Prezidentə və Mikayıl Cabbarova müraciət: Vüqar Qələndərov Sumqayıtda cinayətkar şəbəkə yaradıb
Sosial / Dunya
Oxunub: 785
7 avq 2018 | 13:29
Prezidentə və Mikayıl Cabbarova müraciət: Vüqar Qələndərov Sumqayıtda cinayətkar şəbəkə yaradıb










Realliq.info və Realliq.az saytının redaktoru Rəhman Novruzov ölkə başçısına, birinci xanıma və vergilər nazirinə müraciət ünvanlayıb. Həmin müraciətdə Sumqayıtda cinayətkar şəbəkə yaradan "Ən Ucuz" marketlər şəbəkəsinin rəhbəri Vüqar Rəsul oğlu Qələndərovun DÖVLƏTƏ vurduğu milyonlarla ziyandan, vergi mənimsəmələrindən, sənədlərin və imzaların saxtalaşdırılmasından və digər cinayət tərkibli əməllərindən bəhs olunur. Biz həmin müraciəti olduğu kimi ictimaləşdiririk:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına


Surəti:
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Xanım Əliyevaya

Sürəti:
Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarova

Reallıq.info saytının redaktoru Novruzov Rəhman Salman oğlu tərəfindən


A Ç I Q M Ə K T U B


Cənab Prezident!
Mən Sizin bütün çıxışlarınıza yüksək önəm verərək diqqətlə dinləyir, bu çıxışlara, tapşırıqlara, tövsiyyələrə istər məmurlarımız, istərsə də ayrı-ayrı vətəndaşlarımız tərəfindən necə reaksiya verildiyini diqqətlə izləyirəm. Mən həmişə öz vətəndaşlıq borcumu, vətəndaşlıq məsuliyyətini dərindən dərk edərək öz mövqeyimi ortaya qoymuşam.
Xüsusilə Sizin " Dövlət idarəçiliyində vətəndaş cəmiyyətlərinin, mətbuatın, ayrı-ayrı vətəndaşların köməyindən istifadə edilməlidir"- sözlərindən ruhlanaraq 2016-cı ilin may ayından Sumqayıt şəhərində yerləşən böyük bir ticarət şəbəkəsində baş vermiş korrupsiya faktları barədə həm mətbuatda, həm də şəxsi müraciətlərimlə bütün adiyyatı dövlət orqanlarına müraciətlər ünvanlamışam. Bu ticarət şəbəkəsinə 10 (on) yaxın böyük ticarət mərkəzləri daxildir ki, onlarada sahibarkar Qələndərov Vüqar Rəsul oğlu tərəfindən rəhbərlik edilir. Əslində V.Qələndərov sahibkar deyildir. O, həmin obyektlərdə çalışan işçilərdən ( xadimə, qaravulçu, satıcı) müxtəlif dövlərdə sahibkarlar edərək ticarət mərkəzlərini onların adına sənədləşdirmişdir. Təbii ki, məsuliyyətdən yayınmaq üçün . Amma bu
" sahibkarları" tanıyan yoxdur, bütün dövlət nəzarət orqanları və həmin ticarət mərkəzləri ilə işləyən şirkət rəhbərləri o cümlədən Azərsun, Veysəloğlu, Avrora və.s yalnız V.Qələndərovu tanıyır və onunla hesablaşırlar.

V.Qələndərov tərəfindən sahibkar edilmiş əslində isə qaravulçu olan tək Əsgərov Rövşən Bibiqulu oğlunun "fəaliyyət" göstərdiyi 3 (üç) obyektə faktiki aylıq satış dövriyyəsi 2.850.000 ( iki milyon səkkiz yüz əlli min) manat təşkil etdiyi halda, rəsmi hesabatlarda aylıq satış dövriyyəsi 150.000 (bir yüz əlli min) manat göstərilir. Diqqət edirsinizmi ? Satış dövriyyəsi 19 dəfə azaldılmışdır. Həmin 3 (üç) obyektə 377 nəfər işçi çalışdığı halda onlardan yalnız 42 nəfər rəsmi qeydiyyata alınmış, 335 nəfər isə əmək müqaviləsi bağlanmadan yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən istismar edilir. Yeri gelmişkən onuda qeyd edim ki, bu yaxınlarda "Əmək pensiyaları haqqında qanuna" dəyişiklik edilərkən keçmiş nazir Səlim Müslümov tərəfindən " mütərəqqi " bir təklif irəli sürülmüşdür. " Hər bir işçi pensiya yaşına çatana qədər minimum 15800 manat sosial sığorta haqqı ödəməlidir, əks halda pensiya ala bilməyəcəkdir". Maraqlıdır görəsən V.Qələndərovun tabeliyində qeyri-rəsmi işlədilən yüzlərlə zavallılar gələcəkdə pensiya ala biləcəklərmi? Bu barədə cənab nazir S.Müslümov nə düşünür?

Mən dəfələrlə həm mətbuat, həm də şəxsən bu məsələ barəsində həm cənab Baş Prokuror Z.Qaralova , həm də sabiq nazir S.Müslümova müraciətlər etmişəm. Amma heç bir faydası olmayıb. Axı həm də 10 ( on) nəfərdən artıq işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlədilməsi cinayətdir . ( Bax. AR. CM-nin 162-1.1 maddəsi)
İcarə müqavilələrinin bağlanması ilə əlaqədar olaraq bildirirəm ki, R.Əsgərovun
" fəaliyyət" göstərdiyi tək bir obyektdə , Sumqayıt şəhəri 10-cu mkr, Babək küç 8a-da yerləşən "Hipper" ticarət mərkəzinin ümumi sahəsi 4000 kvm olduğu halda 150 kvm kimi icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi burada da icarəyə verilən sahələr 26-27 dəfə azaldılmış, qiymətlər isə hər bir kvm-rə 2 manatdan müəyyən edilmişdir, bu da təbii ki, bazar qiymətlərindən aşağıdır.
Həmin obyektə 2015-ci ilin avqust ayında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən xronometraj metodu ilə müşahidə yoxlaması keçirilmişdir. 21.08.2015-ci il tarixli seriya OVN/9 №080001 saylı vergi əməkdaşları tərəfindən tərtib edilmiş yekun akta əsasən aylıq şatış dövriyyəsi 33771 , 90 ( otuz üç min yeddi yüz yetmiş bir ) manat müəyyən edilmişdir.
Bu o deməkdir ki, əgər həmin obyekt 10 % rentabellik dərəcəsi ilə işləsə hər ay 3400 ( üç min dörd yüz) manat gəlir əldə etmiş olar. Amma həmin obyekt də

( Hipper Ən Ucuz) 170 nəfər işçi çalışır və təkcə aylıq əmək haqqı fondu 40.000 manat təşkil edir. Böyük obyekt olduğu üçün hər ay təxminən 7000 manat elektirik enerji pulu ödəyir. Əgər Vergi və Soaial Müdafiə fonduna ödənişləri də nəzərə alsaq bu obyektin aylıq ümumi xərcləri 60.000 manatdan çoxdur, aylıq gəlir isə 3400 manatdır.
Yoxlama zamanı yol verilən biabırçılığı təsəvvür edirsinizmi? Bu analoqu olmayan biyabırçılıqdır . Və V.Qələndərovun rəhbərlik etdiyi bütün təsərrüfat subyektlərində analoji vəziyyətdir.

Cənab Prezident!

Bu məqamda yenə Sizin çıxışlarınızdan bir stat gətirmək istəyirəm.
" Yoxlamaların sayı kifayət qədər çoxdur. Yoxlayan təşkilatlarda sanki biri-birləri ilə rəqabətə giriblər. Yoxlamaların arxasında yenə də əvvəllər olduğu kimi əksər hallarda maddi təmənna dayanır. Yoxlayan gəlir, yəni yoxlayır yəni yoxlamır nəticə etibarı ilə öz payını alıb gedir. Budur reallıq " .
Təbii ki, bu təmənnalı yoxlamalar korrupsiya faktıdır. Bunları araşdırmaq prokurorluq orqanlarının işidir. Bu faktlarla bağlı yuxarıda qeyd etdiyim kimi həm Baş Prokurorluğa , həm də Vergilər Nazirliyinə tərəfimdən dəfələrlə müraciətlər edilmişdir.
Təkcə 2016-cı ildən sabiq Vergilər Naziri Fazil Məmmədovun qəbuluna düşmək üçün tərəfimdən 22 dəfə müraciətlər edilmiş, hətda bir neçə dəfə nazirliyin qəbul şöbəsində olmuş, nazirin qəbuluna yazılmış və qəbula düşmək üçün aylarla gözləmişəm. Amma qəbula düşə bilməmişəm. Artıq iki ildən çox keçməsinə baxmayaraq V.Qələndərova gözün üstə qaşın var deyən yoxdur. O, hər il milyonlarla manat vergidən yayınma yolu ilə dövlət büdcəsindən oğurladığı pulları kimlərlə bölüşməsi aydınlaşdırılmalıdır. Təbii ki, həmin şəxslərdə onu müdafiə etməkdə davam edirlər.

Cənab Prezident!

Sizin " Korrupsiya faktlarının aşkar edilməsində vətəndaşların köməyindən istifadə etmək lazımdır". Sözlərini rəhbər tutaraq mən öz mövqeyimi bildirmişəm.
Mən Sizə inanıram və inanıram ki, V. Qələndərov və onu müdafiə edən məmurlar layiqli cəzalarını alacaqlar.


Hörmətlə: Rəhman Novruzov
Reallıq.info, reallıq.org saytının redaktoru:
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib