AQTA-ya GMO ittihamı: - “Lobbiçilik edir”
Sosial
Oxunub: 524
11 sen 2019 | 22:51
AQTA-ya GMO ittihamı: - “Lobbiçilik edir”

“Aparılmış araşdırmaların nəticələrinə görə, hazırda Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var”, bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, qadınlar arasında bu göstəricilər daha yüksəkdir:

“Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zənginləşdirilməsidir”.

Agentlik sədrinin sözlərinə görə, AQTA fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb:

"Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır".

Qoşqar Təhməzli onu da vurğulayıb ki, hazırda dünya əhalisinin üçdə bir hissəsində mikronutriyent çatışmazlıqları var:

“Mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Statistikaya görə, hazırda dünyada 2 milyard insan anemiyadan əziyyət çəkir. Dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir".

Ölkənin qida təhlükəsizliyinə cavabdeh olan qurum rəsmisinin beynəlxalq tədbirdə bu formada çıxış etməsi, onun üzərinə götürdüyü missiyanı yetərincə yerinə yetirə bilməməsindən xəbər verir. Hazırda ölkə bazarında satışda olan məhsulların təhlükəsizliyinə tam təminat yoxdur. Danılmaz faktdır ki, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı vəziyyət acınacaqlı durumdadır. Dəfələrlə istər Azərbaycanda istehsal olunan, istərsə də xaricdən gətirilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinə, hətta saxlanma şəraitinə ciddi nəzarətsizliyin olması barədə faktlar yazılıb. Amma buna baxmayaraq, qida zəncirinin bütün mərhələlərinə sözdə dövlət nəzarətini və cavabdehliyini həyata keçirən qurum fəaliyyətinə çəki-düzən verməyib. Görüntü olaraq “fəaliyyət”ləri ilə cəmiyyətin müsbət nəbzini tutmağa çalışan Agentlik sadəcə, özlərinə sərf edən çalışmalar üzərində baş sındırır və səmərəsiz müdaxilə üsullarına cəhd edir. Bu gün ölkənin qida bazarında normal məhsul yoxdur və bu dəhşətli mənzərə cavabdeh qurum olan Qida Təhlükəsizliyi Agentliyinin marağında deyil. Çox vaxt istehsalçı hüquqları istehlakçı hüquqlarından üstün tutulur. Agentliyin 1 yaşı tamam olanda qurum rəhbəri Qoşqar Təhməzli Azərbaycanda sağlamlığa zərərli 12 adda trans-yağın aşkarlandığını açıqlamışdı. Sözügedən yağların adının açıqlanması barədə quruma rəsmi sorğu göndərdik. Amma bu məsələdə də öz mənfəətini güdən qurum istehlakçıları istehsalçılara qurban etdi... Bu, pozulan yüz minlərlə istehlakçı hüququnun yalnız biridir.

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda Azərbaycanın ərzaq bazarındakı vəziyyət Qoşqar Təhməzlinin ifadə etdiyindən daha da ağırdır:

“Ölkədə bir sıra xəstəliklər cavanlaşır. Bunun da əsas səbəbi qidanın tərkibində insan orqanizminə lazım olan mineralların, vitaminlərin çatışmazlığıdır. Bunun aradan qaldırılması üçün həm ölkədə istehsal olunan məhsulların genetik tərkibi, həm də texnologiyası yaxşılaşdırılmalıdır. Yəni qida məhsullarının zənginləşdirilməsi deyəndə, hazır qidanı yenidən emal edilməsindən söhbət getmir. Sadəcə olaraq, bu qidaların mənşəyi sağlamlaşdırılmalı, orqanik kənd təsərrüfatı məhsullarının istehsalına başlanılmalıdır. Digər tərəfdən, geni modifikasiya olunmuş (GMO) qidaların ölkəyə gətirilməsi və istehsalı əsas problem kimi qarşıya məqsəd qoyulmalıdır və bununla mübarizə aparılmalıdır. İnkişaf etmiş ölkələrdə GMO mənşəli qidaların üzərinə yazılır, artıq o məhsulların alınıb-alınması istehlakçının seçiminə buraxılır. Avropa ölkələrinin böyük əksəriyyətində GMO-lu qidaların idxalına və istehsalına məhdudiyyətlər qoyulub. Bu qidaların ölkə iqtisadiyyatından çıxarılması mümkün deyil. Çünki müəyyən mərhələdə bu qidalar sürətlə inkişaf etdi və dünya iqtisadiyyatının müəyyən seqmentini əhatə etdi. O seqmenti alternativ olaraq digər orqanik kənd təsərrüfatı məhsulları ilə doldurmaq üçün müəyyən zaman lazımdır”.

Ekspertin qənaətincə, Azərbaycanda GMO-lu ərzaq məhsulları ilə mübarizə üsulu sıfır səviyyəsindədir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi GMO-nun lobbiçiliyini aparır. Məsələn, bir neçə ay əvvəl AQTA GMO-lu qidaların siyahısını vermişdi. Bu siyahıdan əvvəl GMO-lu qidaların sağlamlığa zərərli olmaması barədə müqəddimə yazmışdılar. Bu, elə lobbiçilikdir. Digər tərəfdən, ölkəyə GMO-lu məhsulların idxalının qadağan edilməməsi, ölkədə GMO istehsalına məhdudiyyətlərin qoyulmaması və orqanik qida istehsalı sahəsinin genişləndirlməsinə investisiyaların yatırılmamasının özü də GMO lobbiçiliyidir. Orqanik qidalara dəstək lazımdır ki, inkişaf edə bilsin. Bazarlarda satılan GMO-lu meyvələr aldadıcı görünüşü var, həm gözəgəlimli, həm də dadlı olurlar. Ona görə də orqanik məhsulların rəqabətə davam gətirməsi bir qədər çətinləşir. Hökumət GMO-lu qidaları tədricən sıxışdıraraq ölkə iqtisadiyyatından çıxarılmasına şərait yaratmalıdır”.

Akif Nəsirli hesab edir ki, meyvə-tərəvəz, bostan bitkilərinin istehsalında texnologiya dəyişdirilməlidir, istehsalçı fermerlərə məsləhətlər verilməlidir:

“Nəzarətlə yanaşı, qida üçün yararsız olan məhsullar məhv edilməlidir. Bu zaman istehsalçı fermer başa düşəcək ki, standartlara uyğun olmayan qida istehsal edib Azərbaycan vətəndaşına satmaq olmaz.

Bu işlər əsasən AQTA-nın üzərinə düşür. Agentliyin əsasnaməsində qidanın bostandan və ya fermadan süfrəyə qədər hərəkətinə nəzarət etməli olduğu və bütün qidaların sağlam olmasına cavabdehliyi qeyd olunub. Amma bu, inzibati nəzarət vasitəsilə mümkün deyil. Çünki ölkədə istehsal olunan məhsulların hamısına bir agentliyin nəzarət etməsi üçün onun yüz minlərlə əməkdaşı olmalıdır. Hesab edirəm ki, AQTA vətəndaş cəmiyyətinin gücündən istifadə etməklə bu nəzarəti təşkil etməlidir. Bu təcrübədən dünyanın inkişaf etmiş ölkələrində istifadə edilir. Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə addım atılmır”.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq