İş adamlarının həbsinin şok təfərrüatı
Nizami Piriyev, Murad Əliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Şəkinin keçmiş icra başçısının da həbsi xəbəri yayılıb; İbrahim Nehrəmli Beynəlxalq Bankdan niyə şikayətlənir?
Dünən azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub. APA-nın məlumatına görə, o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir. Nərimanov rayon məhkəməsinin qərarı ilə N. Piriyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, Nizami Piriyev "PNN Group" şirkətinin təsisçilərindəndir. "PNN Group" şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo" şirkətindədir. "PNN Group" "De Beers" və "Hamleys" brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin də qurucularındandır. "PNN Group"un digər sahibi onun oğlu Nəsib Piriyevdir. "PNN Group" öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.
Nizami Nəsib oğlu Piriyev 1958-ci ildə Gəncədə anadan olub. Sahibkar, Azərbaycanda hakimiyyət dairələrinə kifayət qədər yaxın bir adam kimi tanınır. İnşaat Mühəndisləri İnstitutunu bitirən iş adamı bir müddət Bakıda tikinti-sənaye müəssisəsində işləyib. 1992-2002-ci illərdə "PNN Arkansas Inc" neft-qaz şirkətinin prezidenti olub. 2003-cü ildən isə Rusiyanın "StroyTransGasOil" neft-qaz şirkətinin baş direktoru vəzifəsini daşıyıb. Baş direktor olduğu "StroyTransGASOil" şirkətinin əsas səhmdarları Rusiyanın "Qazprom" və PNN Petroleum Ltd "Nasib Coop. at GeoPhysPribor" şirkətləri olub.
2006-cı ildə Azərbaycana dönən N.Piriyev "AzMeCo"nu təsis edərək regionda ilk metanol zavodunu tikməyə başlayıb. 360 milyon dollara başa gələn müəssisə 2013-cü ildən fəaliyyət göstərir.
Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir.
Bakı ətrafında- Qaradağda tikilən metanol zavodu 224 milyon funt-sterlinqə, yaxud 360 milyon dollara başa gəlib. O, Cənubi Qafqazda yeganə ən iri metanol zavodudur. Qaradağda tikilən metanol zavodu "second hand" zavoddur. Amerikanın Texas ştatında 2005-ci ildə sökülən zavod Azərbaycanda yenidən quraşdırılıb. Zavodun tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı 120 milyon dollar kredit ayırıb. Zavodun tikintisi üçün qalan pulun böyük hissəsinin Azərbaycan Beynəlxalq Bankından, kiçik bir hissəsinin isə Rusiyanın "Sberbank"ından götürüldüyü bildirilir.
Ancaq indi iddia olunur ki, Piriyev Beynəlxalq Bankdan zavodun tikintisi və digər məqsədlər üçün götürdüyü kreditləri qaytarmayıb.
AzMeCo zavodunda istehsal olunan metanolun əsas alıcısı qismində Böyük Britaniyanın BP şirkəti çıxış edirdi. Piriyevlər metanol zavodundan başqa Qaradağ rayonu ərazisində daha 3 iri zavod tikməyi planlaşdırırdı.
Bakıdakı zavod açılmazdan əvvəl Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilirdi. Hazırda isə bu məbləğ bir neçə dəfə artıb. Piriyevlərin həmçinin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radio kanalı, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi olduğu bildirilir.
"AzMeCO" şirkəti 2013-cü ildə Liviyanın neft sektoruna investor olaraq daxil olub, bu ölkənin neft-kimya və neft emalı zavodlarının tikintisinə dair öhdəlik götürüb.
Dünən Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı Bakıda həbs olunub. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb ki, məhkəmə sabiq icra başçısı barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Murad Cabbarlı da Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.
"Azərinşaat" MMC-nin rəhbəri Mehdi Əliyev də həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
"Xəzər adaları" layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmlinin də Benyəlxalq Bankla problemləri olduğu bildirilir. Məlumatlara görə, Cahangir Hacıyevin zamanında Azərbaycan Beynəlxalq Bankı "Xəzər adaları" layihəsinə 850 milyon dollar kredit ayırıb. (azpolitika.info)
Lakin bir müddət əvvəl Hacı İbrahim Nehrəmli redaktorlarla görüşündə bildirmişdi ki, Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürüb. Sitat: "Bir neçə gün əvvəl aparılmış dəqiqləşdirilmiş hesablamaya görə, "Xəzər adaları" layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir".
İbrahim Nehrəmli əlavə etmişdi ki, faizləri ilə birlikdə Beynəlxalq Banka borcu 70 milyon dollardır. "Marja"nın məlumatına görə, həmin vaxt Hacı İbrahim nədənsə diqqətlərdən yayınan sensasiyalı məlumatlar da açıqlayıbmış. O, deyibmiş ki, Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb: "Beynəlxalq Bank gəlib mənim 3 binamı 314 milyon dollara girov götürüb. Çox gözəl. Beynəlxalq Banka deyirəm: "Binaları başqa banklara girov qoya bilərəm?", Deyir "yox". Deyirəm 314 milyon girova ən azı 200 milyon dollar pul ayırmalı idin. Deyir "Bəli". Deyirəm, "cəmi 57 milyon dollar ayırmısan, heç olmaza 100 milyon dollar da ayır, buranı qurtarım pulunu götür. Beynəlxalq Bank isə deyir ki, "yox, daha mənim pulum yoxdur". Onlara deyirəm, heç olmasa binalardan girovu götürün. Buna da razı olmurlar və deyirlər ki, "onda bir-iki il gözləyərik, sən binaları tik qurtar, sonra satıb pulumuzu qaytararsan".
İş adamı sözlərinə belə davam etmişdi: "Hacı İbrahim pul alıb ödəməyib. Belə bir şey ola bilməz. Cəmi 57 milyon dollar kredit almışam. Bütün yerdə danışırlar və yuxarılara yazırlar ki, "Hacı İbrahim 57 milyon dollar kredit götürüb, pulu mənimsəyib, ölkəni dağıdır". Bir dayanın və bu şəhərin qapısından içəri girin, görün mən pulları dağıtmışam, yoxsa bura yatırmışam?!".
Hacı İbrahim daha sonra bildiribmiş ki, Beynəlxalq Bank 8%-lə ayırdığı krediti devalvasiyadan sonra 12%-lə geri istəyir:
"Mən Beynəlxalq Bankdan 8%-lə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12%-lə ödəyim. Əgər gecikdirsəm 18%-lə ödəyəcəm. 18%-lə də kredit olar? 18%-lə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım".
Maraqlıdır, Hacı İbrahim Beynəlxalq Bank qarşısında öhdəliyinə sadiqdirsə, yeni rəhbərlik ondan pulunu niyə geri istəyir? Həqiqətənmi məbləğ 57 milyon dollardır?
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən