İbrahim Nehrəmlidən şok: “Səhərlər 100 qram içirəm, QMİ kimdir hacı adını alsın?”

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konserninin rəhbəri, tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin konyak içməsini etiraf etdiyi video yayılandan mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub
Bəziləri Həcc ziyarətinə getmiş, hacı adını almış şəxsin “hər səhər konyak içirəm” deməsini tənqid edir, bəziləri də bunun nə dərəcədə düzgün olduğunu dindarlardan soruşur. Hətta bu ifadəsinə görə iş adamının “hacı titulu”ndan məhrum edilməsini tələb edənlər də var…
Məsələ ilə bağlı “a24.az”a açıqlama verən İbrahim Nehrəmli vurğulayıb ki, həmin videomüsahibəni üç il əvvəl verib və bu fikri zarafatyana dilə gətirib. Daha sonra Nehrəmli deyib ki, Məkkəyə getmək içkini tərk etmək məcburiyyəti gətirmir: “Həccə getməyimin məqsədi Allah evini ziyarət etmək idi. Hər bir imkanlı müsəlman kimi, mən də bu müqəddəs yolu getdim. Məkkədən gəldin, sonra şərabını iç də, o nə deməkdir ki? Mən, açığı, bu məsələyə etiraz eləmirəm və içirəm. Məkkəyə gedəndə də üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də. Məkkədən gəlib, üstündən 40 gün keçəndən sonra 50 qram içki içmək o demək deyil ki, hacısan, içməməlisən. Belə qəbahət heç yerdə yoxdur. O adama içki haramdır ki, içib özünü apara bilmir və gedib nəsə eləyir. Həm də içki içməmək də o demək deyil ki, sən pak adamsan. Pak adam insanlara hörmət, qayğı göstərməyi, maddi yardım etməyi bacarmalıdır. Yoxsa, hacı olum, gəlib burada oğurluq edim, baş kəsim, yenidən bir də gedim Allah evinə, deyim ki, qurbanın olum, günahımdan keç… Məgər Məkkə günah yumaq yeridir? Mən Azərbaycanda 5 məscid tikdirmişəm. Hələ Məkkəyə getməmişdən əvvəl hamı mənə “hacı” deyə müraciət edirdi. Sonradan həccə getdim. Bu, o demək deyil ki, mən Məkkəyə gedib-gələndən sonra içməməliyəm. Məgər şərab içmək Allahsızlıqdır? İçkini hamı içə bilər. Mən də hər gün 100 qram şərab içirəm”.
İş adamı onu da qeyd edib ki, xeyli dövlət adamı tanıyır ki, həccə gedib-gələndən sonra içirlər: “Bunların guya heç biri içki içmir? Mən min nəfər adam adı çəkə bilərəm ki, 10 dəfə həccə gedib-gəliblər, amma gündə bir litr viski içirlər”.
İ.Nehrəmli bəzi insanların onunla bağlı Qafqaz Müsəlmanları İdarəsinə müraciət edərək hacı adının alınmasını tələb etmələrinə də münasibət bildirib: “Hacı adı ilə bağlı hər hansı bir sənəd yoxdur ki, onu da əlimdən alsınlar. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda 5 məscid tikdirdiyim üçün bu ad mənə insanlar tərəfindən verilib. Mənə bu titulu həccə getməmişən qabaq veriblər. Mən həccə getməmişdən qabaq hacı idim. QMİ titul verir ki, titul da alsın?!.”
Amid Əyyuboğlu
Bu gün, 10:08
İlham Əliyev Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
Bu gün, 10:04
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
Bu gün, 09:27
Ərdoğan: Müsəlmanların ilk qibləsində ibadətə icazə verilmir
Bu gün, 09:11
"The Intercept": ABŞ-ın İranla müharibə xərcləri 1 trilyon dolları keçə bilər
Bu gün, 09:07
Tramp İran müharibəsinə görə istefa verən məmurdan danışdı
Bu gün, 09:03
BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb
Bu gün, 09:00
Miqrantların Rusiyadan deportasiya olunması üçün 20 səbəb
Dünən, 23:07
Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO
Dünən, 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Dünən, 15:30
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul
Dünən, 14:22
Sabah 17 dərəcə isti gözlənilir
Dünən, 13:36
MAXE-lərlə bağlı mühüm XƏBƏR
Dünən, 13:11
Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb
Dünən, 12:30
Dana əti buna görə bahalaşıb
Dünən, 12:26
Son Dəqiqə: İsrail İrana genişmiqyaslı hücumlar ELAN ETDİ
Dünən, 12:21
Bu şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
Dünən, 11:56
ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR
Dünən, 11:49
SENSASİYA: İranın raket arsenalı və zavodları darmadağın edildi – İsrail 5 min ölü deyir
Dünən, 11:40
Maşınını texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Dünən, 11:00
Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...
Dünən, 10:38
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə birgə müraciət ediblər
Dünən, 10:32
İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub
Dünən, 10:26
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:50
Novruzda diqqətsizlik baha başa gələ bilər - XƏBƏRDARLIQ
Dünən, 09:44
Dollar dəyişmədi, avro bahalaşdı
Dünən, 09:39
Azərbaycanda alim ölüb
Dünən, 09:34
ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb