Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ - ticarətçilərə DƏSTƏK
Sosial
Oxunub: 703
12 yan 2018 | 16:15
Vergilər Nazirliyindən “Binə” və “Sədərək”in rəhbərlərinə ZƏRBƏ - ticarətçilərə DƏSTƏK














Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.
Gələn məlumatlarda yeni nazirin sahibkarlara “yaşıl işıq” yandıracağı əminliklə vurğulanır. Həm də ona görə ki, bu barədə prezident İlham Əliyev dəfələrlə “sahibkarlara normal fəaliyyət göstərmələri üçün şərait yaradılmalı, bürokratik əngəllər aradan qaldırılmalıdır” göstərişlərini verib.

Modern.az-a daxil olan məlumata görə, hətta bu tədbirlər çərçivəsində illərdir “Binə” və “Sədərək” ticarət mərkəzlərində yaşanan kassa aparatları probleminə də nöqtə qoyulacağı söylənilir.

Qeyd edək ki, Vergilər Nazirliyi “Binə” və “Sədərək” ticarət yarmarkalarındakı ticarət sahələrinin kassa aparatları ilə təmin edilməsi üçün həmin mərkəzlərin rəhbərləri ilə hələ 2012-ci ildən iş aparır. Həmin ildə sahibkarlar və Vergilər Nazirliyi rəsmilərinin iştirakı ilə müşavirə keçirilib və onlara uçotun başa çatdırılması üçün daha bir il müddət verilib. Yəni 2013-cü ilin sonunadək “Binə” və “Sədərək”dəki sahibkarlar qeydiyyata alınmalı, mağazalarda kassa aparatları quraşdırılmalı, əmək müqavilələri bağlanmalı və 2013-cü ildən etibarən vergi qanunvericiliyinə əməl edilməli, vergilər dövlət büdcəsinə ödənilməli idi.

Lakin problem bugünədək həllini tapmayıb. Məsələ burasındadır ki, “Binə” və “Sədərək” yarmarkalarında ticarətlə məşğul olan sahibkarlar vergi ödəyirdilər, amma dövlətə deyil, bu obyektlərin sahiblərin. Ticarət obyektlərində yerləri sahibkarlara icarəyə verən “Binə” və “Sədərək”in rəhbərləri isə onlardan topladıqları böyük pulların müqabilində dövlətə daha az vəsait ödəyirdilər.

Qanunvericiliyə görə isə sahibkar icarə haqqı ilə yanaşı, kassa aparatına çek vurmalı və gəlirlərindən vergini özü dövlətə ödəməlidir.

2015-ci iin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra ölkədə baş verən sürətli bahalaşma “Binə” və “Sədərk” ticarət mərkəzlərinin fəaliyyətinə də ciddi ziyan vurdu. Xaricdən valyuta ilə alınan malların qiyməti avtomatik olaraq bahalaşdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, üstəgəl dövlət və qanunla müəyyən olunmayan əsassız vergilər sahibkarları çıxılmaz vəziyyətdə qoydu.

İndi isə bütün ümidlər yeni vergilər naziri Mikayıl Cabbarova dikilib...

Məlumatlara görə, “Binə” və “Sədərk” ticarət mərkəzlərindəki obyektlərdə indiyədək 8000 ədəd kassa aparatı quraşdırılıb. Vergilər Nazirliyinin “Binə” və “Sədərək”lə əlaqədar başlatdığı bu iş sözügedən obyektlərin rəhbərlərin qeyri-qanuni əməllərinə zərbə, orada ticarətlə məşğul olan orta və xırda sahibkarlara isə dəstək olacaq. Belə ki, icarəyə verilmiş mağazaları işlədənlərin bundan sonra gəlirlərdən vergiləri artıq “Binə” və “Sədərək”in rəhbərlərinə deyil, birbaşa dövlətə ödəyəcəyi bildirilir. Bu ödənişlərin həm də əvvəlkindən daha az olacağı qeyd edilir...
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...