Makdonaldzın sirri. Bizi zəhərləyirlər
XXXIX yazı: Fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər
Makdonaldzın fastfud yeməkləri sağlamlığınıza təhlükədir
İlk öncələr Makdonaldz açmaq 950 dollar idi. Bu gün isə 500 000. Krok isə "Makdonaldz korporeyşn"ın təsisçisi oldu. Uşaqları qidalandırmaq və uşaqlarla qidalanmaq. Makdonaldz qardaşları bütün işləri ailələrə istinad edirdi - Krok isə bir az da irəli gedərək malı uşaqlara satmağı öyrəndi. Biznesdən öncə bütün şəhəri "Çessne"sində gəzərək məktəblərin harada olduğunu öyrəndi.
70-ci illərin ortaları Amerika bebi-bumun qızğın çağlarında idi, lakin bununla belə Makdonaldz ailələr üçün hələ də təmiz və rahat istirahət yeri olaraq qalırdı. Artıq hər bir uşaq özüylə nəinki iki valideynini, həmçinin də nənəsi və babasını da gətirə bilirdi. Krok isə yemək sənayesində deyil, şou-biznesdə işlədiyini təkrar etməyi sevirdi. Rəngli təpəciklər, şarlı hovuzlar, kloun Ronald (60-cı illərdə teleproqram vasitəsilə çıxmışdı) və parlaq bağlamadakı yeməklər uşaqları valeh edirdi.
ABŞ-da hazırda "Makdonaldzların" 8000, "Byurqer Kinqlərin" isə 2000 oyun meydançaları var. "Meydançalar uşaq, uşaqlar valideyn, valideynlər isə pul gətirirdilər". Hər ay bura Amerikanın 90% nəsli gəlir. Meydançalardan və kloundan başqa onları "Həppi Mil" (Xoşbəxt yemək) adlı yeməyə daxil olan hamburger və kola ilə birgə verilən oyuncaqlar da cəlb edirdi. Oyuncaqlar isə seriya ilə hər bir yeni çıxan cizgi filmi və ya filmdən sonra buraxılır, onları kolleksiyaya yığmaq istəyirsən. "Bini bebi"nin yumşaq oyuncaqları 1997-ci ildə 10 gün ərzində 100 milyon ədəd satıldı.
Nəticədə müasir uşaq hamburger yeyir və 30 il öncə ilə müqayisədə həmişəkindən 3 dəfə artıq kola içir. Amerikada kolanı hətta 2 yaşlı körpələr belə içir. Bu gün Krokun taktikasını bir çox kompaniyalar istifadə edir və anlayırlar ki uşaqlar uğurlu alıcı təbəqəsi sayılır, hansı ki məşğul valideyinlər vicdan əzabı ilə dolu daha çox pul xərcləyirlər. Böyük hesabla, bütün fastfud sənayesi uşaqlar üzərinə hesablanıb. Bu isə eyni anda uşaqları qidalandıraraq uşaqlarla qidalanmaqdır: bu kafelərdə əsas işçi gücü isə yuxarı sinif şagirdləridir. Hər üç işçidən ikisinin 20 yaşı yoxdur. Onlar sadə işlər görərək çox aşağı məvacibə işləyirlər.
1958-ci ildə Makdonaldzda yeməyin hazırlanmasına və müştərilərlə davranışa aid 75 səhifəlik ilk təlimat kitabı çıxdı. Bu gün həmin kitab 750 səhifədir və onu "Makdonaldzın incili" adlandırırlar. Fastfudda işçi axını 400%-ə qədərdir. Adi işçi kafedən 4 ay sonra gedir. İşçilər arasında kasıb ailələrdən yeniyetmələr və immiqrantlar var, əsasən də Latın Amerikasından, hansılar ki ingilis dilində yalnız menyudakı yeməklərin adlarını bilirlər. Az məvacib və əməyin qorunmaması "komanda ruhu"nun yaranmasına əngəl olur. Artıq çoxdan Makdonaldzın menecerlərinə tabe olanlara onların əvəzsizliyi haqqında illüziyalı təriflər yağdırmasını öyrədirlər. Hər halda, bu məvacibin qaldırılmasından daha ucuzdur.
Cavan personallarda travmatizm böyüklərdən iki dəfə çoxdur. Hər il öz kafelərində 200 000 insan şikəst olur. Bundan əlavə, fastfudlar çox zaman məhz orada işləmiş və ya işləyən yeniyetmələr tərəfindən soyğunçu hücumlara məruz qalır. Hər ay işdə 4-5 nəfər ölür. 1998-ci ildə ABŞ-dakı restoranlarda ölən ofisiantlar polis zabitlərindən daha çox idi.
Los-Ancelsdəki fastfudlardakı video yazılar göstərdi ki, yeniyetmələr yeməklərə tüpürür, barmaqları ilə yalayır, burunlarındakını sürtür, qidalarda siqaret söndürür, əllərindən yerə salırlar. 2000-ci ilin mayında Nyu-Yorkdakı "Byurqer Kinq" -dən üç yeniyetmə 8 ay ərzində yeməklərə tüpürüb və işədikləri üçün məhkəməyə verilmişdilər. Mikserlərdə tarakanlar yaşayır, gecə isə kəsəyənlər donu açılmaq üçün saxlanılan hamburgerlərin üstünə çıxır. Məlumdur ki, fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər.
CƏNAB KARTOF. Aydaho ştatının qeyri-rəsmi devizi: "Bizdə yaxşı kartof və... belə, başqa heç nə. Lakin ən yaxşı kartof!". Hələ 20-ci illərdə bu diyarda isti günlərlə, soyuq gecələrlə və yüngül vulkanik torpaqla yanaşı kartof supersənayesinin təməli qoyulmuşdu.
Məhsulu təxmin etmək lazım idi. O zamanlar amerikalılar kartofu mürəbbə, bişirilmiş şeylərlə və ya püre kimi yeyirdilər, lakin tədricən hazırlanma üsulunu 1802-ci ildə ABŞ prezidenti Ceffersonun Fransadan gətirdiyi "fri" kartofuna olan sevgi hər yerdə yayılmağa başladı. Uğurlu kartof fermeri Cey Ar Simplot dövrünün nəbzini tuta bilirdi. Tezliklə onun kimyaçıları tezdondurma texnologiyasını həyata keçirtdilər. Simplot 1953-dən başlayaraq dondurma dilimləri (falları) satmağa başladı. İlk zamanlarda lazımi qədər alıcı tapa bilməməsinə görə özü də şübhələndi. Həmin zamanlarda isə Rey Krok üçün kartof başağrısı idi. Elə o zaman Krok hamburgerlə nisbətdə məşhurluqda geri qalmayan kartofu Simplotan almaq qərarına gəlir. Kafeyə gələnlər bunu xoşladılar. Daha doğrusu, onlar heç nəyin fərqinə varmadılar. Əvəzində qiymətlərin qəfil aşağı enməsi "frenç fray"a məşhurluq gətirdi: onu demək olar ki, 8 dəfə daha çox tükətməyə başladılar. Simplot isə rahat yolla Amerikanın ən varlı və böyük torpaq sahiblərindən biri oldu. Bu qoca multimilyarder kauboy şlyapasında gəzir, Makdonaldzda yeyir və "Mr. Spud" (Cənab Kartof) nömrəli linkolnunda gəzir.
ŞAM YEMƏYİNDƏ NƏ İLƏ QİDALANIRSANSA, FAKTİKİ OLARAQ, ÖZÜNÜ ONUNLA DA QIRXIRSAN. Makdonaldzın kartofunun dadı hər kəsin xoşuna gəlir. Əvvəllər o, yalnız öz bişirildiyi yağdan ibarət idi. On illərlə bu, 7% pambıq yağı və 93% mal yağının qarışığı idi. 1990-cı illərdə insanlar xolesterunə qarşı mübarizəyə başladılar və fastfudlar 100% bitki yağına keçidlər. Lakin dadı ki əvvəlki tək saxlamaq lazım idi! Əgər siz bu gün Makdonaldzdan bişirilən yeməklərin hazırlanması haqqında məlumat alsaınız, siyahinin sonunda təbii aromatizasiya ifadəsini oxuyacaqsınız. Bu, Makdonaldzda hər şeyin niyə belə dadlı olması ilə bağlı hərtərəfli izahdır.
FASTFUD EYZENHAUER ERASINDA TEXNOLOGİYALARIN HEYRƏTLƏNDİRDİYİ "HƏYATI KİMYA İLƏ YAXŞILAŞDIRAQ" VƏ "ATOM - BİZİM DOSTUMUZ" KİMİ ŞÜARLARIN ZAMANINDA MEYDANA GƏLİB. KARTOFLARIN VƏ HAMBURGERLƏRİN RESEPTİNİ KULİNARİYA KİTABLARINDA DEYİL, QİDA SƏNAYESİNİN TEXNOLOGİYASI VƏ QİDA MÜHƏNDİSLİYİNDƏ AXTARMAQ LAZIMDIR.
Demək olar ki, kafelərə daxil olan bütün ərzaqlar dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş halındadır və bu kafelərin mətbəxləri çətin sənayə prosesinin son mərhələsi olur. Belə sadə bir qida yüz dəfəyə parçalanır. Orada yediklərimiz son 40 ildə daha çox dəyişib, nəinki ondan əvvəlki 40 000 ildə. HAMBURGERLƏRİN HƏM DADI, HƏM DƏ Kİ QOXUSU NYU-CERSİNİN BÖYÜK KİMYA ZAVODLARINDA HAZIRLANIR. Aldığımız 90% ərzaqlar ilkin emaldan keçirilir. Lakin konservləşdirmə və dondurulma qidanın ilkin dadını öldürür. Bu səbəbdən də son 50 ildə fastfud kimyəvi zavodlar olmadan yaşaya bilməzdi.
Dad sənayesi məxfidir. Aparıcı amerikalı şirkətlər heç zaman nə öz ərzaqlarının gizli düsturlarını, nə də ki, əsas alıcılarının adlarını açıqlamazlar. Səbəb isə odur ki, fastfud kafelərinə gələnlər oranın əla mətbəxi və mahir aşbazları olduğunu düşünməlidir.
İNƏKLƏR KİMLƏRİ YEYİRLƏR? Kavboylar və rançolar Qərbi Amerikanın ikonaları idi. Lakin onların yarım milyonu son 20 ildə mal-qarasını satdı və peşələrini dəyişdirdi. Bütün ət sənayesini fastfudlara işləyən korporasiyalar öz əllərinə aldı. Hər şey dəyişdi: inəklərin qidalandırılmasından tutmuş qəssabın məvacibinə qədər. Ət kombinatında işləmək Amerikada ən təhlükəli peşə oldu: hələ rəsmi məlumatlar ildə 40 000 yaralanmanın olduğunu göstərir. ABŞ-dakı ət kombinatları saatda 400 cəmdək emal edir, eyni anda Avropada bu, 100-dən çox deyil. Aşağı məvacibə görə burada yalnız immiqrantlar işləyir.
Lakin dəyişən təkcə mal kəsimi prosesi deyil. O, dəyişmiş ət sənayesinin uğursuz zəncirdə sonuncu halqadır. Fermerlərin inəkləri düzgün olaraq, ot ilə qidalanırdılar. Böyük fastfudların ət kombinatları üçün nəzərdə tutulan inəklər isə kəsilməklərinə üç ay qalmış böyük sürülərlə xüsusi meydançalara qovulurlar, harada ki onları taxıl və anaboliklərlə yemləyirlər. Bir inək 3000 funtdan çox taxıl yeyə və 400 funt çəki yığa bilər. Bu halda ət daha yağlı olur, məhz qiymə üçün daha uyğun bir şəkildə.
Taxılın qiyməti məhz bu dəhşətli səbəbə görə ağırlaşır. 1997-ci ildə inək vəhşiliyə ilə bağlı ilk həyəcan təbili çalınır- AMERİKADAKI MAL-QARANIN 75%-İ QOYUNLARIN, İNƏKLƏRİN VƏ HƏTTA HEYVAN SIĞINACAQLARINDAKI İT VƏ PİŞİKLƏRİN QALIQLARI İLƏ QİDALANIRDILAR. TƏKCƏ 1994-CÜ İLDƏ ABŞ-IN İNƏKLƏRİ 3 MİLYON TOYUQ QARIŞIĞI YEDİLƏR. 1997-ci ildən sonra isə rasionda donuzlar, atlar və toyuq hinlərindən qalmış qırıntılar (opilka) qaldı.
DİQQƏT: QİYMƏ! XX əsrin əvvəllərində hamburgerlərin etibarı çox pis idi. Onlar kasıbların təhlükəli yeməyi hesab olunurdu və zavodların qarşısında arabalarda və ya yarmarkalarda satılırdı.
"HAMBURGER YEMƏK - HƏR BİR HALDA, ZİBİL QABINDAN QİDALANMAĞA BƏRABƏRDİR" - o zamanlar qəzetlər belə yazırdılar. Kotletlə bulkanın şöhrətini artırmağa isə 20-ci illərdə "Ağ qəsr" adlı şirkət müəssər oldu. Onlar görünüş üçün öz qrillərini kütlə qarşısında nümayiş etdirirdilər. Daha sonra Makdonaldzın "drayv-in"ləri və ailə siyasəti özünü çatdırdı. Hamburgerlər hər kəs üçün ideal uşaq yeməyi sayılırdı: asan çeynənilir, əldə tutulması rahatdır, doyurucu və ucuzdur.
Hamburgerlərin ən pis qurbanları da məhz uşaqlar oldu. 1993-CÜ İLDƏ SİETLDAKI CEK İN ZE BOKS ADLI FASTFUDDA QİDALANAN UŞAQLARDAN 700-DƏN ÇOXU XƏSTƏLƏNDİ, 6-SI İSƏ ÖLDÜ. 8 İL ƏRZİBNDƏ BUNA BƏNZƏR İNFEKSİYA YARIM MİLYON İNSANI TUTDU. YÜZLƏRLƏ YOLUXMUŞ İNSANLAR MƏHZ HAMBURGERİN TƏRKİBİNDƏKİ QİYMƏLƏRDƏ YERLƏŞƏN KOLİBAKTERİYALARDAN MƏHV OLDULAR.
0157H7 kolibakteriyasını ilk dəfə 1982-ci ildə aşkar edə bildilər. O, adi bakteriyanın bağırsağında mutasiya edir və onun daxili qişasını darmadağın edən zəhər ifraz edir. Xəstələnənlər 5%-i dəhşətli ağrılarla ölürlər, bunun qarşısında antibiotiklər gücsüzdür.
İbrahim
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR