Bakıda mənzil satışında kələkbazlıq
Sosial
Oxunub: 1 585
6 fev 2015 | 10:52
Bakıda mənzil satışında kələkbazlıq


Paytaxtda bina tikintisi ilə məşğul olan daha bir şirkətin dələduzluğu ortaya çıxıb.

Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron LTD-2013 tikinti şirkəti bir mənzili iki ailəyə satıb.

Zərərçəkən Malik Hüseynov redaksiyamıza məktub ünvanlayaraq qanunsuzluğun qurbanı olduğunu, illərdir ki, kirayədə qaldığını bildirib:

“Mən Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 3-cü küçə, döngə 1, ev 9-da qeydiyyatdayam. 2006-cı ildə Xırdalan şəhəri M.Hüseynzadə küçəsində Fuad LTD firması tərəfindən inşa olunan yaşayış binasında valideynlərim üçün 121 saylı mənzilin dəyərini tam, özüm üçün isə 122 saylı mənzilin dəyərinin yarısını ödəməklə müqavilə yolu ilə mənzil almışam”.

M.Hüseynovun sözlərinə görə, Fuad LTD firmasında qanunsuzluqlar baş verdiyi üçün bir müddətdən sonra tikinti işləri dayandırılıb:

“Binada tikinti işləri 2009-cu ilə kimi davam etdi. Lakin həmin ildən etibarən Fuad LTD firması tikintini davam etdirə bilmədi və sakinlərin şikayətinə əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq başlandı. İstintaqdan sonra bizə məlum olmayan səbəbdən tikintini Abşeron LTD 2013 (VÖEN 10000 58691) adlı şirkət davam etdirib”.

Zərərçəkən iddia edir ki, hüquqi varis elan olunduqdan sonra şirkətin satılan evləri yenidən satışa çıxarılıb:

“9 il öncə aldığım mənzili Abşeron LTD 2013 şirkətinin rəhbəri Azər Tağıyev və Araz adlı şəxs 7 dekabr 2014-cü ildə başqa bir şəxsə satıb. Hazirda mənə məxsus olan mənzildə təmir işləri aparılır. Mən isə kirayədə yaşayıram”.

Paytaxt ərazisində belə halların tez-tez təkrarlandığını deyən zərərçəkən əlaqədar qurumlardan haqlarının bərpa olunmasını xahiş edir:

“Belə insanların qanunazidd əməllərindən təkcə mən yox, çox sayda insan zərər görüb. Əlaqədar qurumlardan bu cür neqativ halların araşdırılması, sözügedən ünvanda baş verən özbaşınalığın qarşısının alınması və mənim pozulmuş hüquqlarımın bərpa olunmasına yardım etməyi xahiş edirəm”.
Bu gün, 12:18
Füzulidə mina partladı - Ölən var
Bu gün, 11:43
Gədəbəydə icra rəisi və icra məmuru aliment, borc pullarını “yeyib”lər – ŞOK CİNAYƏT
Bu gün, 11:21
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Bu gün, 11:16
Məkkəyə giriş dayandırıldı - SƏBƏB
Bu gün, 11:12
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bu gün, 11:09
Tehran: Bu, 5 ölkədən təzminat tələb edirik - SİYAHI
Bu gün, 10:47
Mansur Yavaş barəsində araşdırma başladıldı
Bu gün, 10:32
İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
Bu gün, 09:56
Qohum evliliyi davam edir – Qanun niyə işləmir...
Bu gün, 09:52
Sürücülərə təhlükəli anlar yaşadan körpü - VİDEO
Bu gün, 09:43
Şirvanda əməliyyat - Bir nəfər həbs edildi
Bu gün, 09:39
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Bu gün, 09:21
Neftin qiyməti ABŞ-ın təsiri ilə 150 dollara qədər arta bilər - "Bloomberg"
Bu gün, 09:13
Macar faktoru: regionda güc balansı yenidən qurulur
Bu gün, 09:06
ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika
Bu gün, 09:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dünən, 16:00
Tramp niyə İranla atəşkəs elan etdi? - ŞOK SƏBƏBLƏR
Dünən, 15:30
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
Dünən, 14:59
Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
Dünən, 13:54
Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - Video
Dünən, 13:50
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Dünən, 12:57
Qadınların ən böyük stres mənbəyi kişilərdir - Araşdırma
Dünən, 12:53
Vüqar Gülməmmədov tikinti səhəsindəki maliyyə pozuntularını AÇIQLADI
Dünən, 11:45
ABŞ-nin Hörmüz boğazını blokadası: "Qıtlığa səbəb olacaq"
Dünən, 11:40
Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri aparılıb
Dünən, 11:26
Polisdən son əməliyyatlar - 2 günə onlarla cinayət açıldı, narkotik və axtarışda olan şəxslər saxlanıldı
Dünən, 11:15
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA