“Asvaltyeyənlər”in hərisliyi necə can alır?

Azərbaycanda yol infrastrukturuna yatırılan milyonlar və bu milyonların mənimsəməsi haqda dəfələrlə yazılıb. Bu dəfə isə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev “asvaltyeyənlərin macəraları”nın yalnız korrupsiya ilə bitmədiyindən, bu maxinasiyaların can almasından bəhs edib. O. Gülalıyevin facebook statusunu olduğu kimi diqqətinizə çatdırırıq:
“… Xətrini çox istədiyim yaxın bir qohumumu, gözəl bir insanı itirdim. Ömrünün ən gözəl çağında, 55 yaşında avto qəza nəticəsində dünyasını dəyişdi. Ölümü çox faciəli oldu…
Bəlkə də çoxları düşünə bilər ki, alın yazısıdır, yəqin ömrü bura qədərmiş. Amma məncə cəmiyyətdə olan bütün qüsurların, eybəcərliklərin bədəlini “alın yazısı”- nın ayağına yazıb özümüzü sığortalamağa çalışmamalıyıq. Mən tam səmimi və açıq deyirəm; Ələddinin ölümünün əsas günahkarlarından biri bu hakimiyyətin yarıtmazlığı, səhlənkarlığı, ac gözlüyü və insan taleyinə olan biganəliyi oldu. Bəziləri düşünə bilər ki, avtoqəza nəticəsində insanın dünyasının dəyişməsinin hakimiyyətə nə aidiyyatı ola bilər? Bu, uzaqbaşı hadisəni törədən sürücünün səhlənkarlığı, günahı ola bilər. Hadisənin baş verməsini və onu törədən səbəbləri qeyd edək, nəticəni özünüz çıxararsınız…
… 55 yaşlı Ələddin Əlipənahov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayırdı. Orda doğulmuşdu, orda da torpağa tapşırıldı. Hər şey ordan başladı ki, xeyli zaman idi Zabrat, Kürdəxanı və Pirşağa yolları bərbad vəziyyətdə idi. Bir neçə il bundan öncə Zabrat- Pirşağa magistiral yolunun əsaslı təmir işlərinə başlanıldı. Pis- yaxşı yolu təmir edib keçən ilin yayında tam istifadəyə verdilər. Açılışında dövlət başçısı da iştirak etdi. Verilən qeyri- rəsmi məlumata görə inşa edilən yol bəzi qüsurlarına və nəzərdə tutulan səviyyədə olmadığına görə (məsələn, Buzovna, Bilgəh, Şüvəlan və s. yollarla müqayisədə- red.) hətta dövlət başçısının da xoşuna gəlməyib. Elə hər şey də ordan başladı. Dövlət başçısının “açılış törəni”- ndə iştirakından sonra bütün işlər yarımçıq qaldı. Düzdür, Azərbaycan reallığına uyğun olaraq yeni təmir olunmuş yolu sonradan bir neçə yerdən qazaraq (!?) yamaq vurdular. Amma heç kimin “ağlına gəlmədi” ki, yeni çəkilmiş yol yaşayış məntəqəsini iki yerə bölərək tən ortasından keçir, bu yola surət həddinin nizamlanması üçün işarələr, yol nişanları, işıqforları, piyada keçidləri, radarlar və s. quraşdırılmalıdır. Hətta Məhəmmədi dairəsindən Kürdəxanı da daxil olmaqla Pirşağa qəsəbəsinə qədər iki zolaqalı yolda heç bir yerdə dönmə və manevr edib geri qayıtmaq üçün yer və işarə qoyulmayıb.
Yeni yol çəkiləndə Kürdəxanı qəsəbəsində əksər insanlar sevindilər ki, nəhayət onlar da evlərinə, işə- gücə rahat, təhlükəsiz yolla gedib gələcəklər. Amma deyir sən saydığını say, gör fələk nə sayır. Kənd camaatının verdiyi məlumata görə son bir il ərzində bu yollarda ağır avto qəza hallarının baş verməsi adi hala çevilib. Hadisələrin baş verməsinin əsas səbəblərindən biri yaşayış məntəqəsində, qəsəbə içində avtomobillərin yüksək surətlə idarə olunmasıdır.
Yuxarıda qeyd etdiyimiz kimi yol hərəkəti qaydalarının nizamlanması, surət həddinin tənzimlənməsi üçün heç bir tədbirin görülməməsi nəticəsində bir ildə 100- dən yuxarı ağır avtoqəza hadisəsi baş verib, 10- a yaxın insan faciəli şəkildə dünyasını dəyişib, 70- dən çox şəxs ağır bədən xəsarəti, çoxlu sayda insan psixoloji travmalar alıb. Halbu ki, əvvəlki illərlə müqayisədə Kürdəxanıda belə ağır yol qəzaları olmurdu. Acınacaqlı hal odur ki, ölümlə, ağır bədən xəsarətlərinin alınması, insanlara dəhşətli dərəcədə maddi və mənəvi ziyanın vurulması ilə nəticələnən bu qədər yol qəza hadisəsindən sonra da heç bir aidiyyatı qurum, heç bir məmur insafa, qeyrətə gəlib səsini çıxarmır ki, qabaqlayıcı tədbirlər görülsün. Artıq yerli camaat Kürdəxanı yolunu “ölüm şosesi” adlandırır. Bildirirlər ki, son illər ölkənin heç bir qəsəbə arası yollarında bu qədər bədbəxt hadisə olmayıb. Yay aylarının, bağ mövsümünün gəlməsi, gediş- gəlişin artması paralel olaraq Kürdəxanı da “ölüm şosesi”-ndə avtoqəzaların da artmasına təkan verib. Bəli, milyonların “sərf olunduğu”, İlham Əliyevin qırmızı lentini kəsdiyi Kürdəxanı yolu insanlara xidmət əvəzinə onların al- qırmızı qanına boyanaraq qətliamına, cəlladına çevrilir.
… Ələddin öz halal zəhməti ilə dolanan əməli saleh, sadə bir kənd adamı idi. Həmin gün evində oruc tutan övladlarının iftar süfrəsi açmasına ət almaq üçün yol kənarında olan ət dükanına yaxınlaşıb. Şahidlərin verdiyi məlumata görə bu zaman təxminən 140- 150 km/saat surətlə gələn minik maşını gəldiyi surətlə də onu vurub yoldan 30- 35 metr kənara atıb. Ələddini Sabunçu rayon xəstəxanasına çatdırmaq mümkün olsa da həyatını xilas etmək mümkün olmayıb. Qəfildən aldığı ağır zərbə nəticəsində qolu- qıçı sınıb, daxili orqanları dağılıb. Özündən sonra 5 övladını atasız qoyub getdi…
O getdi, amma heç olmasa onun ölümü bəzi səhlənkar məmurların vicdanını oyada ki, Kürdəxanıda insan qətliamına son qoyulması üçün öz vəzifə borclarını yerinə yetirsinlər. Yoxsa Ələddin kimi ömrünün ən gözəl çağında dünyasını dəyişənlərin əli o dünayada həmin məmurların boğazında olacaq. Hələ ki, bu dünyada olmasa da…
İndi nəticəni özünüz çıxarın.
P. S. Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi başda olmaqla söz aidiyyatı qurumların və vəzifəli şəxslərindir.”
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən