcrübəsindən bəhrələnmək üçün vergi sistemində işlə təmin ediblər. X.İsgəndərov həmçinin YAP Binəqədi rayon təşkilatının Aparat rəhbərini iki dəfə dəyişib. İlk dəfə təyin olunan Qabil adlı YAP-çını Sevinc adlı xanım əvəz edib.
Məlmatlara görə, cənab İsgəndərovun “sehrli dəyənəyi” rayon bələdiyyələrinin sədrlərindən də yan keçməyib. Belə ki, cənab İsgəndərov yerli özünüidarə qurumlarından 4-nü – ən böyüklərinin işinə qeyri-qanuni müdaxilə edərək onlarla da “xudafizləşib”, yerlərini X.İsgəndərovun yaxınları tutublar. Binəqədi rayon Bələdiyyəsinə Sitarə Cabbarlı, Xocasən Bələdiyyəsinə Anar, Binəqədi qəsəbə Bələdiyyəsinə Aytac Əliyeva, Biləcəri qəsəbə Bələdiyyəsinə isə Hikmət sədr “seçilib”. Əslində bələdiyyələrlə bağlı Cənab İsgəndərovun bu kimi özfəaliyyəti bununla yekunlaşmır. Belə məlumatlar gəzir ki, Xaləddin müəllim rayon ərazisindəki bütün əməliyyatlara nəzarətlə yanaşı, Binəqədi bələdiyyələri üçün dövlət büdcəsindən ayrılan 200 min manatlıq dotasiyanı da “tikinti-təmir” adı altında yağmalayıb. Bu pula nəzarəti isə oğul Elnur İsgəndərov həyata keçirib. Əgər belə olmasaydı bələdiyyələrə ayrılan həmin vəsaitin hara xərclənməsi barədə məlumatlar verilərdi.
Prezident İlham Əliyevin təbirincə desək, ortada iş deyilən bir şey yoxdur: “Bələdiyyənin öz səlahiyyəti var, indi mən o fəaliyyəti görmürəm. Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə görülən işlər dövlət büdcəsi hesabına görülür. Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu, bələdiyyənin bilavasitə işidir”. Bu fikirləri Prezident İlham Əliyev elə Xaləddin bəyin hakimi-mütləq olduğu rayonda – 16 mərtəbəli binada baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı söyləmişdi.
Dövlət başçısı demişdir ki, bütün kənd yolları dövlət büdcəsi, yaxud Prezidentin Ehtiyat Fondu hesabına tikilir: “Bələdiyyə sadəcə, bir möhür idarəsidir. Yəni qanunsuz əməllərə ştamp qoysun! Bu məsələ də prokurorluq tərəfindən araşdırılmalıdır, buna son qoyulmalıdır…”
Amma nə yazıq ki, Binəqədidə baş verənlər ölkənin hüquq-mühafizə orqanları başbilənlərinin tüklərini belə tərpətmir. Niyə? Bəlkə cənab İsgəndərov toxunulmazdır. Amma məhz bu məsələ ilə bağlı prezident İlham Əliyev başqa şeyləri deyir: “İndi Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifədən asılı olmayaraq məsuliyyət olmalıdır. Dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar”.
Göründüyü kimi, prezident bu tip məsələlərdə israrlı olsa da Xaləddin İsgəndərov kimi icra başçıları nəyinki israrlı olmaq, heç görünmək də istəmirlər. Onların bu hərəkəti himayə etdikləri bələdiyyə sədrlərinə də əlavə “stimul” verir. Məsələn, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevanı cənab İsgəndərova məxsus xüsusi maşınının gəzdirdiyini söyləyirlər. Hətta onu da deyirlər ki, Aytac Əliyeva qəsəbəyə girəndə “tras həyəcanı” yaşanır, yollar maşınlardan təmizlənir, bələdiyyə binasının dəhlizində milçək belə uça bilmir. Qəsəbə bələdiyyəsinə toplanan vergilər kəndin sosial-iqtisadi inkişafına deyil, boş yerə saxlanılan 38-40 nəfərlik “tikintilərə nəzarət dəstəsi”nə maaş kimi ödənilir. Şikayətə, müraciətə gələn qəsəbə sakinləri isə Aytac xanımın saatlarla sürən telefon danışıqları fonunda mürgü döyür. Etiraz edənlərə isə “xanım cənab İsgəndərovla” danışır hədəsini gəlirlər.
Bu yerdə yenə Prezidentin çıxışından bir sitatı da xatırlamaq yerinə düşər: “Bir daha bütün dövlət məmurlarına, dövlət qurumlarında çalışanlara xəbərdarlıq edirəm. Qanuna hər kəs əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək…”
Maraqlıdır, Azərbaycan prezidenti Milli mətbuatın 140 illiyi ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə medianın idarəetmədə və islahatlar prosesində, o cümlədən məmur özbaşınalığının, qanunsuzluğun qarşısının alınmasında əvəzsiz olduğunu bildirdi. İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu da diqqətə çatdırdı: “Mənim köməkçilərim bəzi məlumatları gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram…”
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən