Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb? - İLGİNC
Sosial
Oxunub: 547
13 sen 2019 | 18:18
Qalib Mustafayev dostlarından polisə niyə şikayət yazıb? - İLGİNC

“Çaldığın balaban yastıdı,
İtlər insanın dostudu".

Bu sözlər Goranboyda, it toyunda bir aşığın oxuduğu mahnıda yer almışdı. İtlərinə toy edən, bununla məşhurlaşan isə iş adamı, “G Group”un prezidenti Qalib Mustafayev idi.

Son günlər Qalib Mustafayevin adı yenidən gündəmdədir. Bu dəfə dostlarından şikayətçi qismində. O, dostlarından polisə şikayət yazıb. Goranboylu iş adamı ümumilikdə 300 min manat pulunun dostları tərəfindən, həm də cinayət yolu ilə mənimsəndiyini iddia edib. Şikayətin məğzindən aydın olur ki, İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Aftandil Məmmədovla birlikdə Qalib Mustafayevə məxsus “Sədərək” ticarət mərkəzində yerləşən “Elvar” mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa, Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Qalib Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Criminal.az saytı yazıb ki, hər iki şəxsin barəsində Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Samir Ağayevlə əlaqə saxlayıb. Müstəntiq cinayət işinin başlandığını təsdiqləyib, lakin istintaq sirrinə əsaslanaraq əlavə məlumat verməkdən imtina edib.

Xatırladaq ki, Qalib Mustafayev 2017-ci ilin aprelində Amon və İsida adlı cins itlərinə toy etməsi ilə gündəmə gəlmişdi. Toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, “Turba Əli” kimi tanınan şəxs də olub. İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. O, əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir. Qalib Mustafayevin “Bentley” və “Jeep Wrangler”, oğlunun və qızının da bahalı “Porshce”, “Mercedes” və “Jeep” markalı avtomobillərinin olduğu bildirilir. Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib.
“Yeni Müsavat”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq