Əlillərə qulluq edənlərin pensiya problemi – Qanun nə deyir?
Sosial
Oxunub: 658
16 noy 2018 | 09:50
Əlillərə qulluq edənlərin pensiya problemi – Qanun nə deyir?














Əlillərə qulluq edən şəxslərə maaş verilməsi, sonradan pensiya almaq hüququnun yaranması çox gözəl təşəbbüsdür. Deputat Elmira Axundovanın parlamentdə əlilə xidmət edən ailə üzvünə əmək haqqı verilməsi haqda çıxış vaxtında irəli sürülmüş təklifdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında vəkil İradə Cavadova deyib.

Onun sözlərinə görə, həqiqətən də uzun müddət əlil şəxsə qulluq edən ailə üzvləri işsiz qalırlar:
“Elmira Axundova tamamilə haqlıdır. Neçə illərdir bununla bağlı müzakirələr aparırıq, bir çox layihələrdə də vurğulayırıq ki, əlil şəxsə qulluq edənlər sonra işlə təmin oluna bilmirlər. Xidmət göstərdikləri əlil şəxs vəfat edəndən sonra baxırsan ki, qulluq edənin artıq 45-50 yaşı var, bu yaşadək heç bir peşəyə yiyləənmək imkanı olmayıb deyə o yaşda işə qəbul olunmur. Həmin şəxslər ancaq yaşa görə pensiya ala bilirlər. Amma onlara maaş verilməsi çox gözəl təşəbbüsdür”.

İradə Cavadova qeyd edib ki, “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 45-ci maddəsinə görə qohumluq münasibətindən asılı olmayaraq I qrup əlilə qulluq edən şəxsin qulluq müddəti onun ümumi əmək stajına daxil edilir: “Ancaq başqa bir müddəaya görə, ümumi staja aid edilmək üçün həmin şəxs sığortalanmalıdır. Məsələn, xanım haradasa işləyirsə, onun ən azı 12 il sığorta stajı varsa və əlil övladına qulluq edirsə, qulluq müddəti ümumi staja aid edilir. Amma həmin xanım heç vaxt işləməyibsə, onun əmək sığortası yoxdursa, onda həmin staj hesablanmır və ona heç bir müavinət verilmir. Əmək pensiyaları haqqında qanunda göstərilir ki, I qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti valideyn yalnız sığorta olunan olarsa qulluq dövrü iş stajı hesab olunur. Elə adamlar var ki, uşağı anadangəlmə əlildir və ömrü boyu ona qulluq edib heç bir yerdə işləmirsə, əmək kitabçası yoxdursa, bu qulluq staj sayılmır. Bəzən bir dövrdən sonra kimisə insult keçirir, infarkt vurur, 5-10 il ona qulluq etmək lazım gəlir. Həmin şəxsin övladı valideyninə qulluq etməli olur, belə olan halda onun dolanışığı və qulluğu sual altına düşür. Dövlət bu ehtiyacları qarşılayarsa, maddi yardım göstərilərsə, qulluq edən şəxsə əmək stajı sayılarsa, hansısa müavinət verilərsə, insanlar rahatlaşar. Onsuzda xəstə insanın qulluqla yanaşı dərman preparatlarına da ehtiyacı olur”.

Vəkil təklif edib ki, əlilliyi olan şəxs dünyasını dəyişəndə ona qulluq göstərmiş şəxslərin işsiz qalmaması üçün onlara kurs təşkil oluna, hansısa peşə öyrədilə və ya yüngül işlərə cəlb oluna bilər.

Qeyd edək ki, Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova təklif edib ki, ailəsində əlillərə xidmət edən şəxslərə maaş verilməlidir:“Nəzərə almalıyıq ki, bizdə sosial xidmət formalaşmayıb. Əlillər nə zamansa dünyasını dəyişəndə ona xidmət edən xanımı, anası və ya bacısı işsiz qalır. Xahiş edirəm, bu məsələlərə diqqətlə yanaşasınız”.
Bu gün, 16:00
Əhaliyə ŞAD XƏBƏR - Bu məhsul ucuzlaşır
Bu gün, 15:30
Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası
Bu gün, 13:23
Xocavənd şəhərinə daha 17 ailə yola salınıb
Bu gün, 13:17
Sabahdan bu zolaqlar qüvvədən düşür
Bu gün, 13:12
Azərbaycanda yeni cərimələr müəyyənləşir
Bu gün, 13:08
İlham Əliyev Avrasiya Milli Universitetinin rektorunu təbrik edib
Bu gün, 12:37
Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
Bu gün, 12:02
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Bu gün, 11:57
Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Bu gün, 11:48
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Bu gün, 11:14
Paşinyanın rəqibindən Azərbaycana HƏDƏ - Rusun "TULASI" bizi hədələyir
Bu gün, 10:37
Naxçıvanda hərbçi faciəli şəkildə öldü - FOTOLAR
Bu gün, 10:31
DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub
Bu gün, 10:26
Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər
Bu gün, 09:45
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub - FOTOLAR
Bu gün, 09:36
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTOLAR
Bu gün, 09:29
Almaniyada uçmuş evin dağıntılarının altında meyitlər tapılıb
Bu gün, 09:22
Ebola virusundan ölənlərin sayı artır
Bu gün, 09:13
Bakı-Tbilisi qatarının bilet satışına start verilib
Bu gün, 09:00
Dövlət başçıların İlham Əliyevə təbrikləri davam edir - YENİLƏNİB
Dünən, 16:00
Çin bu kəşflə dünyaya HÖKM EDƏCƏK
Dünən, 15:30
Ermənistandakı 7 iyun seçkiləri ərəfəsində təxribatlar törədilər bilər – “5-ci kolon” fəallaşıb
Dünən, 13:49
Emmanuel Makron İlham Əliyevə zəng vurub
Dünən, 13:44
AAYDA: Şəhərlərin rəqabət qabiliyyəti tikinti həcmləri ilə ölçülmür
Dünən, 13:21
Bakı–Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı
Dünən, 13:17
Bakıda tramvay xətləri 2028-ci ilə qədər istifadəyə veriləcək
Dünən, 12:31
“Uşaqpulu tənbəllik yarada bilər” – Deputat