AAK-ın sədrinin saxtakarlığından prezidentə şikayət OLUNDU
Sosial / Dunya
Oxunub: 661
18 iy 2018 | 13:43
AAK-ın sədrinin saxtakarlığından prezidentə şikayət OLUNDU















Tanınmış alim, “Şöhrət” ordenli Şahbaz Muradov Azərbaycan Prezidenti İlham Əliyevə, surəti BDU-nun rektoru Abel Məhərrəmova və “Təzadlar” qəzeti redaksiyasına ünvanlı müraciətində Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynovun dəhşət saçan qanunsuz əməllərindən yazıb.

Müraciətdə deyilir:

Çox hörmətli cənab Prezident!

Bir daha nəzərinizə çatdırıram ki, Tahir Sərdarov, Aqil Əsədov və Elsevər Kərimov AMEA İqtisadiyyat İnstitutunun dissertantları olmamışlar. İnstitutun sabiq direktoru prof. İsa Alıyev yaxın münasibətdə olduğu AAK-nın sədrinin keçmiş müavini və hazırda onun sədri vəzifəsini müvəqqəti icra edən AMEA-nın müxbir üzvü Vəli Hüseynovla hansısa sövdələşməyə gedərək onlara saxta sənədlər vermiş və dissertasiya işlərini AAK-ya təqdim etmişdir. AAK-da cənab Vəli Hüseynovun göstərişi ilə bu saxtakarlıqlara göz yumulmuş və izi itirmək məqsədilə həmin dissertasiya işləri İqtisadiyyat İnstitutundakı elmlər doktorluğu üzrə Dissertasiya Şurasına deyil, Tahir Sərdarovla Aqil Əsədovun dissertasiya işləri BDU-dakı, Elsevər Kərimovun dissertasiya işi isə AMEA Naxçıvan Bölməsindəki Dissertasiya Şurasına göndərilmişdir. Bu saxtakarlıqlar haqqında 4-8 avqust 2017-ci il tarixlərdə cənab Vəli Hüseynova, AAK Rəyasət Heyətinin üzvlərinə geniş müraciət məktubu göndərilmişdir. Həmin müraciətin surətləri ölkə başçı İlham Əliyev cənablarına və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya göndərilmiş, “19” sentyabr 2017-ci tarixdə “Təzadlar” qəzetində ictimailəşdirilmişdir. Bu saxtakarlıqdan xəbər tutan akademik İ.Hacıyev əsil alimlik və vətəndaşlıq mövqeyi tutaraq Elsevər Kərimovun dissertasiya işini AAK-a geri qaytarmışdır. BDU-nun rəhbərliyi (rektor Abel Məhərrəmov) isə ən azı 5 dəfə onlara müraciət etməyimizə baxmayaraq bir il tərəddüd etdikdən sonra Vəli Hüseynovun təzyiqlərinə dözməyərək Tahir Sərdarovun müdafiəsini “26” may 2018-ci il tarixdə keçirmiş, Aqil Əsədovun dissertasiya işinin isə seminarda müzakirəsini təşkil etmişdir. Cənab Vəli Hüseynov özünü müdafiə etmək üçün, hətta həmin saxtakarlıqlara yol vermiş İsa Alıyevi bu günlərdə AAK-nın İqtisadiyyat üzrə Ekspert Komissiyasının üzvü təyin etmişdir.

Hörmətli cənab Prezident!

Xahiş edirəm ki, elmimizin saflığının, Azərbaycan Dövlətinin müqəddəs qanunlarının keşiyində duran lider kimi bu cür saxtakarlıqların qarşısının alınması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz. Bu adamlar elmi şəxsi qazanc ünvanı seçiblər. Bu yolverilməzdir!!!

Cənab Prezident!

Bu işlər istintaq edilməlidir. Əminəm ki, bu işlərdə saxtakarlıqlara yol verənlər Sizin- ölkə başçımız İlham Əliyev cənablarının, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və nəhayət Baş Prokurorumuz cənab Zakir Qaralovun qəzəbinə tuş gələcəklər.

Hörmətlə:
Şahbaz Muradov, AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
“9” iyul 2018-ci il \\tezadlar.az\\
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq