Yol üstündə olan Ramiz Zeynalov “zerkalnı nömrə” satışında endirim etdi – İLGİNC TƏFƏRRÜAT
Sosial / Dunya
Oxunub: 1 309
30 iy 2018 | 13:22
Yol üstündə olan Ramiz Zeynalov “zerkalnı nömrə” satışında endirim etdi – İLGİNC TƏFƏRRÜAT














Dövlət qurumlarının işində effektiv idarəçiliyə nail olmaq məqsədilə həyata keçirilən islahatların müsbət nəticələri göz önündədir. Həmin islahatlar dalğasının bundan sonra da davam edəcəyi və konkret olaraq ictimai rəydə heç bir pozitiv çalarla xatırlanmayan Dövlət Yol Polisi strukturunu da əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, artıq ləğv edilmiş Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir. Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-də ciddi islahatları qaçılmaz edir.

Sfera.az bildirir ki, illərdir ki, təqaüd yaşının çatmasına baxmayaraq kreslosunun hələ də qorumağı bacarmış Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov üçün də yolun sonu görülməkdədir. Xatırladaq ki, 67 yaşlı BDYPİ rəisi 25 ilə yaxındır ki, bu sahəyə rəhbərliyi həyata keçirir.

Sfera.az-ın zəruri arayışı: Bu il BDYPİ rəisinin daxili işlər orqanlarında fəaliyyətə başlamasının 42 ili tamam olur. Belə ki, 1976-cı ildə bu sistemə qəbul edilən Zeynalovun öncə Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, ardınca isə Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. Zeynalov həmin il məhz bu vəzifədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postuna gətirilib və gümüzə qədər də bu vəzifədə qalmağı bacarıb.

Redaksiyamıza daxil olan son məlumatlarda isə Ramiz Zeynalov üçün karyerasının "payızı” başlayıb. Bunun təsdiqi kimi diqqət çəkən bir məqam isə onun 10 ildən artıq müddətə Tovuz rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutmuş qardaşı Tofiq Zeynalovun vəzifəsindən azad edilməsidir. Bir çox ekspertlər bunu "Zeynalovlar imperiyasının süqutu” kimi dəyərləndirir. Qardaşının ardınca isə Ramiz Zeynalovun yola salınacağı da daxil olan informasiyalar arasınmdadır.

Sfera.az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumatda isə Zeynalovun istefaya göndəriləcəyindən sonra bu posta göz dikən məmurun kimliyinə aydınlıq gəlib. Bu şəxs Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Teniki Baxış İdarəsinin rəisi, BDYPİ-nin rəis müavini Mübariz Şahbazovdur. Bununla bağlı sonrakı yazılarımızda daha geniş bəhs edəcəyik, indiliksə BDYPİ-də yaşanan başqa bir olaya diqqət kəsilək.

Sfera.az-ın jurnalist araşdırmalarından sonra bəlli olub ki, hazırda BDYPİ-də qazanmaq mümkün olan bütün işlərə diqqət birə beş artıb, bu isə yol üstündə olan Ramiz Zeynalovun təqaüdə çıxana qədər daha çox qazanmaq istəyilə izah olunur. Belə ki, hazırda idarədə xalq arasında "zerkalnı nömrələr” adıyla məşhur olan avtomobillər üçün verilən dövlət qeydiyyat nişanlarının kütləvi və nisbətən ucuz qiymətə satışa çıxarılıb.
Heç kimə sirr deyil ki, "zerkalnı nömrələr” həmişə müəyyən olunmuş dövlət rüsumundan qat-qat baha qiymətə təklif olunub və satılıb. Həmin nömrələrin elələri var ki, onların satışı fantastik məbləğlərlə ifadə olunub. İndisə belə demək mümkündürsə BDYPİ-də "zerkalnı nömrə” satışında qeyri-rəsmi endirim tətbiq olunub. Yuxarıda da qeyd etdiyimiz kimi Ramiz Zeynalov gethagetdə bütün pula gedən nömrələri açıq satışa çıxarıb.
İş o yerə çatıb ki, hətta istədiyin nömrəni idarədən ala bilməyəndə idarənin qapısı ağzında meydan sulayan makler serjantlar problemin həllinə öz yardımlarını təklif edirlər. Hətta onlar hazırda satışa çıxarılmayan avtomobil qeydiyyat nömrələrini də təşkil edə bilmək qüdrətindədirlər. Onlara isə bu "güc və qüdrəti” verən BDYPİ-nin yol üstündə olan rəisi Ramiz Zeynalovdur.
İndi onun əsas qayğısı bacardıqca daha çox "zerkalnı nömrə” satmaq və zəngin təqaüdçü həyatına hazırlaşmaqdır.
Sfera.az

Yol üstündə olan Ramiz Zeynalov “zerkalnı nömrə” satışında endirim etdi – İLGİNC TƏFƏRRÜAT
Yol üstündə olan Ramiz Zeynalov “zerkalnı nömrə” satışında endirim etdi – İLGİNC TƏFƏRRÜAT
Yol üstündə olan Ramiz Zeynalov “zerkalnı nömrə” satışında endirim etdi – İLGİNC TƏFƏRRÜAT
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq