İki ayda Azərbaycanda 2 min ailə boşanıb - Nikah, doğum, ölüm...
2015-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artıb.Modern.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Rəsmi məlumata görə, ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib. Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 514-ü əkiz, 15-i isə üçəm doğulub.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.
İlin əvvəlindən ölkədə 9,4 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 7,0-dan 6,1-ə qədər azalıb.
Cari ilin iki ayı ərzində rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah və 2,1 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.
Cari ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 227 nəfər gələn və 119 nəfər ölkədən gedən qeydə alınıb.
Modern.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI