EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…

11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi
Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, Əli Əmirli, Cığatel İsaqızı, Əlişirin Şükürlü, İbrahim İlyaslı, Nəcibə İlkin, Narıngül Babayeva, Pərvanə Şəm, Aybəniz Əliyar, Fəxrəddin Meydanlı, Çingiz Musayev, Rəhim Mehnət, Elxan Yurdoğlu İlqar Bizəban, Balayar Sadiq və s. kimi Çağdaş ədəbiyyatımızın tanınmış simaları, ziyalılar, gənc yazarlar və Yaradıcılıq fakültəsinin dinləyiciləri iştirak etdilər.
Kitabın redaktoru gənc şair Gülnar Səma, korrektorları Sərvər Kamranlı, Elşad Barat, rəssamı Nəvai Mətin, ön sözün müəllifi şair İbrahim İlyaslıdır. şairə
Təbrik üçün söz alan tanınmış söz adamları gənc şairin yaradıcılığından, ədəbiyyatda tutduğu mövqedən danışıb, gələcəkdə daha böyük uğurlar, müvəffəqiyyət arzu etdilər. Tədbir iştirakçılarının marağını daha çox cəlb edən isə kitaba seçilmiş ad oldu. “Eşq haqqı” adını hərə bir cür mənalandırdı.
Yaradıcılıq fakültəsinin rəhbərliyi adından söz fakültənin dekan müavini Manaf Kərimov, metodist Sevinc Yunusluya, dinləyicilər adından isə Seyran İsmayılov, Gülnarə İsrafilqızı və Sevil İşığa verildi. Yaradıcılıq fakültəsinin birinci kurs dinləyiciləri Ülkər Piriyeva müəllifin kitabda yer alan “Zaman” və “Həyat budur”, Çinarə Ömray “Qovuşarıq” şeirlərini səsləndirdilər. Sonda sevincini paylaşdıqları üçün tədbir iştirakçılarına, xüsusən Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən Günay Həsənli özünün “Dəli sevgilər” şeiri ilə məclisi yekunlaşdırdı.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI