Tikinti şirkətləri ölkədə üsyan yetişdirir
Sosial
Oxunub: 1 372
14 iy 2015 | 07:24
Tikinti şirkətləri ölkədə üsyan yetişdirir













Oliqarxlara məxsus MTK-ların aldatdığı vətəndaşlar Prezident Administrasiyasına üz tutur

Azərbaycanda tikilən yeni çoxmərtəbəli binalar vətəndaşların mənzil probleminin həllinə xeyli imkanlar yaratdı. İllərlə qəpik-qəpik pul yığıb mənzil almaq ümidi ilə yaşayanlar pullarını verib mənzilini aldılar. Lakin son pullarını verib kağız üzərində ev alanlar da az deyil. Mənzil almaq istəyən vətəndaşlara qarşı dələduzluqların edilməsi ilə bağlı məlumatlara tez-tez rast gəlirik.
Bu dələduzluqlar daha çox bir mənzilin bir neçə şəxsə satılması yolu ilə həyata keçirilir. Belə hallarla bağlı saysız-hesabsız məhkəmə işləri və həbslər var. Vəziyyət isə dəyişmir. Vətəndaşları aldadır, pullarını əllərindən alırlar. Təəssüf ki, bu gün tikinti şirkətləri tərəfindən aldadılmış vətəndaşların qeydiyyatı aparılmır, onların sayı bilinmir. Amma tikinti şirkətlərinin dələduzluğu ilə üzləşmiş kifayət qədər Azərbaycan vətəndaşı var.
GEN MMC, Mur-Ay MMC, “Sevil Massivi” MTK, “Yeni Yasamal” MTK, “Fateh-N” MTK, “Şərur” MTK, “ELMİR” MTK və adını sadalamadığımız yüzlərlə belə şirkətlər var ki, vətəndaşların pulunu alıb onlara tikiləcək mənzillərinə dair sənədlər veriblər. Sonda mənzillər ya tikilməyib, ya da binaların tikintisi yarımçıq saxlanılıb. Vətəndaşlar isə əlindəki sənədlərlə baş-başa dövlət orqanlarına gedib-gəlməkdən beziblər. Prezident Administrasiyasının qəbul otağı ən müxtəlif MTK-ların payçıları olan aldadılmış vətəndaşların görüş yerinə çevrilib. Tikinti maqnatları isə ölkədə narazılıq yaratmaqdan usanmırlar, məhkəmələr, hüquq-mühafizə orqanları onları aldatmaqdan çəkindirmir. Ölkədə ev dələduzlarının qurbanına çevrilmiş vətəndaşların inqilabı yetişməkdədir.
Son olaraq “Yeni Müsavat”da Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasının bir qrup mülkiyyətçisinin ölkə rəhbərliyinə məktubunu dərc etmişdik. Mülkiyyətçilər prezidentə, baş prokurora, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Milli Təhlükəsizlik Nazirliyinə etdikləri müraciətin qəzetdə dərc olunmasını xahiş edirlər. Mülkiyyətçilər müraciətlərində “İdeal-İ İnşaat” MMC-nin rəhbər şəxslərinin əməllərindən şikayət edirdilər. Müraciət müəllifləri yazırdılar ki, MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün 10 il əvvəl müqavilə bağlayiblar. MMC-yə müqavilə üzrə mənzilin dəyərinı ödəyiblər. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru İsa Əli oğlu Məmmədov binanı tikib təhvil vermir.
Faktiki olaraq, oliqarxlara bağlı olan tikinti şirkətlərinin dələduzluğu səbəbindən vətəndaşlarda haqlı narazılıqlar yaranıb və onlar nəhayətdə bu narazılığı iqtidara qarşı yönəldirlər. Vətəndaşlar dövlətə arxayın olmayıb kimə güvənməlidir? Vətəndaşlar dövlət orqanlarının nəzarət funksiyalarının varlığını küçədə yolu nəzərdə tutulmayan yerdə keçəndə, fərdi ev tikəndə hiss edirlər. Müvafiq qurumların əməkdaşları onların başının üstünü kəsir, cərimələyir. Yeri gələndə məhkəmə qarşısına çıxarıb cəza evinə yola salır.
Məhz bu cür hallar vətəndaşda dövlət orqanlarının nəzarət funksiyasını yetərincə yerinə yetirdiklərinə inam yaradır. Düşünürlər ki, “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və direktoru İsa Əli oğlu Məmmədov kimisi bizi aldada bilməz, aldatsa, yolda keçidi düz keçməyən piyada kimi onun da başının üstünü müvafiq orqanların əməkdaşları, qurumların nümayəndələri alacaqlar.
Amma fakt bundan ibarətdir ki, əksər hallarda tikinti şirkətlərinin rəhbərlərinin dələduzluğundan əziyyət çəkənlərə dəyən ziyan ödənmir. İsa Məmmədov nümunəsi ortadadır. Adam gəzir, dolaşır, ona inanıb milyonlarla pulunu vermiş yüzlərlə vətəndaş isə bu gün də həsrətlə binanın tikilib təhvil veriləcəyi günü gözləyirlər. Hansı ki, hüquq-mühafizə orqanlarında belə şikayətçiləri adbaad tanıyır, ağızlarını açmamış şikayətləri haqda məlumatlı olurlar. Hamı bilir ki, onlar halal zəhmətlə qazandıqları pulları İsa Məmmədova ödəyiblər və pullar sadəcə mənimsənilib…
Üsyan yetişdirən İsa Məmmədov isə öz işindədir, gəzir, dolaşır, üsyanın yetişəcəyi günü belə düşünmür… (musavat.com)
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən