Bakıda oliqarxlar villalarını kütləvi şəkildə satışa çıxarıb

Bir neçə il əvvələdək Bakıda çox az sayda qiyməti milyonu keçən ev elanlarına rast gəlmək olurdu. İndi belə elanların sayı gündən-günə artır. Özü də qiyməti milyonla ölçülən bu evlər 10 il əvvələdək elə də prestijli sayılmayan ərazilərdə yerləşir
Belə evlərdən biri Abşeronda Saray qəsəbəsində yerləşir. 1 milyon 700 min dollara satılır. 10 otaqlı evdir, 2400 kvadratmetr sahəsi var. Onun 900 kvadratmetri yaşayış sahəsidir. 1 milyon 200 min manata isə Badamdar qəsəbəsində 4 mərtəbəli 7 otaqlı ev satılır.
Xətai rayonunda 1 milyon 150 min manata satılan evin sahəsi 800 kvadratmetrdir. Ya da Maştağa qəsəbəsində 1 milyon 200 min manata 3 mərtəbəli ev satılır.
Bu evin satışı ilə məşğul olan, adını çəkmək istəməyən ev dəllalı deyir ki, indi bazarda bu cür bahalı evlər çoxdur. Həm də belə evlər elə də tez satılmır: “1 milyon 200 min zarafat pul deyil. Satılmasının geci-tezi var. Bu evin zirzəmisi də ev kimidir. Yüksək səviyyəli təmirlidir, türk hamamına qədər hər şey var”.
Ev dəllalı deyir ki, indi bazarda bundan da baha qiymətə evlər var. Satışda olan ən bahalı evin qiyməti isə 8 milyon manatdır: “8 milyona ev var. Ümumiyyətlə, satışda milyonluq evlər çoxdur”. Bina evlərində də belə bahalı evlər var. Qiyməti 1 milyon 380 min manat olan 4 otaqlı, sahəsi 243 kvadratmetr mənzil 14-cü mərtəbəli yeni tikilinin 6-cı mərtəbəsində yerləşir. Bakıxanov küçəsindədir.
Satıcısı evi qısaca belə tərif edir: “Həmin bina Bakı şəhərində ən bahalı binadır. Adına “Şəhər bağları” deyirlər – “Clock Tower”. 250 kvadratmetrdir, 4 otaqlıdır”. 20 mərtəbəli evin 11-ci mərtəbəsində ərazisi 216 kvadratmetr olan 4 otaqlı mənzil isə 900 min manata satılır. Bina metronun “28 may” stansiyası ərazisində yerləşir.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, 4-5il əvvələ qədər belə bahalı evlərin elanı verilmirdi: “Ev sahibləri, mülkiyyətçilər bu cür evlərin ictimailəşdirilməsini istəmirdilər. Ancaq indi belə deyil. İndi 5 milyonluq əmlaklar belə rahat şəkildə elan saytlarında, qəzetlərdə yerləşdirilir. Bu evlərin qiyməti tikinti xərclərindən, ərazinin kifayət qədər böyük olmasından irəli gəlir. Elə ev var ki, onun tikintisinə çəkilən xərc doğrudan da 5 milyona manata yaxın olur”.
Ekspert deyir ki, bu gün bazarda bu cür bahalı evlər çox olsa da satışı uzun çəkir:“Belə evlərdə ekspozisiya müddəti həddən artıq çoxdur. Xüsusilə də indiki situasiyada. Bu gün bazarda vəziyyət olduqca acınacaqlıdır, gərgindir. Daşınmaz əmlak bazarında ciddi bir alıcı qıtlığı, böhran var. Xüsusən indiki şəraitdə bu cür evlərin alıcılarını tapmaq olduqca problemlidir. Ümumilikdə dəyəri 1 milyon manatdan yuxarı olan daşınmaz əmlakların satışının ekspozisiya müddəti 6 aydan daha yuxarıdır”.
Bir müddət əvvəl Yunanıstanda iqtisadi böhranla bağlı bu ölkənin varlı adamları adalarını satışa çıxarmağa başlayıblar. Daşınmaz əmlak mütəxəssisləri Egey dənizinin incisi sayılan bu adaları alanların gələcəyə əla investisiya qoyacaqlarına əmindir. Adaların qiyməti böyüklüyü, özünəməxsus xüsusiyyətləri və qiymətə təsir edən amillərdən biri – şirin suyun olub-olmamasına görə dəyişir. Bu adaların içində qiyməti 3 milyona olan 10 ada da var.
Dünyanın ən tarixi turizm şəhərlərindən olan İstanbulda isə boğazın sahilində qiyməti 1 milyondan 120 milyon dollara qədər olan tarixi yalılar satılır. Onların arasında qiyməti 1 milyon dollara olanlar da var. Lap Bakıdakı bina evlərinin qiyməti kimi. Boğaz mənzərəli müasir villalar arasında isə qiyməti 1 milyona çatmayan (400-800 min dollar arasında dəyişən) yetərincə mülk tapmaq olar.
Bu yaxınlarda sosial şəbəkələrdə Bakıda qiyməti 10 milyon və 16 milyon dollara satılan evlər müzakirə olunurdu. Ev dəllalları deyirlər ki, adətən 10-16 milyonluq evlərin sahibləri həmin mülklər haqqında qəzetlərdə elanlar vermir, tanış makler tapıb satmağa çalışırlar. Ev dəllalı Vidadi Əmirov “Azadlıq”a deyir ki, belələri yəqin bəd nəzərdən, ya da “bu qiymətə ev sənə haradandır” sualından qorxurlar.
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən