Azərbaycanda təhlükəli xəzlər satılır — Əksəriyyəti saxtadır
Sosial
Oxunub: 546
22 yan 2018 | 10:51
Azərbaycanda təhlükəli xəzlər satılır — Əksəriyyəti saxtadır













Qış mövsümünün gəlişi ilə xəz dəridən hazırlanmış üst geyimləri də dəbə düşür.
Qadınların əksəriyyəti gözəl və cazibədar görünmək, eyni zamanda soyuq havada üşüməmək üçün xəz dərili üst geyimlərə üstünlük verirlər. Təbii ki, fərqli heyvanların xəzindən hazırlanmış bu geyimlər müştərilərə çox baha qiymətə təklif olunur. Buna baxmayaraq, əksər hallarda baha qiymətə alınan xəz dəridən hazırlanmış geyim keyfiyyətsiz çıxır, heç bir mövsüm belə istifadə edilməmiş yararsız hala düşür. Bir sözlə, xəz geyimlərin qiyməti ilə keyfiyyəti bir-birini təkzib edir.

Bu gün ölkədə satılan xəz dəridən hazırlanmış geyimlərin keyfiyyəti ilə qiymətinin nə dərəcədə uzlaşır?

"Ölkə.Az"ın Sputnik Azərbaycana istinadən məlumatna görə, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycana xəz dəridən hazırlanmış geyimlər müxtəlif ölkələrdən idxal olunur:"Çindən, Türkiyədən və Avropa ölkələrindən ölkəmizə xəz dərilər gətirilir. Təbii ki, Çindən gətirilən xəz dərilər ucuz başa gəldiyi üçün ticarətçilər çin mallarına daha çox üstünlük verirlər".

Bayramovun sözlərinə görə, bir neçə il əvvələ nisbətən hazırda xəz dərilərə maraq azalıb, amma yenə də tələbat var.

"Bu geyimlərin qiymətləri həqiqətən bahadır. Xüsusilə, Çindən gətirilən xəz dərilərin qiymətləri baha, keyfiyyəti isə aşağıdır. Beləliklə, istehlakçılar aldadılır. Hətta onu da qeyd edim ki, qonşu ölkələrə nisbətən Azərbaycanda eyni xəz dərilər daha baha qiymətə satılır" - deyə ekspert əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər il xəz dərilərlə bağlı Azad İstehlakçılar Birliyinə 1-2 şikayət daxil olur:
"İstehlakçılar aldıqları xəzin keyfiyyətindən narazıdır. Azərbaycanda xəz dərilərin gətirilməsində heç bir standart yoxdur. Azad bazar olduğu üçün ticarətçilər hansı ölkədən istəsələr, xəz dəri gətirirlər, neçəyə istəyirlər, o qiymətə də satırlar".

E.Hüseynov xəz dəridən hazırlanmış geyimlərin saxta yarlıqlarla satıldığını da bildirib: "Onu da qeyd edim ki, satılan xəz dərilərin üzərinə vurulmuş yarlıqlar heç də orijinal olmur. Bazarda xəz dəridən hazırlanmış üst geyimlərinin 40 faizdən çoxu saxta yarlıqlarla satılır. Qiymətlərə gəlincə, hər kəs istədiyi qiymətə malını sata bilər. Sadəcə onu deyə bilərəm ki, istehlakçılar xəz dəri alarkən diqqətli olsunlar və saxta mallara aldanmasınlar".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə bildirib ki, xəz dərilərlə bağlı heç bir standart yoxdur: "Bizə bu günə kimi xəz dərilərlə bağlı heç bir şikayət daxil olmayıb".

Həkim Rasif Bağırov isə xəzdən hazırlanmış geyimlərin insan sağlamlığına zərərli təsirlərindən danışıb:

"Dəridən geyim hazırlanan zaman elə aşılanmalıdır ki, insan orqanizmi üçün gigiyenik olaraq heç bir problem yaratmasın. Xəz dəri hazırlanan zaman lazımi səviyyədə aşılanmayanda, ətraf mühitdə olan mikroorqanizmlər həmin xəz dəridə özünə yer edir və münbit şərait olduğu üçün çoxalmağa başlayır. Həmin mikroorqanizmlər xüsusilə allergik xəstəliklər, mədə-bağırsaq xəstəlikləri yarada bilir".

"Xəz dəridən hazırlanmış geyimləri xüsusi rejimdə saxlamaq lazımdır, tez-tez xüsusi qaydada təmizlənməlidir ki, insan orqanizminə problem yaratmasın" -deyə həkim əlavə edib.
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO