Mayın 1-dən start verilir
Sosial
Oxunub: 1 624
30 apr 2015 | 17:45
Mayın 1-dən start verilirÜmumi orta təhsil səviyyəsindən (9 illik) kolleclərə ərizə qəbulu başlanır.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, mayın 1-dən ümumi orta təhsil bazasında (9 illik) Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ərizələrin qəbulu başlanır. Bu proses mayın 31-dək davam edəcək.

Ərizə təqdim etmək istəyən abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex/erize) şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə Komissiyanın internet saytında "Abituriyentin elektron ərizəsi" formasına daxil olur və onu doldururlar. Abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını doldurduqdan sonra ərizələrinin təsdiq olunmasını təmin edirlər.
Azərbaycan Respublikasında orta məktəblərin 9-cu sinfini 2013-cü, 2014-cü və 2015-ci illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.
9-cu sinfi 2013-cü ildən əvvəl və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər "Abituriyentin elektron ərizəsi"nin təsdiqini təmin etdikdən sonra mayın 20-dən iyunun 2-dək tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçirlər. Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Qeydiyyatdan keçmiş abituriyentlər TQDK tərəfindən keçirilən qəbul imtahanında iştirak edirlər. İmtahanda topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə iyulun 7-dən 11-dək seçmə turda iştirak edirlər. Seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.
Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin bəzi ixtisasları (həmin ixtisaslar "Abituriyent" jurnalının 3-cü sayında təqdim olunacaq) üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.
Qeyd edək ki, ərizə qəbulu haqqında elan, qəbul aparılan kolleclərin və ixtisasların siyahısı və digər zəruri məlumatlar yaxın günlərdə "Abituriyent" jurnalının 3-cü sayında təqdim olunacaq.
Bu gün, 12:13
İlham Əliyev TDT TŞ rəhbərlərini qəbul etdi
Bu gün, 12:09
Azərbaycan sərhədləri gələn ilə qədər bağlı qalacaq - YENİ QƏRAR
Bu gün, 12:00
Azərbaycan bu ölkə ilə hava əlaqəsi yaradır
Bu gün, 11:57
İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
Bu gün, 11:51
Azərbaycan lideri: Bu tarixi bir qapının - Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
Bu gün, 11:47
Prezident onlara müraciət etdi
Bu gün, 11:43
Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
Bu gün, 10:52
Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb - Foto
Bu gün, 10:49
“Həzi Aslanov” stansiyasında təmir yekunlaşır
Bu gün, 10:44
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu gün, 10:41
Hikmət Hacıyevdən sülh prosesi ilə bağlı mühüm bəyanat - FOTO
Bu gün, 10:02
TƏCİLİ: Türkiyə 2 min komando ilə HƏRƏKƏTƏ KEÇDİ - Yunanıstanda HƏYƏCAN
Bu gün, 09:54
Türkiyə gəmisi kasetli bombalarla VURULDU - Ankara Kiyevi cəzalandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 09:30
Hövsanda qalmaqal: Məktəbdə pul yığmağa başlanılıb?
Bu gün, 09:30
“Ümid edirəm ki, İranla müharibənin sonuna yaxınlaşırıq”
Bu gün, 09:26
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
Bu gün, 09:11
Paşinyan müxalifətə: Qarabağdan gələnləri evinizə aparın – İkinci dövlətə cəhd edəni...
Bu gün, 09:00
Azərbaycan hökuməti dörd illik proqnozlarını açıqladı: Manatı nə gözləyir?
Dünən, 20:44
HEKİMSEN-DƏ YENİ DÖVR: ADİL KURBANDAN TÜRK DÜNYASINA HƏKİMLİK VİZYONU
Dünən, 16:00
Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
Dünən, 15:30
Trampın sərvəti 7 milyard dollara çatdı
Dünən, 14:29
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Dünən, 14:22
Azərbaycan dost, İsrail düşmən siyahısında
Dünən, 14:10
İcra başçısı dama qalxdı - VİDEO
Dünən, 14:00
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
Dünən, 13:19
Taksi sürücüləri sabah imtahan verəcəklər
Dünən, 13:10
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR