BDU-nun dekan müavini: "Tələbənin həbs edilməsini istəyirəm"
Sosial
Oxunub: 516
8 yan 2018 | 19:06
BDU-nun dekan müavini: "Tələbənin həbs edilməsini istəyirəm"













Bu gün Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə dekan müavininin vəkili Kamandar Nəsibov çıxış edib. O, tələbənin cəzasının ağırlaşdırılmasını tələbi edib. K.Nəsibov bildirib ki, verilən cəza çox yüngüldür: "Zəka Mirağayev müvəkkilimi rüşvət almaqda ittiham edib, amma ortaya heç bir fakt qoymayıb. Onun həbs edilməsini istəyirəm". N.İsmayılzadə də vəkili ilə razılaşdığını deyib. Daha sonra Z.Mirağayevin vəkili Elçin Sadıqov çıxış edib. O qeyd edib ki, xüsusi ittihamçının məhkəməyə təqdim etdiyi materiallarda N.İsmayılzadənin ünvanına birbaşa ittiham yoxdur. Məhkəmədən xahiş edirəm ki, Yasamal Rayon Məhkəməsinin hökmü ləğv edilsin, müvəkkilimin barəsində bəraət verililsin". Z.Mirağayev də vəkili ilə razı olduğunu söyləyib. Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib. Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib. Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir.

İddia əlavə icraata qəbul olunub. Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, Z.Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış verilib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub. Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb. Bir müddət sonra isə Z.Mirağayev özü Azərbaycana geri qayıdıb. Məhkəmənin hökmü ilə Z.Mirağayevin aylıq əməkhaqqısının 15 faizi dövlət nəfinə tutulmaqla o, 1 il islah işləri cəzasına cəlb edilib. Hökmdən narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ