Yazıçı Anarın adı qalmaqallı villalar işində

Prezident İlham Əliyevin “sökün” əmri verdiyi villalarla bağlı moderator.az-a əslində şok hesab ediləcək məlumat daxil olub. Belə ki, həmin villaların sahibinin kimliyi, daha doğrusu həmin ərizidə tikinti aparan şəxslərin hansı fövqəlgücün iradəsiylə idarə olunduğu barədə bizim üçün də gözlənilməz iddia ilə rastlaşmışıq
Sən demə, həmin şəxs Yazıçılar Birliyinin rəhbəri, xalq yazıçısı Anar imiş. Daha doğrusu, həsb olunan Tərlan Hüseynov tanınmış rejissor Tofiq Kazımovun kürəkəni və Anar Rzayevin yaxın qohumu imiş. T. Hüseynov məhz xalq yazıçısının cəmiyyətdəki və hakimiyyət yanındakı nüfuzuna arxalanaraq tikinti biznesini genişləndiribmiş. Amma mayın 19-da Binəqədidə baş vermiş yanğın fəlakətinin boğucu tüstüsü bu biznesi də məhv edib…
Maraqlıdır ki, bu gün bəzi saytlarda bu olayla bağlı əslində həqiqətə uyğun olmayan materiallar yayılıb. Onlardan ən çox tirajlananı təqdim edirik: “Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Dostluq” parkının ərazisindəki torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə şübhəli bilinən iş adamı – 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb. Məhkəmə T.Hüseynov barəsində 16 iyun 2016-cı il tarixində Xətai Rayon Məhkəməsinin çıxardığı həbs qətimkan qərarını qüvvədə saxlayıb. (Report)
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının iyunun 15-də keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. O, Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.
T.Hüseynovun hüquqi nümayəndələri onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məlum olduğu kimi, “Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən ay keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq vermişdi. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Qeyd edək ki, həbs olunan T.Hüseynov tanınmış rejissor xalq artisti Tofiq İsmayılovun kürəkənidir.”
Göründüyü kimi, soyadlar və qohumluq məsələlərində yanlışlıq var. Amma bizim yazdıqlarımızın da təbii ki, mütləq həqiqət olduğunu iddia etmək fikrindən uzağıq. Eyni zamanda məlumatı bizə ötürən mənbənin mötəbərliliyi qənaətimizi qətiləşdirən amillər sırasındadır. Əgər iddialar təsdiqini tapmasa hörmətli yazıçımızdan üzr istəməyə hazırıq.
Bu gün, 10:08
İlham Əliyev Fridrix Mertslə Yaxın Şərqi müzakirə edib
Bu gün, 10:04
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır - FOTO
Bu gün, 09:27
Ərdoğan: Müsəlmanların ilk qibləsində ibadətə icazə verilmir
Bu gün, 09:11
"The Intercept": ABŞ-ın İranla müharibə xərcləri 1 trilyon dolları keçə bilər
Bu gün, 09:07
Tramp İran müharibəsinə görə istefa verən məmurdan danışdı
Bu gün, 09:03
BMT İranda qızlar məktəbinə hücumu araşdırmağa başlayıb
Bu gün, 09:00
Miqrantların Rusiyadan deportasiya olunması üçün 20 səbəb
Dünən, 23:07
Prezidentin ailəsini şantaj edən şəxs ifşa olundu, DTX tərəfindən saxlanıldı - ŞOK TƏFƏRRÜAT - VİDEO
Dünən, 16:00
Müctəba Xameneini hakimiyyətə gətirən "Dörd xunta" – 88 üzvə zəng edilərək deyilib ki...GİZLİ PLAN İFŞA OLDU
Dünən, 15:30
Bayram süfrəsində çox yeməyin qarşısını almaq üçün 5 sadə üsul
Dünən, 14:22
Sabah 17 dərəcə isti gözlənilir
Dünən, 13:36
MAXE-lərlə bağlı mühüm XƏBƏR
Dünən, 13:11
Əliyar Ağayev İngiltərə klubunun oyununa təyinat alıb
Dünən, 12:30
Dana əti buna görə bahalaşıb
Dünən, 12:26
Son Dəqiqə: İsrail İrana genişmiqyaslı hücumlar ELAN ETDİ
Dünən, 12:21
Bu şəxslər bayrama görə 500 manat alacaq - SİYAHI
Dünən, 11:56
ABŞ-nin nəhəng aviadaşıyıcısı ilə bağlı ŞOK İDDİA - 30 saatdan çoxdur ki, YANIR
Dünən, 11:49
SENSASİYA: İranın raket arsenalı və zavodları darmadağın edildi – İsrail 5 min ölü deyir
Dünən, 11:40
Maşınını texniki baxışdan keçirmək istəyənlərin NƏZƏRİNƏ
Dünən, 11:00
Bakı metrosunda YENİ QADAĞA - 30 manat cərimə...
Dünən, 10:38
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə birgə müraciət ediblər
Dünən, 10:32
İran 2 ölkədə ABŞ bazalarını, Vaşinqton 7 min hədəfi vurub
Dünən, 10:26
Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:50
Novruzda diqqətsizlik baha başa gələ bilər - XƏBƏRDARLIQ
Dünən, 09:44
Dollar dəyişmədi, avro bahalaşdı
Dünən, 09:39
Azərbaycanda alim ölüb
Dünən, 09:34
ABŞ raketləri Rusiya istehsalı olan sualtı qayığı batırıb