Kontakt Home-un tələbə ovu: - 4-cü kurs və qiyabilərə verilməyən məhsul, yoxsa...
Sosial
Oxunub: 564
13 sen 2019 | 23:45
Kontakt Home-un tələbə ovu: - 4-cü kurs və qiyabilərə verilməyən məhsul, yoxsa...

Kontakt Home mağazalar şəbəkəsi tələbələrə hədəflənən reklam kampaniyası aparır.

Mia.az xəbər verir ki, şirkət bu məqsədlə yaydığı məlumatda "İstər Bakı, istərsə də bölgə qeydiyyatlı hər tələbə sadəcə tələbə bileti və şəxsiyyət vəsiqəsi ilə Kontakt Home mağazalar şəbəkəsinin istənilən filialınından 1200 manatadək ilkin ödənişsiz nisyə məhsul ala bilər", - vurğusunu xüsusi qeyd etsə də, əslində, bu, hər tələbəyə aid deyil.

Bu barədə Mia.az-a BDU-nun adının çəkilməsini istəməyən tələbələrindən biri məlumat verib.

O bildirib ki, sentyabrın 4-də Kontakt Home-un "xüsusi kampaniya"sına inanıb, dostu ilə 28 Moll-la üzbəüzdəki filialdan telefon almaq istəyib:

"Əvvəla, şirkət tamamilə qanunsuz reklam kampaniyası aparır.

Diqqət etmisinizsə, onların reklam roliklərinin üz qabığında "hər tələbəyə 1200 manat ayırırıq" ştrixti var. Bunlar bank deyil, bankir deyil ki, pul ayırsın.

"Reklam haqqında" qanuna görə, reklamın mahiyyəti aldadıcı deyil, aydın olmalıdır. Yəni bunlar açıq bəyan eləməlidirlər ki, tələbələrə 1200 manatlıq məhsul verə bilərik və s.

Digər yandan, bunlar əvvəldən açıq bəyan etməlidir ki, biz 4-cü kursda, yaxud qiyabi təhsil alanlara məhsul vermirik. Tələbələr bunu bilsə, heç vaxt itirib, mağazalara getməzlər. Necə ki, mən itirdim. Orada mənə dedilər ki, sənə düşmür. Gah dedilər, sən qiyabisən, gah da dedilər 4-cü kursda oxuyursan. Halbuki, 3-cü kursu bitirsəm də, 4-cü kursun dərsləri heç başlamayıb.

İkincisi, mən 12 aylıq deyil, 6 aylıq kreditə telefonu götürmək istəyirdim. Amma sonda da dedilər ki, qiyabilərə, ümumiyyətlə, vermirik. Bakı qeydiyyatı və ev nömrəsi olan adam gətirim, onun adına versinlər. Sözüm odur ki, indi elə kampaniya aparırlar ki, guya bunların tələbələrə canı yanır".

Tələbə deyir ki, dostu oradan telefon alan zaman da, maraqlı faktla üzləşiblər: "Baxın, dostum oradan əvvəl də kreditə məhsul alıb, hətta vaxtından əvvəl birinin ödənişini bitirib, digərini də vaxtlı-vaxtında ödəyir. Lakin bu dəfə yeni telefon götürmək istəyəndə, ona deyiblər ki, ilkin ödəniş etməlisən. Halbuki, hər yerdə "ilkin ödənişsiz, faizsiz telefonlar", - deyə haray salıblar. Nə isə. Aydın olub ki, ikinci telefon üçün 25 manat ödəniş + 20 manatlıq da telefona proqram yazılmalıdır.

Sonda aydın oldu ki, 350 manatlıq telefon 12 aya haradasa 445-450 manata başa gəlir. Hələ bu da azmış kimi, 28 may metrosunun həndəvərində 4-5 manata olan üzlükləri bunlar 12 manata camaata sırıyırlar...".

Məsələ ilə bağlı şirkətin münasibətini də yayımlamağa hazırıq.
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı